Çay şəbəkəsi daxilində bütün çayların ümumi uzunluğunun (Z) bu şəbəkənin əhatə etdiyi ərazinin sahəsinə (F) nisbəti.
Ç.Ş.S.-nın ölçü vahidi km/km2-dir. Ç.Ş.S., ilk növbədə, ərazinin iqlim xüsusiyyətlərindən və relyefindən asılıdır. Rütubətli zonalarda və dağlıq yerlərdə bu sıxlıq artır, quraqlıq bölgələrdə və düzənliklərdə azalır; məsələn, Şimali Qafqazda dağ çayı Terekin hövzəsində Ç.Ş.S. 2,03 km/km2, ətraf düzənliklərdə isə 0,01-0,05 km/km2 təşkil edir. İl ərzində daha çox yağıntı düşən ekvatorial və subekvatorial iqlim qurşaqlarında çay şəbəkəsi sıx, tropik iqlim qurşağı və mülayim iqlim qurşağının okeanlardan uzaq hissələrində isə seyrək olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiÇayın bolsulu dövrləri arasındakı müddətdə çay dərəsinin su axan ən alçaq hissəsi.
Düzənlik çaylarının yatağı çay meandrlarının çoxluğu ilə seçilir, dərin sahələrlə bərabər, nisbətən dayaz hissələrin olması ilə xarakterizə edilir. Böyük Ç.Y.-nın eni bir neçə kilometrə çatır. Vaxtaşırı quruyan çay dərələrində isə quru Ç.Y.-ları yaranır.
Coğrafiya terminləri lüğətiÇay dərəsinin çayın bolsulu dövrləri və daşqınlar vaxtı su basan, nisbətən hamar, müasir allüvial çöküntülərlə örtülü hissəsi.
Adətən, Ç.-ın iki səviyyəsi fərqləndirilir. Çay dərəsinin hər il su basan hissəsinə alçaq Ç., daşqınlar vaxtı su basan hissəsinə isə yüksək Ç. deyilir. Hər dəfə çayda suyun səviyyəsi qalxdıqda o, bir tərəfdən sahillərini yuyur, digər tərəfdən isə özü ilə xeyli çöküntü, qum, çınqıl gətirir. Eyni zamanda çay yatağı dərinləşir. Beləliklə, zaman keçdikcə alçaq Ç. yüksək Ç.-a, sonra isə çay terrasına çevrilir. Böyük düzənlik çaylarında Ç.-ların on kilometrlərlə eni olur və bu ərazilərdən biçin sahələri, otlaqlar kimi maldarlığın inkişafında istifadə edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiÇayın iki hissəsində su səthinin mütləq hündürlükləri arasındakı fərq.
Çayın mənbəyi ilə mənsəbində mütləq hündürlüklər arasındakı fərqə tam düşmə deyilir. Ç.D. metrlə, yaxud çayın ayrı-ayrı hissələrində hər kilometrə görə düşməni hesablamaq üçün sm/km və m/km-lə ölçülür. Dağ çaylarında düşmə böyük, düzən çaylarında isə kiçik olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYerüstü və yeraltı suların çaya axması.
Əsas qida mənbələrinə görə çaylar yağışla, qarla, buzlaqla, yeraltı sularla, göllə, qarışıq sularla qidalanan çaylar kimi tiplərə bölünür. Ç.Q. onun rejiminə təsir göstərən başlıca amildir. Çaylarda suyun səviyyəsi, bolluğu onların qida mənbələrindən asılıdır. Mənbəyi ekvator yaxınlığında yerləşən çaylar yağışla qidalanır, ilboyu bolsulu olur. Subekvatorial iqlim şəraitində çayların qida mənbəyi yay yağışlarıdır: onlar yayda gurlaşır. Mülayim kontinental zonalarda və dağ ətəklərində çaylar, əsasən, yeraltı sularla qidalanır və ilboyu, əsasən, sabit rejimdə axır. Arktik zonada çaylar buzlaqlarla qidalanır, ildə cəmi bir neçə ay sulu olur və s.
Coğrafiya terminləri lüğətiÇayın istənilən iki hissəsində hündürlük fərqinin (çayın düşməsinin) bu hissələr arasındakı məsafəyə nisbəti.
