lat. siluridae
1. Çəkiyəoxşarlar dəstəsinin 2 fəsiləsindən biri.
N. 2 cinsi əhatə edir: N. və parasilurlar.
2. Eyniadlı fəsilədən balıq cinsi.
Bədəninin uzunluğu 5 m-ə, çəkisi 300 kq-a çatan balıqlardır. Avrasiyanın bir çox Şimal və Cənub dənizlərində, o cümlədən Xəzər dənizində yayılmışdır. Ən tipik növləri adi (Avropa) N., Soldatov N. və Çin N.-dır.
Biologiya terminlərinin izahlı lüğətilat. elaphe dione
İlanlar dəstəsinin ilanlar fəsiləsindən sürünən heyvan növü.
Uzunluğu 100-150 sm-ə (bəzən 180 sm-ə) çatır. Zəhərsiz əlvan ilandır. Azərbaycanda Kür-Araz ovalığında, Şirvan, Salyan, Acınohur və Qarabağ düzlərində yayılmışdır. 8-15, bəzən 18-26 yumurta qoyur. Günəş altında çox gözəl və əlvan görünür. İnsan görəndə qaçmağa cəhd edir.
Biologiya terminlərinin izahlı lüğətilat. rhinolophidae
Qoluqanadlılar (yarasalar) dəstəsinin həşəratyeyən yarasalar yarımdəstəsinin 16 fəsiləsindən biri.
Dünyada 50-dək növü yayılmışdır. Azərbaycanda da 6 növü əhatə edən 1 cinsinə təsadüf olunur. Burunlarında nalaoxşar dəri törəməsi vardır.
Biologiya terminlərinin izahlı lüğətilat. rheidae
Dəvəquşular dəstəsindən quş fəsiləsi.
Hündürlüyü 1,7 m, çəkisi 25 kq-dək olan uçmayan quşlardır. N.-lar çöllərdə və Cənubi Amerikanın meşələrində dolaşırlar. N. yaxşı qaçır. Onun dalınca ən yaxşı qaçan at belə çata bilmir. Adi addımı 50-60 sm-dir. N. qaçarkən 3,5 metr məsafəyə tullanır. Amerikada 2 növü yayılmışdır: adi N. (şimal N.-su) və Darvin N.-su (uzundimdik N.).
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. punicaceae
1. İkiləpəlilər sinfinin fəsilələrindən biri. Fəsilənin yeganə bir növü vardır.
2. Eyniadlı fəsilədən yeganə bitki növü.
Hündürlüyü 5 m-ə çatan kol və ya alçaqboylu ağaclardır. Adi N. bu bitkinin yeganə təbii (yabanı) cinsidir. Vətəni Şərq ölkələri hesab olunur. Azərbaycanda N.-ın – “Gülöyşə”, “Şirin”, “Vələs”, “Fatma”, “Balamürsəl”, “Qırmızıqabıq”, “Nazikqabıq” və başqa sortları yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətilat. monodon
Ali məməlilər (plasentalılar) yarımsinfinin balinalar dəstəsinin delfinlər fəsiləsinə aid olan su heyvanı.
Bədəninin uzunluğu 5-6 m, çəkisi 1 tonadək olur. Erkəklərində 2 diş olur. Dişiləri isə dişsizdir. Buna baxmayaraq N. dişli balinalar yarımdəstəsinə aid edilir. Əsasən Şimal Buzlu Okeanın dənizlərində yaşayırlar.
See also:
Biologiya terminlərinin izahlı lüğəti