Reklam
Reklam

Tarix terminləri lüğəti

dərviş ordeni

Dərvişlərin ittifaqı və ya qardaşlığı.

Öz nizamnaməsi, ruhanilik iyerarxiyası, xanəgahı olan belə ittifaqların üzvləri zahidlərə və müqəddəs hamilərə sitayiş ediblər. D.O.-nin ideoloji bazasını sufilik təşkil edib. Qədərilik, nəqşibəndilik, mövləvilik, bəktaşilik bu ordenlərdən ən məşhurları sayılıb. Azərbaycanda daha çox tanınmış və daha geniş fəaliyyət göstərmiş Səfəviyyə ordeninin əsası isə Ərdəbildə Şeyx Səfiəddin tərəfindən qoyulub.

Tarix terminləri lüğəti

dəzgahbaşı

Səfəvilər dönəmində sənətkarlardan toplanan vergi.

Əsasən, Təbriz, Qarabağ, Şirvan bəylərbəyiliklərində xalı, xalça, kilim və s. toxuyan sənətkarlardan toxucu dəzgahlarının sayına görə ildə bir dəfə D. vergisi alınıb. Feodalların şəxsi emalatxanalarında işləyən sənətkarlar isə ondan azad ediliblər.

Tarix terminləri lüğəti

diggerlər

ing. diggers – yerqazan

XVII əsr İngiltərə burjua inqilabı dövründə demokratik hərəkatın ifrat sol qanadının nümayəndələri.

Onlar boş torpaqları özbaşına şumladıqları üçün belə adlandırılıblar. Levellerlər hərəkatından ayrılan D. özlərini “həqiqi levellerlər” sayıblar, kənd və şəhər yoxsullarının maraqlarının müdafiəsində dayanıblar. D. çəpərləmələrə qarşı olublar, xüsusi mülkiyyətin ləğv edilməsinə, torpaq fondunun ümumiləşdirilməsinə, siyasi və əmlak bərabərliyinin yaradılmasına səy göstəriblər. Məqsədə çatmaq üçün onlar yalnız dinc vasitələrdən istifadə ediblər. 1649-cu ildə ingilis sosialist-utopisti C.Uinstenlinin rəhbərliyi altında mübarizəyə qalxmış D.-in çıxışları 1651-ci ilin sonuna yaxın tamamilə yatırılıb.

Tarix terminləri lüğəti

diktator

lat. dictator – əmr edən, sərəncam verən

1. Qədim Romada respublika dönəmində (e.ə. V–I əsrlər) qeyri-məhdud hakimiyyətə malik olan və fövqəladə hallarda senat tərəfindən müəyyən müddətə, yaxud müddətsiz təyin edilən hökmdar.

2. Dövləti təkbaşına idarə edən və qeyri-məhdud hakimiyyətə malik şəxs.

See also:

Tarix terminləri lüğəti

diktatura

lat. dictatura – məhdudiyyətsiz hakimiyyət

Hakimiyyətin bütövlükdə bir şəxsin (diktatorun), yaxud hakim qrupun, təbəqənin, partiyanın əlində cəmləşdirilməsi ilə səciyyələnən dövlət idarəçiliyi üsulu.

D. rejimi cəmiyyət həyatının bütün sahələrinə ciddi nəzarət, siyasi rəqiblərə qarşı radikal cəza tədbirləri, həmçinin vətəndaşların hüquq və azadlıqlarının maksimum məhdudlaşdırılması kimi xüsusiyyətlərə malikdir. Müasir dövrdə D.-nın iki əsas forması var: avtoritarizmtotalitarizm. D. tətbiq edildiyi dövlətdə hakimiyyətin formasından birbaşa asılı deyil. Məsələn, Böyük Fransa inqilabı zamanı bu ölkədə hakimiyyət forması respublika, hakimiyyətin həyata keçirilmə üsulu isə D. olub.

Tarix terminləri lüğəti

direktoriya

fr. directoire – idarə heyəti, direktorlar şurası

1. Ali hakimiyyətin kollegial idarəetmə şəklində təşkili forması.

2. 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək Fransada icra hakimiyyəti funksiyasını həyata keçirmiş hökumət.

D. Beşyüzlər şurasıağsaqqallar şurasının seçdiyi 5 üzvdən (direktordan) ibarət olub. 1799-cu il 18 brümer (9 noyabr) hərbi çevrilişi nəticəsində Napoleon Bonapart bu hökumətin varlığına son qoyub.

3. Rusiyada 1917-ci ilin payızında A.Kerenskinin başçılığı altında yaradılmış Müvəqqəti hökumətin 5 nazirindən ibarət kollegiya.

Ölkədə hökumət böhranı ilə əlaqədar yaradılan D. yeni kabinetin formalaşmasından sonra fəaliyyətini dayandırıb.

4. Ağqvardiyaçılar tərəfindən yaradılmış müvəqqəti Ümumrusiya hökumətinin (1918-ci il, iyul-noyabr) qeyri-rəsmi adı.

Bu hökumət Ufa D.-sı kimi də tanınır.

5. 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Ukrayna Xalq Respublikasının hakimiyyət orqanı.

Həmin orqanın tam adı Ukrayna D.-sı olub.

Tarix terminləri lüğəti