1. Bir sıra dövlətlərdə (İtaliya, Fransa, Peru, Niderland, Bolqarıstan və s.) hökumətin rəsmi adı.
Rusiya imperiyası (1905–1917) və SSRİ-də (1946–1991) də hökumət N.Ş. adlanıb.
2. 1861-ci ildə Rusiyada təsis olunmuş xüsusi hökumət qurumu.
Çarın sədrlik etdiyi bu qurum ümumdövlət əhəmiyyətli məsələlərin, nazirlik və idarələrin təqdim etdiyi materialların və illik hesabatların müzakirəsi ilə məşğul olub. N.Ş.-nın iclasları qeyri-müntəzəm keçirilib. 1882-ci ildən isə onun fəaliyyəti faktik olaraq dayandırılıb.
See also:
Tarix terminləri lüğətiər. nazir – baxan, görən, nəzarət edən
Müəyyən bir sahəyə rəhbərlik edən mərkəzi hökumət orqanı.
İlk dəfə N.-lər XVI–XVII əsrlərdə Qərbi Avropada meydana gəlib, Azərbaycanda isə AXC (1918–1920) dövründə yaradılıb. N.-ə rəhbərlik funksiyasını nazir həyata keçirir.
See also:
Tarix terminləri lüğətiCənubi, habelə Şərqi İranın dağlıq və yarımsəhra rayonlarında yaşayan türk tayfası.
Zamanxanlu, səttarxanlu, baharlu, şuli və lar qollarından ibarət olan N. (yaxud nafarlar) farslar tərəfindən güclü assimilyasiyaya məruz qalıblar. N.-lar müsəlmandırlar, doğma dilləri ilə yanaşı, farsca da danışırlar, əsasən, maldarlıqla məşğul olurlar.
Tarix terminləri lüğətiyun. nekros – ölmüş + polis – şəhər
Məzarlıq, qəbiristan; adətən, qədim dünyanın kompleks dəfn yerlərinə verilən ad.
Qədim Afinada Dipilon, Qədim Misirdə fironlar və əyanların sərdabələrindən ibarət Fiv N.-lara misal ola bilər. Azərbaycanda arxeoloji qazıntılar zamanı Mingəçevir, Xınıslı, Nüydi və s. N.-lar aşkarlanıb.
Tarix terminləri lüğətiisp. negritos < negro – zənci, qara
Cənub-Şərqi Asiyanın qaradərili və nisbətən alçaqboylu etnik qruplarının adı.
N.-ın orta boyu 1,40-1,55 m arasında dəyişir. Andaman adalarının yerli sakinləri, Filippində aetalar, Malay yarımadasında məskunlaşmış semanqlar N.-ın tipik nümayəndələri sayılırlar.
See also:
Tarix terminləri lüğətiƏsas arealı Afrika qitəsi hesab olunan irq, Yer kürəsində üç ən böyük insan irqindən biri.
Dərinin tünd-qəhvəyi, saçın qara və qıvrım, göz bəbəyinin tünd rəngdə, burunun çox enli və bir qədər yastı, dodaqların qalın olması, üzün çənə hissəsinin qabağa çıxması (proqnatizm), tük örtüyünün üzdə və bədəndə zəif inkişafı N.-in ən xarakterik xüsusiyyətləri sayılır. Bu irq bir sıra kiçik irqlərə bölünür: Sudan (zənci), Cənubi Afrika (buşmen), Mərkəzi Afrika (piqmey) və Şərqi Afrika (efiop). Eyni zamanda XIX əsrdə yaranmış “neqroid” termini müasir cəmiyyətdə və elmi dairələrdə birmənalı qəbul olunmur. Məsələn, Oksford lüğətləri onu köhnəlmiş təsəvvürlərə uyğun, potensial cəhətdən təhqiramiz ifadə kimi qiymətləndirərək istifadəsindən çəkinməyi tövsiyə edir. Buna görə son vaxtlar bir çox mütəxəssislər neqroid və avstraloid tiplərini “ekvatorial irq” adı altında birləşdirirlər, lakin bu da elmdə müəyyən mübahisələr doğurur.
See also:
Tarix terminləri lüğətiyun. neos – yeni + lithos – daş
Yeni Daş dövrü.
Daş dövrünün son mərhələsi olan N.D.-ndə mənimsəmə təsərrüfatından (yığıcılıq və ovçuluqdan) istehsal təsərrüfatına (əkinçilik və maldarlığa) keçid başlanıb, əyiricilik və toxuculuq yaranıb, gil qablar geniş yayılıb, daş alətlərin hazırlanma texnikası ən yüksək səviyyəyə çatıb. Cilalı daş baltaların ilk istehsalı və istifadəsi də məhz həmin dövrə təsadüf edir. Əhali tədricən oturaq həyat tərzini mənimsəyib və bununla əlaqədar ilk kəndlər meydana gəlib. Son tədqiqatlara görə, bəşəriyyət tarixində N.D.-nə əvvəlcə Yaxın Şərqdə məskunlaşmış tayfalar təqribən e.ə. IX minillikdə qədəm qoyublar. Azərbaycanda N.D.-nə aid bir sıra maddi mədəniyyət nümunələri – Qobustan abidələri (Ovçular zağası, Ana zağa, Firuz, Böyükdağ), Qaraköpəktəpə, Damcılı mağarası, Yanıqtəpə və Həsənlinin alt təbəqələri – aşkarlanıb.
See also:
Tarix terminləri lüğətiİnsanların ovçuluq və yığıcılıq kimi primitiv iqtisadiyyatdan əkinçilik və maldarlığa əsaslanan kənd təsərrüfatına keçidi.
Bu termin ilk dəfə XX əsrin ortalarında ingilis arxeoloqu Qordon Çayld tərəfindən təklif olunub. N.İ. bəşər tarixinin inkişafında irəliyə doğru böyük sıçrayış mərhələsidir və təkcə mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidlə səciyyələnmir. N.İ. o cümlədən ilk şəhər məskənlərinin, sənətkarlığın, yazının və rasional biliklərin yaranmasına təkan verib. E.ə. IX-II minillikləri əhatə edən N.İ.-nın ən erkən mərkəzləri Yaxın Şərqdə yerləşib.
See also:
Tarix terminləri lüğətiyun. néos – yeni + nasizm
II Dünya müharibəsindən (1939–1945) sonra yaranmış, özlərini Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının xələfləri hesab edən ictimai-siyasi hərəkatların ümumiləşdirici adı.
N.-i müasir şəraitə uyğunlaşmış nasional-sosializm də adlandırmaq olar, çünki onun konkret şüarları və fəaliyyət metodları dəyişsə də, ideya-siyasi mahiyyəti dəyişməz qalır. Son dövrlərdə N. ideyalarının bu və ya digər formada daşıyıcıları olan partiyaların, siyasi təşkilatların mövqeyi Avropada xeyli möhkəmlənib. Bu, ilk növbədə, qitədə miqrant probleminin kəskinləşməsi ilə izah olunur. Odur ki Afrika ölkələri və müsəlman dünyasından olan miqrantlar N. təşkilatlarının əsas hədəfinə çevriliblər.
Tarix terminləri lüğəti