Yerin Şimal yarımkürəsində ən uzun gün, ən qısa gecənin bərqərar olduğu gün.
Həmin andan günlər qısalmağa, gecələr uzanmağa başlayır. Y.G. hər ilin 22 iyununa təsadüf edir. Bu zaman günəş ekvatordan şimala doğru daha çox meyil edir və 23,5° şm.e. üzərində zenitə qalxır. Həmin enlikdə yerləşən cisimlərin kölgə uzunluğu olmur. Ekvator xəttindən şimalda qalan bütün ərazilərdə astronomik yay fəsli, əks yarımkürədə isə qış fəsli başlayır.
See also:
Coğrafiya terminləri lüğəti