Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qış gündönümü

Yerin Şimal yarımkürəsində ən qısa gün, ən uzun gecənin bərqərar olduğu gün.

Həmin andan gecələr qısalmağa, günlər uzanmağa başlayır. Q.G. hər ilin 22 dekabrına təsadüf edir. Bu zaman günəş ekvatordan cənuba doğru daha çox meyil edir və 23,5° cənub enliyi üzərində zenitə qalxır. Həmin enlikdə yerləşən cisimlərin kölgə uzunluğu olmur. Ekvator xəttindən şimalda qalan bütün ərazilərdə astronomik qış fəsli, əks yarımkürədə isə yay fəsli başlayır.

See also:

Coğrafiya terminləri lüğəti