Paytaxtı: Zaqreb şəhəri
Sahəsi: Təxminən 56,594 km²
Əhali sayı: Təxminən 3.9 milyon (2023)
Etnik tərkibi: Əsasən xorvatlar (%90-dan çox), azlıq olaraq serblər, bosniyalılar və digər etnik qruplar
Rəsmi dili: Xorvat dili
Valyutası: Avro (2023-cü ilə qədər Xorvatiya kunası istifadə olunurdu)
Mərkəzi və Cənub-Şərqi Avropa arasında yerləşir, qərbdə Adriatik dənizi sahillərindədir. Sərhədləri Bosniya və Herseqovina, Serbiya, Macarıstan, Sloveniya və Monteneqro ilə həmsərhəddir.
Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Zoran Milanoviçdir. O, əsasən simvolik rol oynayır. İcraedici hakimiyyəti idarə edən şəxs isə Baş nazir Andrej Plenkoviçdir.
İqtisadiyyatı əsasən turizm, kənd təsərrüfatı, sənaye və xidmətlərə əsaslanır. Adriatik dənizi sahilləri ilə turizm ölkənin əsas gəlir mənbəyidir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları və müxtəlif sənaye malları ölkənin əsas istehsal sahələrindəndir. Xidmət sektoru isə iqtisadiyyatın ən böyük hissəsini təşkil edir. Avro valyutasına keçid də Xorvatiya iqtisadiyyatında mühüm addımlardan biri olub.
Ölkədə sahilyanı ərazilərdə Aralıq dənizi iqlimi, dağlıq bölgələrdə isə kontinental iqlim müşahidə olunur. Odur ki, sahilyanı ərazilərdə isti, quru yaylar və mülayim, nəm qışlar, dağlıq bölgələrdə isə soyuq qışlar və isti yaylar müşahidə olunur. Təbiəti zəngin bitki və heyvan müxtəlifliyi ilə diqqət çəkir.
Dubrovnik, Plitviçe Milli Parkı, Splitdəki Diokletian Sarayı, Hvar adası və Zaqreb şəhəri turistlər məşhur yerlərdəndir.
Təhsil sistemi üç əsas mərhələdən ibarətdir: ibtidai, orta və ali təhsil. İbtidai təhsil məcburi olub 8 il davam edir. Orta təhsil isə müxtəlif istiqamətlərdə (gimnaziya, peşə) təklif olunur. Ali təhsil universitetlərdə, politexniklərdə və digər ali təhsil müəssisələrində həyata keçirilir. Təhsil sistemi Bolonya prosesinə uyğunlaşdırılıb və tələbələrə Avropa standartlarına uyğun təhsil almaq imkanı verir. Tədris prosesi dövlət tərəfindən maliyyələşdirilir və dövlət məktəblərində təhsil pulsuzdur.
Ölkənin əsas universitetləri: Zaqreb Universiteti, Riyeka Universiteti, Split Universiteti, Osiyek Universiteti, Dubrovnik Universiteti.
Mədəniyyəti Aralıq dənizi, Mərkəzi və Şərqi Avropa təsirlərini birləşdirir. UNESCO-nun irsinə daxil olan tarixi abidələri, Klapa musiqisi, zəngin mətbəxi (balıq və zeytun yağı əsaslı) ilə tanınır. Memarlıqda Romanesk, Qotika və Renessans tərzlərində tikililər geniş yayılmışdır. Dubrovinik və Split kimi şəhərlər tarixi abidələrlə zəngindir.