Müəyyən insan qrupunun hər hansı təbiət obyektini özünə qohum və hami bilərək ona pərəstiş etməsi; ibtidai inanc forması.
Heyvan, bitki, hətta cansız əşya da totem rolunu oynaya bilər. Qədimdə kiçik insan qrupları (məs.: qəbilə icmaları) çox vaxt öz totemlərinin erkən adını daşıyıblar və onlar ilahiləşdirilərək pərəstiş obyektinə çevrilib. Totemi ovlamaq, öldürmək və yemək yasaq edilib. Hazırda T.-in qalıqlarına bütün dünya dinlərində rast gəlmək olar, onun elementləri isə daha dolğun şəkildə Avstraliya aborigenlərində qorunub saxlanıb.
Tarix terminləri lüğətiCəmiyyət həyatının bütün sahələri üzərində tam (total) nəzarətin bərqərar olduğu dövlət.
T.D. terminini ilk dəfə italyan faşistlərinin lideri Benito Mussolini (1883–1945) 1920-ci ildə işlədib. Bu termin, adətən, bütün leqal təşkilatların dövlətləşdirildiyi, hakimiyyətin istədiyi kimi hərəkət etmək səlahiyyətinə malik olduğu, əsas hüquq və azadlıqların ləğv edildiyi, fərqli düşüncə sahiblərinə qarşı repressiyaların həyata keçirildiyi siyasi rejimlərə aid edilir; məs.: nasist Almaniyası, faşist İtaliyası, eləcə də SSRİ T.D.-lər hesab olunub.
See also:
Tarix terminləri lüğətiAsılı kəndlilərdən feodalların xeyrinə hər il toplanan vergi.
T. natural (ərzaq), yaxud pul şəklində ödənilib, bununla da biyardan fərqlənib. Belə ki, T. ödəyən kəndli öz iş günündən istədiyi kimi istifadə edə bilib. Orta əsrlərdə Şərq ölkələrinin əksəriyyətində T. dövlət vergisi formasında olub və əsas vergi növlərindən biri sayılıb.
Tarix terminləri lüğətiing. tribalism < tribe – tayfa
Tayfanın mədəni-məişət, ictimai-siyasi özəlliklərinə və fərdiliyinə sıx bağlılıq.
Müasir ədəbiyyatda, habelə siyasi həyatda bu termin qəbilə-tayfa quruluşu ilə əlaqədar olan arxaik institut və qurumları, etnik yetkinliyin aşağı səviyyəsini, bir tayfanın digərinə düşmən münasibətini, müəyyən bir tayfaya imtiyaz və güzəştlərin verilməsini nəzərdə tutan etnoşovinist siyasəti, etnik amildən siyasi məqsədlər üçün istifadəni ifadə etmək üçün işlədilir.
Tarix terminləri lüğətiing. trust – etibar
Vahid idarəedici quruma tabe olan müəssisələrin inhisar birliyi forması.
T.-də birləşən müəssisələr özünün kommersiya və istehsal, bəzi hallarda isə hətta hüquqi müstəqilliyini itirir. Digər oxşar inhisar birliyindən – konserndən fərqli olaraq T., adətən, eyni sənaye sahəsinin müəssisələrindən təşkil olunur. İlk T.-lər XIX əsrin sonunda ABŞ-da yaranıb. C.D.Rokfellerin 1879-cu ildə formalaşdırdığı “Standart oyl” şirkəti ilk T. sayılır. I Dünya müharibəsindən (1914–1918) sonra T.-lər Avropa ölkələrində də geniş yayılıb. Lakin dünyanın əksər ölkələrində antitrest qanunlarının qəbulu ilə əlaqədar onlar başqa formalı inhisar birlikləri (holdinq şirkətləri və s.) ilə əvəzlənib.
Tarix terminləri lüğətilat. triumphus – təntənə
1. Qədim Romada qalib sərkərdənin qoşunu ilə birlikdə təntənəli şəkildə paytaxta daxil olması.
Romada Mars meydanından Kapitolidəki Yupiter məbədinə doğru hərəkət edən kolonun başında senator və digər yüksək dövlət vəzifəli şəxslər, onların arxasınca isə dörd ağ ata qoşulmuş cəng arabasında dəfnə çələngi və Yupiterin atributları ilə bəzədilmiş qalib sərkərdə gedib. Sərkərdəni musiqiçi və müğənnilər müşayiət edib. Onların ardınca isə ələ keçirilmiş hərbi qənimətlər və tanınmış əsirlərlə birlikdə qoşun irəliləyib. Kapitolidə Yupiterin şərəfinə qurbanlar kəsilib, sonra bayram başlanıb. T., adətən, senatın qərarı ilə təşkil olunub və sərkərdə üçün ən ali mükafat sayılıb.
2. Məcazi mənada: parlaq qələbə.
Tarix terminləri lüğətilat. tribunal – divanxana
1. Qədim Romada mühüm vəzifəli şəxslərin – konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirərkən oturduqları hündür yer, təpə.
2. XVIII əsrin sonunda Böyük Fransa inqilabı dövründə siyasi cinayət işlərinə baxan xüsusi məhkəmə.
3. Sovet rejiminin ilk illərində fəaliyyət göstərmiş fövqəladə məhkəmə (inqilabi T.-lar).
Kommunist rejiminin əleyhdarlarına qarşı qırmızı terrorun həyata keçirilməsində belə T.-lar mühüm rol oynayıb.
