fars. – hərfi mənası: altı qanad
Qədim silah növü; başı metaldan düzəldilmiş altıdilli toppuz.
Ş. toppuzun modifikasiya olunmuş forması sayılır. Orta əsrlərdə Şərq ölkələrində bu silah geniş istifadə edilib və hərbi rəisin hakimiyyət rəmzi kimi də işlənib. Şimali Azərbaycanda qədimdən məlum olan Ş. nümunələri Torpaqqaladakı arxeoloji qazıntılar zamanı aşkarlanıb. Azərbaycan qəhrəmanlıq dastanlarında (“Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s.) başqa silah növləri ilə yanaşı, Ş.-in də adı çəkilir.
Tarix terminləri lüğətiər. – ağsaqqal, qoca
1. Köçəri ərəblərdə qəbilə, tayfa və ya tayfa ittifaqı başçısı.
2. Müsəlman ölkələrində, ümumiyyətlə, nüfuzlu və mötəbər şəxslərə müraciət forması.
Bir çox hallarda təriqət başçıları, dərviş ordenlərinin rəhbərləri (mürşid mənasında), görkəmli ilahiyyatçılar Ş. adlandırılıb.
3. Ərəbistan yarımadasının cənubunda və İran körfəzi sahilində yerləşən ərəb əmirliklərinin başçıları.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – ağsaqqal, qoca
İslamda şiəlik təriqəti.
Təriqətin əsası XVIII əsrin sonunda şeyx Əhməd Əhsai (1744–1827 və ya 1828) tərəfindən qoyulub. Onun tərəfdarları özlərini “şeyxilər” adlandırıblar. Ş. İran və İraq ərazisində, eləcə də Cənubi Azərbaycanda geniş yayılıb. Bu təlimə görə, Allahın arzusu ilə bütün varlığın yaranmasına 12 imam səbəb olub. Başlanğıcda imamlar cövhər halında mövcud olublar və Allah dünyanı məhz həmin cövhərlər vasitəsilə yaradıb. Odur ki dünyanın imamların hökmü ilə hərəkət etməsi zərurət sayılır. Mehdinin zühurunun qaçılmazlığına və onun Yer üzərindəki bütün ədalətsizlikləri məhv edəcəyinə inam Ş. təliminin əsasında durur. Şeyxilər həmçinin Mehdi ilə insanlar arasında vasitəçilik edəcək “Bab” (ər. – qapı) adlı şəxsin dünyaya gələcəyinə də inanırlar. Ş. babiliyin əsas ideya qaynağı olub. XIX əsrin 40-cı illərində bu təriqət faktik olaraq dağılıb.
Tarix terminləri lüğətiər. şeyx əl-islam – hərfi mənası: islamın ağsaqqalı, başçısı
İslam dininin yayıldığı ölkələrdə XI əsrdən başlayaraq görkəmli ilahiyyatçıların (üləmaların), sonralar isə ali ruhani xadimlərin fəxri titulu.
Osmanlı dövlətində Ş. XVI əsrin ortalarından 1924-cü ilədək sultan tərəfindən təyin edilib və müsəlman ruhanilərin fitva vermək hüququna malik başçısı funksiyasını yerinə yetirib. Səfəvilər dövlətində isə şahın təyin etdiyi baş qazılardan biri Ş. olub. 1872-ci ilin aprelində çar hökuməti bölgədəki müsəlmanlara nəzarət məqsədilə Zaqafqaziya Müsəlmanları İdarəsi yaradıb, bu dövlət qurumunun şiə bölümünün rəhbəri də Ş. adlandırılıb. Lakin burada Ş. titulu faktik olaraq çar hökuməti tərəfindən həmin vəzifəni tutan şəxsə verilib və məfhumun tarixi anlamı ilə əlaqəsi olmayıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – bənzər, oxşar
Keçmişdə şiələrin məskunlaşdığı Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda geniş yayılmış dini mərasim tamaşası.
