Qarlı qışı və nisbətən qısa isti yayı ilə seçilən mülayim enliklərin iqlimi.
Bu zonanın okeandan uzaq olan əksər hissəsi kontinental iqlim tipinə malikdir. B.İ. ilin “qar və meşə iqlimi”dir: tayqa və enliyarpaqlı meşələr landşaftı ona daha uyğun gəlir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. borealis – şimal + yun. zone – qurşaq
Şimal yarımkürəsində mülayim qurşaqda soyuq qışı və isti yayı ilə seçilən geniş təbii zona.
Avrasiyada Baltikyanı ərazilərdən Oxot dənizinədək, Şimali Amerikada Atlantik okeanından Sakit okeanadək böyük sahəni əhatə edir. Bu zonanın əksər hissəsində illik atmosfer yağıntıları buxarlanmanı üstələyir və burada iynəyarpaqlı meşələr daha çox yayılıb.
Coğrafiya terminləri lüğətiSəhra və bozqır zonalarının boz rəngli torpaq tipi.
B.T. Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Avrasiyanın isti və quru iqlim şəraitinə malik ərazilərində daha geniş yayılıb. Belə ərazilərdə yağıntıların əsas hissəsi ilkin yaz və payız aylarında düşür, illik miqdarı isə 110-230 mm arasında dəyişir. İllik buxarlanma yağıntının miqdarından bir neçə dəfə yüksək olur. B.T.-ın yayıldığı ərazilər üçün yovşan-efemer bitki qruplaşmaları səciyyəvidir. Bitki örtüyü seyrəkdir və humusun əmələ gəlməsi üçün kifayət qədər üzvi maddə vermir. B.T.-ın üst qatında humusun miqdarı 1,5-2,0% arasında dəyişir. Azərbaycanda B.T.-da, əsasən, pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Respublikanın qışlaqlarının əksəriyyəti də B.T. zonasında yerləşir.
Coğrafiya terminləri lüğətitürkcə
Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi.
Mahiyyət etibarilə B. çölün sinonimidir, lakin bəzi xüsusiyyətlərinə görə digər çöllərdən (pampa, preri, step, lyanos) fərqləndiyi üçün onun bir forması hesab edilə bilər. Burada yarımsəhra – B. bitkiləri (yovşan, bozqır pişikquyruğu, çobantoxmağı və s.), çim əmələ gətirən taxıl otları yayılıb. Ağac və kol növlərindən tək-tək, yaxud qrup halında bitən qaratikan, ardıc, dağdağan, iydəyarpaq armud və badama rast gəlinir. B.-dan otlaq kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri əkmək üçün istifadə olunur. B.-lar Azərbaycanda, əsasən, Böyük Qafqazda – Bozqır yayla ərazisində və Kiçik Qafqazın dağətəyi, orta dağ-meşə zonalarında yayılıb. Türkiyədə də B.-a çox rast gəlinir. Hətta Türkiyənin Konya vilayətində B. inzibati ərazi vahidi və şəhər adıdır.
Coğrafiya terminləri lüğətiQuru kontinental iqlimi olan səhralarda efemerlər və şoran bitkilərin altında əmələ gələn torpaq tipi.
B.-Q.T. yüksək temperatur rejimində və az rütubətli şəraitdə formalaşır, müxtəlif dərəcədə şorakətli, yüksək karbonatlı və gipsli olur, onların tərkibində humusun miqdarı 1,5-3%-dir. Belə torpaqlar Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən Abşeronda, Bozdağın ətəklərində yayılıb. Onlarda qida maddələri azdır və əsasən, otlaq kimi istifadə edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiBəşəriyyət tarixində ən böyük coğrafi kəşflərin həyata keçirildiyi, avropalıların yeni qitələr, dəniz yolları aşkar etdiyi XV–XVI əsrlərə verilmiş ad.
Bu dövrdə Afrika, Amerika, Asiyanın şərqi və cənub-şərqi, Okeaniya tədqiq olunub, Avropada Yerin quruluşu haqqında təsəvvürlər yeniləşib, ciddi iqtisadi, siyasi, sosial və ideoloji dəyişikliklərin əsası qoyulub, ticarət sürətlə inkişaf edib. B.C.K.D. 1430-cu illərdə Portuqaliya dənizçilərinin Afrikanın şimal sahillərinə səyahəti ilə başlanıb.
Coğrafiya terminləri lüğətifr. brises – zəif külək
Dəniz, göl və böyük çayların sahillərində gündüz sudan, gecə isə qurudan əsən mülayim külək.
B.-in əmələ gəlməsinə quru ilə su üzərindəki hava temperaturunun müxtəlifliyi səbəb olur. Gündüz qurunun üstündə hava su üzərindəki havaya nisbətən çox qızır, buna görə də qızmış hava yuxarı qalxır, suyun üzərindəki sərin hava quruya doğru axır; buna gündüz B.-i deyilir. Gecə isə soyumuş hava qurudan su üzərinə axır və gecə B.-i yaradır. Adətən, B.-in sürəti saniyədə 5 metrdən çox olmur. Bakı buxtasında tez-tez və aydın müşahidə edilir.