Çayın mənbəyi ilə mənsəbi arasındakı tam düşmənin çayın uzunluğuna nisbəti onun ümumi meyilliyinin göstəricisidir. Ç.M. promil (‰), yaxud faizlə (%) ölçülür. Azərbaycan çayları 0,13‰-dən 180‰-ə qədər çox müxtəlif meyilliyə malikdir. Dağ çaylarında bu göstərici böyük, düzən çaylarında kiçik olur. Çayların uzununa meyilliyi ilə yanaşı, eninə meyilliyi də hesablanır. Çay səthinin eninə meyilliyi yatağın formasından, küləyin gücündən, hidrotexniki qurğuların təsirindən və s. səbəblərdən yarana bilər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Çayın müəyyən zaman kəsiyində öz hövzəsindən toplayıb axıtdığı suyun miqdarı.
Adətən, aylar, mövsümlər və il (illər) üzrə Ç.S.-nun səviyyəsi ölçülür və hidroqraflarda əks etdirilir. Bu göstəriciyə görə çaylar üç qrupa bölünür: azsulu, ortasulu və bolsulu çaylar. Eyni zamanda mövsümlər üzrə çayların azsulu, ortasulu və bolsulu vaxtları fərqləndirilir. Yer üzündə ən bolsulu çay Amazondur. İl ərzində bu çay Dünya okeanına bolsululuğuna görə sonrakı 6 yeri tutan çayların hamısından çox – 7000 km3-dək su axıdır.
2. Çayın müəyyən zaman kəsiyində öz hövzəsindən toplayıb axıtdığı suyun miqdarının həmin zaman kəsiyi üçün xarakterik olan normaya nisbəti.
Norma uzun illər aparılan tədqiqatlar əsasında müəyyənləşdirilir. Bu göstəricidən çay axınının düzgün bölüşdürülməsi, quraqlıq və daşqın təhlükələri barədə xəbərdarlıqlar edilməsi və s. məqsədlərlə istifadə olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiÇayın mənbəyindən mənsəbinə qədər olan məsafə.
Dünyanın ən uzun çayları sırasına Nil (Afrika), Amazon (Cənubi Amerika), Missisipi (Şimali Amerika), Volqa (Avropa), Murrey (Avstraliya), Yansızı (Asiya) daxildir. Azərbaycanın ən uzun çayı Kürdür. Ç.U.-nu hesablamaq göründüyü qədər də sadə deyil. Bir sıra hallarda çayların mənbəyi mübahisəli olduğu, bəzi çaylar mövsümdən-mövsümə mənbəyini, mənsəbini dəyişdiyi və s. səbəblər üzündən onların uzunluğunu dəqiq müəyyənləşdirmək çətinləşir. Məsələn, müxtəlif elmi mənbələrdə Yansızı çayının uzunluğu barədə verilən rəqəmlər arasındakı fərq 500 kilometrə çatır.
Coğrafiya terminləri lüğətiyun. typos – forma, nümunə + logos – elm, təlim
Çayların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.
Ç.T.T. olduqca geniş məfhumdur: belə ki, çaylar bir çox əlamətlərinə görə – hövzələrinin ölçüsünə, topoqrafik xüsusiyyətlərinə, rejiminə, sululuğuna, qidalanmasına, mənsəbinə, mənbəyinə və s. və i.a. – qruplara ayrılır. Hövzələrinin ölçüsünə görə böyük çaylar (sutoplama sahəsi 50.000 km2-dən çox), orta çaylar (sutoplama sahəsi 2000-50.000 km2), kiçik çaylar (sutoplama sahəsi 2000 km2-dək) fərqləndirilir. Topoqrafik xüsusiyyətlərinə görə dağ və düzənlik çayları, həmçinin yeraltı çaylar, sululuğuna görə azsulu, ortasulu və bolsulu çaylar olur. Qida mənbələrindən asılı olaraq çaylar yağışla, qarla, buzlaqla, yeraltı sularla, göllə, qarışıq sularla qidalanan çaylar kimi qruplarda birləşdirilir. Çay rejimi növləri isə bunlardır: ekvatorial, subekvatorial, subtropik, mülayim, subarktik, arktik. Mənsəbinə görə sadə şəkilli, delta və estuari formalı, mənbəyinə görə dağ buzlağı, göl, bataqlıq, bulaq və s. mənbəli çaylar olur. Çaylar başqa göstəricilər əsasında da tiplərə ayrılır, məsələn, şəbəkəsinin sıxlığına görə. Bu bölgü sistemlərindən bəziləri şərtidir və ayrı-ayrı ölkələrdə, ölkələr birliklərində fərqlidir. Ona görə də müxtəlif elmi mənbələrdə, ensiklopediya və lüğətlərdə müxtəlif təsnifat formalarına rast gəlmək mümkündür.
Həmçinin bax: