yun. akropolis > akros – yüksək + polis – şəhər
Qədim yunan şəhərlərinin, adətən, yüksəklikdə tikilən və istehkama çevrilmiş hissəsi, qala.
Ən mühüm hakimiyyət orqanlarının binaları və məbədlər, bir qayda olaraq, A.-da yerləşib. Müharibələr zamanı A. qala kimi vətəndaşların sığınacağına çevrilib. Ən məşhur A. – Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq təpədə tikilmiş, 3000 illik tarixə malik qala hesab olunur. Dünya memarlığının nadir inciləri sayılan Afina və Erektion məbədləri, həmçinin «bütün allahların məbədi» Panteon burada yerləşir.
Tarix terminləri lüğətilat. aquaedutus – su xətti
Yaşayış məntəqələrini, suvarma və hidroenergetika sistemlərini bu obyektlərin səviyyəsindən hündürdə yerləşən mənbələrdən su ilə təchiz edən qurğu, kanal, boru.
Dar mənada su xəttinin dərə, çay, yol üzərindən keçən arka və ya körpü formalı hissəsinə də A. deyilir. A. daş, kərpic, beton və metaldan tikilir. Tarixdə ilk A.-lar e.ə. II minillikdə qədim Şərq ölkələrində (Babilistanda və Misirdə) inşa olunub. Qədim Romanı su ilə ümumi uzunluğu 350 km olan 11 A. təchiz edib.
Tarix terminləri lüğətilat. agglomeratio – birləşmə, toplanma
İqtisadi və mədəni əlaqələrin intensiv inkişafı nəticəsində bir-birinə yaxın yaşayış məntəqələrinin iri şəhər (şəhərlər) ətrafında daha da sıxlaşması, toplaşması.
Monosentrik (əsasən, bir şəhər ətrafında toplanmış) və polisentrik (bir neçə böyük şəhər ətrafında toplaşmış) A. tipləri var. Avropa və Şimali Amerikada A.-lar hələ XIX əsrin ortalarında formalaşıb. XX əsrin sonu – XXI əsrin əvvəllərində A.-ların formalaşması prosesi daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Latın Amerikasında, Çində və Hindistanda müşahidə olunur. Dünyanın ən böyük A.-sı Tokio ətrafında formalaşıb və burada əhalinin sayı 34–35 milyona çatır.
Tarix terminləri lüğətiyun. agora – açıq yer, meydan
1. Qədim yunan şəhərlərində bazar meydanı.
Adətən, Akropola yaxın yerdə salınan A. şəhərin həm iqtisadi, həm də inzibati mərkəzi olub. A-nı idarəçilik orqanları, sənətkarların emalatxanaları və məbədlər əhatə edib. Bəzən onun perimetri boyunca heykəllər yerləşdirilib. Vətəndaşları məlumatlandırmaq üçün mövcud qanunlar, vacib sənədlər və çıxarılan rəsmi qərarlar burada divardan asılıb, meydanda xalq yığıncaqları, xalq gəzintiləri keçirilib.
2. Yunan şəhərlərində tamhüquqlu vətəndaşların yığıncağı.
Bazar meydanında – A.-da keçirildiyi üçün həmin toplantılar da A. adlanıb. Bu xalq yığıncaqlarında şəhər həyatının ən mühüm məsələləri (ticarət, məhkəmə, hərbi) həll olunub.
3. İsraildə istifadə olunan xırda pul vahidi.
A. alüminiumdan düzəldilir, şekelin yüzdə birinə bərabərdir. 1960-cı ildən dövriyyəyə buraxılıb.
Tarix terminləri lüğətilat. ager – tarla, sahə, ferma
1. Mürəkkəb sözlərin torpaqla, torpaqdan istifadə, bütünlüklə kənd təsərrüfatı ilə bağlılıq bildirən hissəsi; məs.: A. siyasət.
2. Hər hansı məsələdə, ərazidə kənd təsərrüfatı istehsalının sənaye istehsalından üstünlüyünün göstəricisi; məs.: A. ölkə.
Tarix terminləri lüğətiKənd təsərrüfatında muzdlu əməkdən istifadə olunması ilə bağlı kapitalist münasibətlərinə keçid.
Sənaye inqilabını şərtləndirən əsas amillərdən biri olan A.Ç. ilk olaraq XVI–XVII əsrlərdə İngiltərədə təhkimçiliyin ləğvindən sonra baş tutub. Natural xarakterli feodal təsərrüfatlarından daha yaxşı məhsul istehsal edən fermer təsərrüfatlarının aqrar sahədə aparıcı mövqeyə çıxması, mükəmməl kənd təsərrüfatı alətlərinin yaradılması, əkin sahələrinin münbitliyinin artırılması üçün yeni üsulların tətbiqi, əkinçilik və maldarlıqda məhsuldar bitki sortları və heyvan cinslərinin yetişdirilməsi və s. A.Ç.-in əsas göstəriciləri hesab olunur.
Tarix terminləri lüğətiTürk və monqol xalqlarında geniş yayılmış müvəqqəti yaşayış yeri.
Adətən, dairəvi şəkildə yerə basdırılan, yuxarı ucları günbəzvarı birləşdirilən, üzərinə keçə salınan çubuqlardan qurulur. Ətrafı çubuq və ya qamışdan toxunmuş cığ ilə dövrələnir. A.-ın girəcəyi keçə və ya kilimlə örtülür. Müasir dövrdə, əsasən, maldarlar, yaylağa gedənlər tərəfindən istifadə olunur.
Tarix terminləri lüğətilat. alani; ər. əllan
Türk dillərdə danışan, sak (skif) və sarmat türklərinin nəslindən olan ən qədim köçəri türk tayfaları.
A.-lar eramızdan öncəki dövrlərdə indiki Qazaxıstan torpaqlarında məskunlaşıblar. Eramızın başlanğıc illərində isə A.-ın böyük bir hissəsi Volqa çayını keçərək Don çayı tərəfə, Krım və Şimali Qafqaz torpaqlarına doğru hərəkət edərək bu bölgələrdə uzun illər hakimiyyət qurub. Antik dövrün sonu və erkən orta əsrlərdə A.-ın bir hissəsi Qafqaz Albaniyasının şimal (Xəzər dənizi sahili) və şimal-qərb rayonlarında məskən salıb. Muğan düzünün şimal hissəsinin qədim adı Alan düzüdür ki, bu da həmin tayfaların adından götürülüb.
Tarix terminləri lüğətiQafqaz Albaniyasının yerli əhalisi.
Albanlar haqqında antik və orta əsr müəllifləri məlumat veriblər. A. adı ilk dəfə e.ə. IV əsrin ikinci yarısında baş vermiş hadisələrlə əlaqədar çəkilir. Strabonun bilgisinə görə, albanlar 26 dildə (ləhcədə) danışan tayfadan ibarət olublar. A.-la yanaşı, qaynaqlarda həmçinin utilərin, qarqarların, soğdilərin, qardmanların, leqlərin, gellərin, çilbilərin və b. tayfaların adı çəkilir. Qədim müəlliflərdən Strabon A.-ın yaraşıqlı, Plini və Solin isə ucaboylu, sarışınsaçlı, alagözlü olduqlarını göstərirlər. Bu antropoloji əlamətlər indi də Azərbaycanın dağ rayonlarının qədim aborigen əhalisi üçün (Kavkasion tipi) səciyyəvidir. Ehtimallara görə, A.-ın dili Qafqaz-İber dil ailəsinə aid olub. Lakin bir çox tədqiqatçılar bu fikirlə razılaşmırlar və bu səbəbdən A.-ın dilinin hansı dil qrupuna mənsubluğu məsələsi mübahisəli qalır. A.-lar Azərbaycan xalqının etnogenezində yaxından iştirak ediblər.
