yun. planetos – gəzən ulduz
Günəş sisteminin Yer qrupu planetlərinin orbitlərindən arxada yerləşən, bir sıra ümumi fiziki xüsusiyyətlərə malik böyük planetləri.
Bunlar Yupiter, Saturn, Uran və Neptundur. Xarici planetlər böyük ölçülərə və kütləyə malikdir. Yer qrupuna aid planetlərdən fərqli olaraq onlar qazlardan ibarətdir (hidrogen, helium, ammonyak, metan və s.). Xarici planetlər soyuqdur, qalın atmosferləri var, öz oxları ətrafında sürətlə fırlanır, lakin orbit üzrə Günəş ətrafında yavaş hərəkət edir; məsələn, Neptun Günəş ətrafında 165 ildə bir dövrə vurur. Xarici planetlərin çoxlu sayda peykləri var.
Coğrafiya terminləri lüğətiər. – əlli
Afrikanın şimal-şərqində əsən isti və quru, güclü cənub küləyi.
İldə təqribən 50 gün əsir (əsasən, aprel-iyun aylarında). X. günortadan sonra daha da güclənməsi, günəş batana yaxın kəsməsi ilə səciyyələnir. Misir, Liviya və Sudan üçün daha xarakterikdir. Bu ərazilərdə X.-lə eyni xüsusiyyətlərə malik olan, lakin ilin digər fəsillərində əsən küləyə isə şarav deyilir.
Coğrafiya terminləri lüğətiXəritənin ümumcoğrafi məzmunu, əldə edilməsi üçün xəritədə üzərində heç bir əlavə axtarış, yaxud hesablama aparmaq lazım gəlməyən məlumatların məcmusu.
X.C.Ə.-na xəritədə şərti işarələrlə göstərilmiş sərhədlər, sahil xətləri, dənizlər, çaylar, dağlar, ovalıqlar, səhralar, yaşayış məntəqələri və s. daxildir.
See also:
Coğrafiya terminləri lüğətiXəritə hazırlanarkən əsas götürülən riyazi qaydalar və göstəricilər: miqyas, kartoqrafik proyeksiya (Yerin ellipsoidinin müstəvidə əks etdirilməsi üsulu), dərəcə toru, coğrafi koordinatlar və s.
Xəritədən istifadə edən şəxs bu qaydaları bilməli, məsələn, iki məntəqə arasındakı real məsafəni bilmək üçün miqyas əsasında riyazi hesablama aparmalıdır.
See also:
Coğrafiya terminləri lüğətiKartoqrafiyanın nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin təhlil metodlarını, bu mənbələrin elementlərini, xüsusiyyətlərini və s.-ni öyrənən elm sahəsi, kartoqrafiyanın bir bölməsi.
Bəzən xəritələrdən istifadə metodlarını da X.-a aid edirlər.
Coğrafiya terminləri lüğətilat. erosio – yuyulma
Yer səthinin daimi, yaxud müvəqqəti su axınları ilə yuyulması nəticəsində uzun və ensiz çökəkliklərin yaranması, su axınının öz yatağını genişləndirməsi.
X.E., adətən, yağış və qarın əriməsi vaxtı maili relyefdə yumşaq süxurların yuyulması və cığırların açılması ilə başlayır. Təkrar yağışlar bu cığırları genişləndirir və dərinləşdirir, nəticədə yarğanlar, dərələr əmələ gəlir. X.E. denudasiya və ümumi eroziya prosesinin ən güclü faktorlarından biridir.
Coğrafiya terminləri lüğəti