Coğrafiya terminləri lüğətisanskr. budda – oyanmış, fərqində olan
E.ə. VI əsrdə Hindistanda yaranmış, mənəvi oyanış və insanın özünü, dünyanı dərk etməsi üsulları haqqında dini-fəlsəfi təlim.
Təlimin əsasını e.ə VI-V əsrlərdə yaşadığı güman edilən, Budda adı ilə tanınmış hind mütəfəkkiri Siddhartha Qautama qoyub. B. digər dinlərə xas olan bir çox doqmalara (dünyanın vahid qüvvə tərəfindən yaradılması, günahların bağışlanması və s.), müqəddəs yazılı mətnə malik deyil. B. hamı üçün dəyişməz olan qaydalardan yox, insana öz iç dünyasını və xarici aləmi dərk etməyi öyrədən üsullardan ibarətdir. Bu dinin mərkəzində “dörd həqiqət” haqqında təlim dayanır: iztirab, iztirabın səbəbi, iztirabdan xilasolma və xilasa doğru aparan yol. Bütün moizələr “dörd həqiqət”in izahına yönəldilir, qalanlar isə insanın özündən asılıdır. B.-də cərəyanların çox olması da qismən bununla bağlıdır. B. Hindistan, Çin, Tibet və Monqolustanda xüsusilə geniş yayılıb. “Dünya dinləri” ensiklopediyasında 2010-cu ildə Yer üzündə B.-in tərəfdarlarının sayının 469 mln. olduğu göstərilir. Digər mənbələrdə həmin rəqəm yarım mlrd.-dan 1,3 mlrd.-a qədər dəyişir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiing. buffer < to buff – zərbəni, təkanı yumşaltmaq + yun. zone – qurşaq
1. Bu və ya digər səbəbdən iki ərazini ayırmaq, bir-biri ilə əlaqədə olmağa qoymamaq məqsədilə yaradılmış zona.
B.Z. fövqəladə hallar, təbii fəlakətlər, müharibələr və s. zamanı bir dövlətin daxilində, yaxud münaqişə edən qonşu dövlətlər arasında təhlükəli proseslərin qarşısını almaq məqsədilə yaradıla bilər. Demarkasiya xətti, demilitarizasiya zonası B.Z.-na misaldır.
2. Təbii zonanın (qoruq, milli park) ətrafında hər hansı təsərrüfat fəaliyyətinin məhdudlaşdırıldığı ərazi.
Belə məhdudiyyətlər təbii zonada ekoloji tarazlığı qorumaq məqsədilə qoyulur.
Coğrafiya terminləri lüğətiSu, qar, buz, bitki və torpağın səthindən qalxan su buxarının atmosferə keçməsi.
B. böyük sürətlə hərəkət edən molekulların səthdən ayrılması nəticəsində yaranır. Eyni zamanda qopmuş molekulların bir qisminin buxarlandırıcı səthə qayıtması baş verir. Mahiyyət etibarilə B. maye və kristallardan ayrılan molekullarla geri qayıdan molekullar arasındakı fərqin məhsuludur. B. temperatur və rütubətdən (temperatur yüksəldikcə B. artır, rütubət artdıqca – azalır), habelə su mənbələrinin bolluğu, torpağın tərkibi, bitki örtüyünün sıxlığı kimi digər amillərdən asılıdır. B. atmosferdə su buxarının yeganə mənbəyidir və Yer səthində enerjinin sərf olunmasının mühüm mexanizmlərindən biridir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiHər hansı ərazidə faktik (real), yaxud mümkün (potensial) buxarlanmanın göstəricisi.
B.D. müxtəlif üsullarla – təcrübi yolla (məsələn, 100 m2. sahəsi olan hovuzda suyun səthinin neçə mm aşağı düşməsi ilə), formullarla (məsələn, vahid sahədə, vahid zaman kəsiyində kütlənin neçə kq/m² azalması ilə), xüsusi cihazlarla (məsələn, iç-içə yerləşdirilmiş iki metal silindrdən ibarət torpaq buxarlandırıcısı ilə) və s. ilə ölçülür. Faktik B.D. ərazidəki məhdud su ehtiyatı nəzərə alınmaqla real buxarlanmanın, mümkün B.D. isə ərazidəki mövcud atmosfer şərtləri daxilində, tükənməz su ehtiyatı olduğu şəraitdə potensial buxarlanma həddinin göstəricisidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. bucht – körfəz
Açıq su sahəsinin ondan sahil çıxıntıları, qayalıqlar və ya adalarla ayrılmış hissəsi, kiçik körfəz.
B. əhatə edildiyi hündür quru sahəsi ilə güclü külək və dalğalardan qorunur, buna görə, adətən, gəmilərin dayanacağı üçün əlverişli yerdir (məs.: Bakı buxtası).
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti