ilk sözü ilə əlaqədardır. İlkin, yəni ilk olaraq, birinci olaraq, birinci dəfə, ilk, birinci deməkdir.
İlkin şəxs adı ailənin ilki, ailədə ilk övlad, birinci övlad anlamlarını ifadə edir. Azərbaycan antroponimikasına əsasən, XX əsrin yetmişinci illərindən daxil olmuş İlkin kişi adı bu gün də məişətimizdə çox geniş yayılmış adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən ilk və nur sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İlknur (bax: İLK, NUR) adətən ailələdə ilk övlada qoyulan adlardandır. Bu da onun ifadə etdiyi məna ilə əlaqədardır. Aiələrdə övladın dünyaya göz açması ilə evdə bir canlanma yaranır, ev nura boyanır. İlknur şəxs adının mənası (ailədə doğan) ilk işıq, ilk nur anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiilqar sözündən olub, dilimizdə söz vermə, əhd, vəfa anlamlarını ifadə edir.
Bu gün ilqar artıq ümumişlək sözlərdən olmasa da, poeziyada tez-tez rast gəlinir. Məcazi mənada ilqarından dönməmək əhdində vəfalı, sədaqətli, sözünə əməl edən, sözündən, vədindən dönməyəndir. Azərbaycan antroponimikasına əsasən, XX əsrin otuzuncu illərindən daxil olmuş İlqar kişi adı bu gün də məişətimizdə çox geniş yayılmış adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiltifat sözü dilimizdə lütfkarlıq, lütf, məthəmət, etina, diqqət yetirmə, hüsn-rəğbət mənalarını ifadə edir.
Müasir Azərbaycan dilində iltifat artıq ümumişlək sözlər sırasında olmasa da, ötən əsrlərdə olduğu kimi, müasir poeziyada da, nəsr dilində də rast gəlinir. Məcazi mənası hörmət, gülər üz, xoş üzdür. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İltifat sözün məcazi mənası ilə əlaqədar olub, xoş rəftar anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiltimas sözü dilimizdə xahiş, rica, diləmə, minnət, yalvarma mənalarını ifadə edir.
Aşıq yaradıcılığında da, dastan dilimizdə də iltimas, iltimas etmək kəlmələrinə kifayət qədər rast gəlinməsi dilimizdə sözün uzun müddət ümumişlək sözlərdən olmasına dəlalət edir. Lakin bu gün iltimas sözünə yalnız poeziyada, nəsr dilində rast gəlinir. XX əsrin 70-80-ci illərinə qədər məişətimizdə geniş yayılmış, Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan İltimas adının daşıyıcıları bu gün, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiltizam sözü dilimizdə bir işin yerinə yetirilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə, borc, vəzifə, məsuliyyət anlamlarını ifadə edir.
Qrammatikada iltizam sözü iş, hal, hərəkətin söylənilən andan icrasının lazım olduğunu göstərən feil forması – feilin lazım şəklidir. Bu gün Azərbaycanda iltizam ümumişlək sözlər sırasında olmasa da, dövlət idarələrində də, məişətdə də Dilindan iltizam aldıq; Yazılı iltizam verdi; Heç yera çıxmamaq barada iltizam imzalamıçdır, hara geda bilar ki və s. kimi ümumişlək ifadələr kifayət qədərdir. İltizam sözündən yaranmış iltizamnamə (öhdəlik kağızı, mütləq yerinə yetiriləsi yazılı vəd) sözü də dilimizdə çox işlənir. İltizam kişi adı bu gün artıq orta və yaşlı nəslin nümayəndələri arasında da çox nadir hallarda təsadüf edilən şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİlyas adı “Bibliya”da adı çəkilən əfsanəvi Eliyah Peyğəmbərin adının ərəbcələşdirilmiş formasıdır.
Azərbaycan dilinə ərəb dilindən keçmiş şəxs adlarındandır. İlyas adının mənşəyi haqqında fikilrər hələ də mübahisəlidir. Dilimizdə həmişəcavan, həmişəyaşıl mənasındadır. Əslində “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən birinin, İlyas Peyğəmbərin adındandır. Rus dilçiliyində İlya adı qədim yəhudu dilində “Allahım Tan- rımdır” “İlahi qüvvə”, eləcə də mömin dindar mənasındadır. İslamda İlyas Peyğəmbərin adının da qədim yəhudi peyğəmbəri Eliyah adından olduğu dəfələrlə əsaslandırılmışdır. Bir sıra izahlı lüğətlərdə də İlyas kişi adı yunan dilində olan “Helios” (günəş), ibranicə (Allahın, Tanrının gücü) sözləri, eləcə də türkcə mərsin ağacı (həmişəyaşıl, qışda yarpaqlarını tökməyən ağac) ilə əlaqələndirilir. “Bibliya”da Eli olaraq qeyd edilmişdir. İlyas Peyğəmbər haqqında istər yəhudilərdə, istər ərəblərdə, istərsə də türk xalqlarında müxtəlif əfsanə və rəvayətlər dolşmaqdadır. Dini rəvayətlərə görə, İlyas Peyğəmbər yəhudilərə bütpərəstlikdən əl çəkməyi təbliğ edərmiş. Nəticədə təqib olunan İlyas Peyğəmbər mağaralara üz tutmuş, orada yaşayaraq möcüzələr göstərmişdir. Sonradan qeybə çəkilmişdir. Bir zamanlar Xıdırın/ Xızırın yaşıllıq məbudu, İlyasın isə su məbudu olması barədə türk xalqlarının şifahi yaradıcılığında bəzi əfsanələr mövcuddur. Digər bir əfsanəyə görə, İlyas Peyğəmbər Xızır Peyğəmbərlə zülmətə gedib Dirilik suyundan içmişdir. Bu səbəbdən də hər ikisinin yaşaması barədə rəvayətlər mövcuddur. Türk əfsanələrinin birində deyilir ki, qəbiləsinin bir daha yolu itirdiyini hiss edən İlyas