Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

plutonizm

qədim yunan əfsanələrində yeraltı dünyanın allahı Plutonun adı ilə

Yer qabığını təşkil edən süxurların əmələ gəlməsində endogen proseslərin (vulkanizm, tektonik hərəkətlər) aparıcı roluna dair geoloji konsepsiya.

XVIII əsrin sonları – XIX əsrin əvvəllərində geniş yayılmış bu konsepsiyanın əsasını şotland geoloqu Ceyms Hatton qoyub.

See also:

Coğrafiya terminləri lüğəti

podzol

rus. pod – alt + rus. zola – kül

Ağımtıl-boz rəngli qeyri-məhsuldar turş torpaq tipi.

P. torpaqlar soyuq və rütubətli iqlim şəraitində formalaşır. Onlar, əsasən, Şimali Amerikanın və Avrasiyanın tayqa zonalarında yayılıb. Bu torpaqlar üst qatların dövri olaraq izafi rütubətlənməsi, lilin və qələvi metalların yuyularaq alt qata aparılması, süxurun silisiumla zənginləşməsi ilə səciyyələnir. P. torpaqlara Azərbaycanda kiçik sahələrdə Lənkəran, Astara rayonlarında rast gəlinir. Onların münbitliyini yüksəltmək üçün əhəngdən, üzvi və mineral gübrələrdən istifadə edilir, belə sahələrdə çoxillik ot bitkiləri əkilir.

Coğrafiya terminləri lüğəti

polder

holl. polders – bəndlə əhatələnmiş quru

Dəniz səviyyəsindən aşağıda yerləşən ovalığın qurudulmuş və istifadə olunan sahəsi.

P.-lərə Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz sahillərində rast gəlinir. Onlar su hövzələrindən süni tirələr, bəndlər, dambalarla qorunur. P.-lərdə suyun səviyyəsi drenaj və kanallar vasitəsilə tənzimlənir. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.

Coğrafiya terminləri lüğəti

polesye

Pripyat çayı hövzəsində ovalığın adından

Mərkəzi və Şərqi Avropanın qarışıq meşələr zonasında Dördüncü dövr buzlaq sularının yaratdığı ovalıq sahələr.

P. dörd dövlətin (Belarus, Ukrayna, Rusiya, Polşa) ərazisində yerləşir. Ümumi sahəsi təxminən 130 min km² təşkil edir. Bura bataqlıq və göllərin çox olduğu çətin keçilən sahələrdir. Analoji landşaft formasına malik ərazilərə Kanadanın cənubu və ABŞ-ın şimalında da rast gəlinir. Terminin hind-Avropa dil ailəsinə daxil olan slavyan dil qrupunda “les” (meşə), yaxud Baltik dil qrupunda pol/pal (bataqlıq) sözündən yarandığını ehtimal edən fərziyyələr mövcuddur.

Coğrafiya terminləri lüğəti

poligen vulkan

yun. poly – çox + yun. genes – mənşə

Konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində formalaşmış vulkan.

Türkiyədə 1 milyon ildən artıq yaşı olan və sonuncu dəfə XVII əsrdə püskürmüş Nemrut dağı vulkanı belə vulkanlardandır.

See also:

Coğrafiya terminləri lüğəti

poliqalin sular

yun. polys – çox

Tərkibində çoxlu miqdarda duz olan sular.

Dünya okeanında suyun orta duzluluğu 35-36% təşkil edir. Bundan artıq duzluluğa malik sular P.S. adlanır.

Coğrafiya terminləri lüğəti

polimetal filizlər

Tərkibində bir neçə metal olan filizlər.

P.F., adətən, qurğuşun, sink və mis qatışığından ibarət təbii mineral birləşmələrdir. Belə metal birləşmələrə daha çox vulkanik süxurlarda rast gəlinir.

Coğrafiya terminləri lüğəti

potamologiya

yun. potamos – çay + yun. logos – elm, təlim

Hidrologiyanın çayları, çay hövzəsinin xüsusiyyətlərini, burada gedən hidroloji prosesləri öyrənən bölməsi.

Coğrafiya terminləri lüğəti

pozulmuş torpaqlar

İnsanların istehsal fəaliyyəti nəticəsində torpağın təsərrüfat əhəmiyyətini, təbii xüsusiyyətlərini itirməsi.

P.T. bitki örtüyünün, heyvanlar aləminin kasadlaşmasına, hidroloji rejimin dəyişməsinə və s. pozuntulara səbəb olur, bütünlüklə ətraf mühitə mənfi təsir mənbəyi sayılır.

Coğrafiya terminləri lüğəti