yun. orthodoxos – düzgün təlim sözünün slavyan dillərində kalkası
Xristianlığın müəyyən coğrafi ərazidə, əsasən, Şərqi Avropada, Yaxın Şərqdə, Balkanlarda və Rusiyada yayılmış üç başlıca cərəyanından biri.
395-ci ildə Roma imperiyasının qərb və şərq hissələrə parçalanmasından sonra xristianlığın şərq qolu kimi yaranıb, 1054-cü ildə kilsə parçalandıqdan sonra isə tam formalaşıb. Xristianlığın digər cərəyanlarından bir sıra doqmaları inkar etməsi (məsələn, vahid dini mərkəz və kilsənin vahid rəhbərinin olmaması), fərqli dini ayinləri (məsələn, ikonalara səcdə edilməsi) ilə seçilir.
See also:
Coğrafiya terminləri lüğəti