4. Bir sıra ingilisdilli və romandilli ölkələrin konstitusiya hüququnda “məhkəmə” termininin sinonimi.
Adətən, məhdud səlahiyyətlərə malik və ya aşağı instansiya məhkəmələri T. adlandırılır.
5. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda hərbi qulluqçuların cinayət işlərinə baxan məhkəmə.
6. Xüsusilə təhlükəli cinayətlərdə ittiham olunan fiziki şəxslər və dövlətləri mühakimə etmək üçün təsis olunan beynəlxalq məhkəmə; məs.: Nürnberq prosesini aparan Beynəlxalq Hərbi T., keçmiş Yuqoslaviya üzrə Beynəlxalq T. və s.
Tarix terminləri lüğətilat. tribus < tribuo – bölürəm
1. Qədim Romada tayfa birliyi.
Rəvayətə görə, Romanın ən qədim əhalisini üç T. – Ramnlar (latınlar), Titsilər (sabinlər) və Lutserlər (etrusklar) təşkil edib. Öncə hər T.-ya 100, sonra isə 300 nəsil daxil olub.
2. Qədim Roma komitsiyalarında (xalq yığıncaqlarında) bir səsə malik olan ərazi və seçki dairəsi.
Belə dairələrin tətbiqi Roma çarı Servi Tullinin (e.ə. VI əsr) adına çıxılır. Əvvəlcə bütün Roma ərazisi 4 şəhər və 17 kənd T.-sına bölünüb. Apennin yarımadasının romalılar tərəfindən zəbt olunması prosesində T.-ların sayı tədricən artaraq e.ə. III əsrin ortalarında 35-ə çatıb.
Tarix terminləri lüğətiyun. trias < triados – üçlük
1. Çinin cənub və cənub-şərq əyalətlərində XVIII–XX əsrin əvvəllərində fəaliyyət göstərmiş gizli antimancur cəmiyyətlərin ümumi adı.
T.-lar bir sıra ümumi adət-ənənələrə, rituallara malik olub, o cümlədən “3” rəqəminin mistik gücünə inanıb, ona görə də belə adlandırılıb. “Tzin sülaləsini devirək, Min sülaləsini bərpa edək” şüarı ilə çıxış edən T.-lar mancurlar əleyhinə bir sıra xalq hərəkatlarının, həmçinin Taypinlər üsyanının (1850–1864) fəal iştirakçısı olublar və Mancurlar sülaləsi devrildikdən sonra da (1911) fəaliyyətlərini davam etdiriblər. 1949-cu ildə Çində hakimiyyətə gələn kommunistlər T. cəmiyyətləri ilə sərt mübarizəyə başlayıblar. Bunun nəticəsində həmin cəmiyyətlər Çin diasporasının güclü olduğu xarici ölkələrə köçmək məcburiyyəti qarşısında qalıb.
2. Müasir anlamda: Çin diasporası daxilində fəaliyyət göstərən gizli cinayətkar təşkilat.
T.-lar narkotik alveri, kontrabanda və bu kimi digər qanundankənar əməllərlə məşğul olur.
Tarix terminləri lüğətilat. triumviratus – üç kişi < trium – üç + vir – kişi
1. Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya.
E.ə. 133-cü ildə Tiberi Qrakxın torpaq islahatını həyata keçirmək məqsədilə yaratdığı T. belə kollegiyalara misal ola bilər.
2. E.ə. I əsrdə Qədim Romada vətəndaş müharibələri dövründə dövlət hakimiyyətini ələ keçirmək məqsədilə nüfuzlu siyasi xadimlərin və sərkərdələrin yaratdıqları ittifaq.
E.ə. 60–53-cü illərdə fəaliyyət göstərmiş birinci T.-a Y.Sezar, Q.Pompey və M.Krass daxil olub. Sezarın aparıcı rol oynadığı bu T. faktik olaraq hökumətin funksiyalarını həyata keçirib və Krassın ölümündən sonra Sezarla Pompey arasında kəskinləşən ziddiyyətlər nəticəsində dağılıb. Oktavian, M.Antoni və M.Lepid tərəfindən yaradılan ikinci T. isə (e.ə. 43–36-cı illər) Sezarın qatillərinə qarşı ittifaq xarakteri daşıyıb. Birinci T.-dan fərqli olaraq ikinci T. komitsiyalarda təsdiqlənib və ona fövqəladə səlahiyyətlər verilib. İkinci T.-ın üzvləri həmin səlahiyyətlərdən siyasi rəqiblərini zərərsizləşdirmək və hakimiyyəti öz əllərində cəmləşdirmək üçün istifadə ediblər. Bu T. Oktavianla M.Antoni arasında ziddiyyətlər səbəbindən dağılıb.
Tarix terminləri lüğətiər. türbət – məzar, qəbir
Görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə onların qəbri üzərində inşa olunan tikili.
T.-lər orta əsrlərdə Şərq ölkələrində geniş yayılıb. Bu tip tikililər Qərbdə mavzoley adlanır. Memarlıq quruluşuna görə T.-lər kubşəkilli, səkkizbucaqlı və qülləvarı olur. Günbəzlə örtülən kubşəkilli T.-lərdə sənduqə (məzarın üzərindəki sinədaşı) döşəmə səviyyəsində, qülləvarı T.-lərdə isə yeraltı sərdabədə yerləşir. T.-lərin xarici tərəfi ornament və kitabələrlə bəzədilir. Naxçıvanda Möminə xatun T.-si (XII əsr) və Ərdəbildə Şeyx Səfi T.-si (XV əsr) Azərbaycan memarlığının şah əsərləri sayılır.
Tarix terminləri lüğəti