See also:
Tarix terminləri lüğətiQafqaz albanlarının əlifbası.
A.Ə.-nın nə zaman və kim tərəfindən yaradıldığı indiyədək mübahisə doğurur. Elmdə ən geniş yayılmış mülahizəyə görə, A.Ə. V əsrin birinci rübündə indiki Azərbaycan ərazisində meydana gəlib. Bu əlifba ilk dəfə 1937-ci ildə gürcü tədqiqatçısı İlya Abuladze tərəfindən XV əsrə aid bir əlyazmada (dərslikdə) aşkarlanıb. 1948-ci ildə Mingəçevirdə arxeoloji qazıntılar zamanı üzərində A.Ə. ilə yazılar olan bir neçə maddi mədəniyyət nümunəsi tapılıb. A.Ə. 52 hərfdən (10 sait və 42 samit) ibarət olub və V–VII əsrlərdə məktəblərdə geniş tədris edilib, bu əlifba ilə dini, elmi və bədii əsərlər yazılıb. Erməni və alban kilsələri arasında gedən mübarizədə xilafətin dəstək verdiyi erməni kilsəsinin qələbə qazanmasından sonra alban dilində olan ədəbiyyat qadağan edilib. Bu amil, eləcə də Albaniyada ərəb hakimiyyətinin möhkəmlənməsi, ərəb dili və əlifbasının yayılması VIII əsrdən etibarən A.Ə.-nın tədricən istifadədən çıxmasına və unudulmasına səbəb olub.
See also:
Tarix terminləri lüğətiQafqaz albanlarına aid memarlıq abidələri.
Qafqaz Albaniyası dövründə (e.ə. IV – eramızın VII əsrləri) şəhərlərin (Qəbələ, Bərdə, Dərbənd, Şəki, Şabran və s.) çiçəklənməsi memarlığın inkişafına güclü təkan verib. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş möhtəşəm müdafiə sistemi, Çıraqqala (VI əsr), Qəbələ rayonunda – Kilisədağ (II–III əsrlər), Laçın rayonunda – Ağoğlan (VI–VII əsrlər), Qax rayonu ərazisində Ləkit (V–VI əsrlər), Qum (təqribən VI əsr) və Yeddi kilsə (VI əsr) xristian məbədləri, eləcə də Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və s. A.M.-nın yüksək inkişaf səviyyəsini göstərir. Sasanilər dövründə Qafqaz Albaniyası ərazisində inşa edilən müdafiə tikililəri də özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq Babadağın ətəyinədək uzanan Gilgilçay müdafiə səddini (III–VII əsrlər), indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddini də (IV–VII əsrlər) A.M.-nın ən möhtəşəm nümunələri siyahısına daxil etmək olar.
See also:
Tarix terminləri lüğətilat. albus – ağ; kelt. albainn – dağlıq ada
Böyük Britaniya adasının qədim romalılar tərəfindən verilmiş ən qədim adı.
Bilavasitə A. sözünün etimologiyasına gəlincə isə burada iki fərqli mülahizə var:
1) qədim romalılar gəmilərlə La-Manş tərəfdən Britaniya adalarına yaxınlaşarkən sahildəki təbaşirli süxurlardan ibarət olan qayaların ağ rəngi onları valeh edib, buna görə də ada latınca “albus” (ağ) sözünə uyğun A. adlandırılıb;
2) La-Manşın fransız sahilləri düzənlik olduğu halda, Britaniya sahili qayalıqdır. Bu səbəbdən qədim romalılar adaya kelt dilindəki albainn (dağlıq ada) anlayışına uyğun A. adı veriblər. Bu söz çox nadir hallarda tək istifadə olunur, əksər hallarda “dumanlı Albion” və ya “məkrli Albion” kimi ifadələrin tərkibində işlədilir. Birinci halda Böyük Britaniyanın təbiətinə, ikinci halda isə hiyləgər ingilis siyasətinə işarə edilir.
Tarix terminləri lüğəti