şəhərdən çıxır, təklikdə dua edir. Tanrı ona bir şəhərə gedərək ilk qabağına çıxan ata minməsini əmr edir. İlyas deyiən vaxtda deyilən şəhərə gedir. Atəşdən at görür, ona minərək qeyb olur və Tanrının köməyi ilə mələklər məqamına yüksəlir.Qiyamətə qədər yaşamaq haqqı verilən İlyas Peyğəmbərə həm də dənizlər hakimi hüququ verilir. Göründüyü kimi, İlyasın haqqında rəvayətlər sonradan tam dəyişdirilmişdir. Azərbaycan şəxs adları sistemində mövcud İlyas kişi adı bu gün də məişətimizdə geniş yaılmış adlardandır. Adın daşıyıcılarından çar ordusunun polkovniki, məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov (1860-1913) əla hərbi təhsil almaqla yanaşı, elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində də iştirak etmişdir. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü il martın 18 qəfil mərmi partlayışından həlak olmuşdur. İlyas bəy Ağalarov ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiimad ad-din sözündın olub, dilimizdə dinin dirəyi, dinin sütunu, həmçinin dinə dayaq, dinin dayağı mənalarındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. İmadəddin kişi adı yaradıcılığının mərkəzində lirik qəhrəmanını – aşiqi yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən sevgilinin – Tanrının dayandığı, xalq arasında, əsasən, təxəllüsü ilə (Nəsimi) tanınan və sevilən Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsiminin (1369-1417) adındandır. Azərbaycanın ilk filosof-şairi, mütəfəkkiri, dövrün elmlərinin – dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanın bilicisi olmuş şair İmadəddin Nəsimi adı ilə məşhurdur. Bu gün məişətimizdə geniş yayılmış Nəsimi kişi adı da şairin təxəllüsündən yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamma sözündən olub, dilimizə tərcümədə rəhbər, başçılıq etmək, irəliyə durmaq mənasındadır. İmam Azərbaycan dilində öndə, qabaqda gedən, lider, dini işlərə baxan ruhani mənalarını da ifadə edir.Məzhəb və təriqət başçısı anlamı da vardır.
İmam eyni zamanda bəzi kiçik ərəb dövlətlərində dövlət başçısına da deyilir. Müsəlman aləmində imam camaat namazına başçılıq edən, eləcə də bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhanidir. Dini terminologiyada dini, mənəvi liderlər, imanda, elmdə olanlar nəzərdə tutulur. Adətən tədqiqatlarda imam sözünün dini titul olduğu və iki mənası göstərilir: 1) imam müsəlman icmasının ibadət zamanı öndə duran ruhani rəhbəri, başçısıdır; 2) bütün müsəlman icmasının nəzəri cəhətdən vahid icmasının başçısı da imam adlandırılır. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə imamlar müsəlman cəmiyyətinin daha nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş imamlar müsəlman aləmində uzun müddət nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. Məlum olduğu kimi, İslam dinində on iki imamın olduğu söylənilir. Möminlərin imam adlandırdığı digər şəxslər isə müxtəlif icma başçıları, İslam hərəkatlarının, ölkələrinin liderləridir. Doğrudur, İslamda onlar övliya kimi tanınmamışlar. Lakin mühüm və əhəmiyyətli hərəkətlərinə, eləcə də xidmətlərinə görə xalqın, camaatın hörmətini qazanmışlar. Xalq ehtiram əlaməti olaraq onları öz ruhani rəhbəri kimi qəbul edərək imam adlandırmışdır. İslam dinində Məhəmməd Peyğəmbərə və on iki imama aid edilən ali keyfiyyətlər müsəlman dünyasında “möcüzə”, digər müqəddəslərə, yəni seyidlərə gəldikdə isə “kəramət” adlanır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində titulbildlrən sözlərdən formalaşmış kifayət qədər antroponim mövcuddur. İmam da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İmam yalnız soyadlarda yaşayan kişi adlarındandır. Müasir Azərbaycan dilində imam sözünün işləndiyi kifayət qədər aforizm, atalar sözü, ifadələr və s. mövcuddur. İmam üçün ağlayan gözdan olar; Ela sakitdi, sanki imam övladıdı; Buralarda özünü imam kimi aparır; Buna kim imamlıq verib, bilmirik və s. Azərbaycan antroponimikaında İmam köhnəlmiş adlar sırasında olsa da, tərkibində İmam adının iştirak etdiyi kifayət qədər kişi adları mövcuddur. Adın daşıyıcılarından İmam Mustafayev (1910-1907) seleksiyaçı, genetik alim, həm də Azərbaycanda tanınmış ictimai-siyasi xadim olmuşdur. O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. İ.Mustafayev “Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, “Arzu”, “Gürgənə-1”, “Tu- ranikum-186”, “Qızıl buğda”, “Turgidum-7” və s. sortlar yetişdirmişdir. Sovet dövründə (1954-1959-cu illərdə) Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmışdır. Bir çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İmam və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
İmaməli (bax: ad – İMAM; ƏLİ) kişi adı İmam Əli, hörmətli Əli anlamındadır. Adın təhrif olunmuş forması İmamalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti