lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
Yerin dərinliyindən (maqma kamerasından) qalxan qatı maqmanın yamaclara axa bilmədən vulkanın ağızlığında günbəz şəklində donub-qalması nəticəsində yaranan relyef forması.
Fəaliyyətdə olan G.V.-ın boğazı maqma ilə tutulmuş olur, toplanan qazlar vaxtaşırı bu “tıxacı” kənara atır və yeni günbəz formalaşır (məs.: ABŞ-da Sent-Helens vulkanı).
See also:
Coğrafiya terminləri lüğətiGünəşin üfüq xətti üzərində – səmada olduğu müddət.
G.-ün uzunluğu ancaq ekvatorda ilboyu 12 saata bərabərdir. Qalan coğrafi en dairələrində isə G. yalnız gecə-gündüz bərabərliyi tarixlərində (21 mart və 23 sentyabrda) 12 saat davam edir. En dairəsindən asılı olaraq G.-ün uzunluğu fəsillər üzrə 0-dan 186 günədək dəyişir. Azərbaycanın yerləşdiyi Şimal yarımkürəsində ən uzun G. iyunun 22-də (Bakıda – 15 saat 7 dəqiqə), ən qısa G. dekabrın 22-də (Bakıda 9 saat 14 dəqiqə) müşahidə edilir.
See also:
Coğrafiya terminləri lüğətiGünəş sisteminin mərkəzində yerləşən, sarı cırtdan tipinə aid olan ulduz.
Bu sistemin bütün cisimləri, o cümlədən Yer həmin ulduzun ətrafında fırlanır. G. özü də saniyədə 220 km sürətlə Südyolu qalaktikasının qollarından birində hərəkət edir. G.-in yuxarı qatlarının kimyəvi tərkibi hidrogendən, heliumdan və az miqdarda digər elementlərdən ibarətdir, onun səthində temperatur 6000°C-yə qədərdir. G.-in enerji mənbəyi temperaturu 15 mln. °C-yə çatan nüvəsində hidrogenin heliuma çevrilməsi prosesidir. Onun təxminən 4,5-4,6 mlrd. il yaşı olduğu, hidrogen ehtiyatının hələ 5 mlrd. il də işıq saçmağa imkan verdiyi güman edilir. Yer kürəsində canlı həyatın mövcudluğu məhz G. enerjisi ilə bağlıdır. G. işığı və istiliyi Yer üzündə bütün proseslərin enerji mənbəyidir.
See also:
Coğrafiya terminləri lüğətiGünəşin səthində və atmosferində baş verən dəyişikliklərin məcmusu.
G.F. partlayışlar, Günəş ləkələri, məşəllər və s. formalarda təzahür edir. Bu fəallıq Yer atmosferinin həm üst, həm də alt qatlarında qazların ionlaşması, maqnit burulğanları, havanın və iqlimin dəyişməsi kimi proseslərə səbəb olur.
Coğrafiya terminləri lüğətiGünəş səthində müşahidə edilən tutqun ləkələr.
G.L.-nin mərkəzində plazmanın temperaturu ətraf hissələrə nisbətən xeyli aşağı olur. G.L. Yerin maqnit sahəsindən min dəfələrlə güclü maqnit sahəsi yaradır və Yerdə maqnit burulğanlarına səbəb olur. Onlar Günəşdə partlayışlar nəticəsində, adətən, cüt-cüt əmələ gəlir.
See also:
Coğrafiya terminləri lüğətiGünəşin səthində müşahidə edilən xüsusilə parlaq sahələr.
Bu sahələr Günəşin diskinə yaxın hissələrdə daha çox nəzərə çarpır. G.M.-ləri günəş ləkələrinə nisbətən kiçik olur, amma onlar kimi partlayışlar nəticəsində yaranır və çox güclü maqnit sahələri formalaşdırır.
Coğrafiya terminləri lüğətilat. radiatio – parıltı
Günəşin elektromaqnit şüalanması.
G.R. dalğalar şəklində böyük sürətlə kainata yayılır. Yer, Günəşin kosmik fəzaya şüalandırdığı radiasiyanın iki milyardda bir hissəsini alır. G.R. Yerin atmosferindən keçərkən havadakı müxtəlif qazlar tərəfindən qismən udulur, əks olunur və səpələnir. Nəticədə o, intensivliyini və spektral tərkibini dəyişir. Yerə gəlib çatan G.R. dalğa uzunluğuna görə 7-10% ultrabənövşəyi, 40-45% görünən şüa, 45-50% infraqırmızı şüa spektrindən ibarət olur. Onun intensivliyi 1 sm2 səthə vahid vaxt (1 dəqiqə) ərzində düşən radiasiyanın istilik təsiri ilə ölçülərək kalorilərlə (kal/sm²/dəq) ifadə edilir. G.R. Yer səthinə düz və səpələnən radiasiya formasında təsir göstərir. Radiasiyanın intensivliyi coğrafi enliklərdən asılı olaraq dəyişir, ən yüksək həddə tropik enliklərdə çatır.
See also:
Coğrafiya terminləri lüğətiGünəş və onun ətrafında dövr edən böyük planetlər, həmçinin bu planetlərin peykləri, kiçik planetlər, xırda hissəciklər (meteoritlər, kosmik toz) kimi fəza cisimlərindən ibarət ulduz sistemi.
Bu sistemin fəza cisimləri arasında qravitasiya əlaqələri mövcuddur. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qəbul etdiyi təsnifat üzrə onlar üç kateqoriyaya bölünür: planetlər, cırtdan planetlər və G.S.-nin kiçik səma cisimləri. G.S.-nə 8 böyük planet, onlarca peyk, yüz minlərlə asteroid, kometa, meteor və s. daxildir. Böyük planetlərin bir qisminin öz atmosferi var. G.S.-nin təxminən 4,57 mlrd. il yaşı olduğu güman edilir. O, saniyədə 220 km sürətlə qalaktikanın mərkəzi ətrafında hərəkətdədir.
Coğrafiya terminləri lüğətiGünəşin ətrafında dövr edən planet, cırtdan planet və onların peyki olmayan bütün səma obyektləri.
G.S.K.C. termininə bu tərifi 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı verib. Belə cisimlərə asteroidlər, kometalar, digər səma obyektləri daxildir.
Coğrafiya terminləri lüğətiGünəşin qismən, yaxud tamamilə Ayın kölgəsində qaldığı və Yerdən baxan müşahidəçi üçün görünməz olduğu astronomik hadisə.
G.T. yalnız Ayın təzə doğduğu vaxtlarda mümkündür. Ayın diametri Günəşin diametrindən təxminən 400 dəfə kiçikdir, eyni zamanda o, Yerə Günəşdən təxminən 400 dəfə yaxındır. Buna görə də Ay hərəkət edərkən tam ortada qalanda Günəş Yerdən qısa müddətə görünməz olur.
Coğrafiya terminləri lüğəti