Meydan tamaşasının formalarından biri olan Ş.-in süjet xətti Məhəmməd peyğəmbərin nəvəsi Hüseynlə Əməvi xəlifəsi Yezid arasında 680-ci ildə baş vermiş Kərbəla döyüşündəki hadisələr əsasında qurulur. Yezidin qələbəsi ilə başa çatmış həmin döyüşdə imam Hüseyn və onun tərəfdarları şəhid olublar. Bununla əlaqədar hər il məhərrəmlik ayının əza (matəm) adlanan ilk 10 günü ərzində şiəlik yayılmış yerlərdə həmin faciəni əks etdirən Ş. tamaşaları göstərilir. Keçmişdə Azərbaycanda “İmam Hüseynin şəhid olması”, “Həzrət Abbasın şəhid olması”, “Əliəkbərin şəhid olması”, “Fatimənin qətli”, “Qasım Həsən oğlunun şəhadəti”, “Kərbəla davası” (müsibəti), “Əlinin qətli”, “Tiflani-Müslüm” və bu kimi Ş. tamaşaları geniş yayılıb.
Tarix terminləri lüğətiər. – ağac
Nəsil ağacı; bir sülalənin, xanədanın və s. bütün nəsil qollarını göstərən cədvəl.
Keçmişdə bu cədvəllər ağac şəklində, kökü və budaqları göstərilməklə çəkildiyi üçün Ş. adlandırılıb. Ş. nəslin mənşəyini və qohumluq dərəcələrini müəyyənləşdirir. Ş.-lərin öyrənilməsi ilə köməkçi tarix fənni olan genealogiya məşğul olur.
Tarix terminləri lüğətiər. – bağlı, topa
Azərbaycanda toxunulan xovsuz xalça növü.
Tarixən belə xalçalar, əsasən, Qarabağ və Qazax bölgələrində istehsal olunub. Ş. damalı və süjetli ola bilər. Süjetli Ş.-lərdə at, yaxud dəvə karvanı sıraları, ata minmiş ovçular və onların qolunun üstündə şahin, atların yanında tulalar kimi təsvirlərə çox rast gəlinir. Stilizə edilmiş bu təsvirlər ritmik və real mənzərə yaradır.
Tarix terminləri lüğətiXX əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəlində Şəfi bəy Rüstəmbəyli (1893–1960) başda olmaqla bir qrup şəxsin Azərbaycan mühacirləri arasına təfriqə salmaq cəhdlərinə tarix ədəbiyyatında verilmiş ad.
Bu cəhdlər həmin dövrdə azadlıq mücadiləsinə rəhbərliyi həyata keçirən Azərbaycan Milli Mərkəzini parçalamaq məqsədinə xidmət edib. Ş. termini ilk dəfə M.Ə.Rəsulzadənin 1934-cü ildə yazdığı “Şəfibəyçilik” əsərində işlədilib. O, Ş.-i “Azərbaycan milli hərəkatına qarşı atılan şübhəli intriqalar” kimi qiymətləndirib.
Tarix terminləri lüğətiər. – şahidlik
Müsəlmanlığın beş şərtindən birincisi; Allahın birliyinin və Məhəmməd peyğəmbərin onun elçisi olması faktının qəbul edilməsini nəzərdə tutan şərt.
Bu şərt “La ilahə illəllah, Məhəmmədən Rəsulillah” (“Allahdan başqa Allah yoxdur, Məhəmməd – Allahın elçisidir”) tezisində öz əksini tapıb. Müharibələr zamanı müsəlmanlar həmin ifadəni qışqıraraq döyüşə atılıblar. Buradan da “şəhid” (islamın düşmənləri ilə mübarizədə dilində Ş. kəlməsi ilə həlak olmuş döyüşçü) sözü yaranıb. Hər hansı faktın təsdiqi üçün şahidlik etmək də Ş. adlanır.
Tarix terminləri lüğətiƏhalisinin əksəriyyəti sənayedə, ticarətdə, elm, mədəniyyət, sosial xidmət, idarəetmə və digər qeyri-istehsalat sahələrində çalışan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzinə çevrilmiş iri yaşayış məntəqəsi.
Kənddən fərqli olaraq müasir Ş. əhalisinin çox cüzi hissəsi kənd təsərrüfatı ilə məşğul olur.
Tarix terminləri lüğətiRusiya imperiyasında 1785–1917-ci illərdə fəaliyyət göstərmiş şəhər özünüidarə orqanı.
Öncə Ş.D. 6 silkə bölünmüş şəhər əhalisi tərəfindən seçilib. Ona bələdiyyə rəisi başçılıq edib, icra orqanı isə 6 nəfər qlasnıdan (hər silkdən 1 nümayəndə) ibarət olub. Şəhər təsərrüfatına rəhbərlik etməli olan Ş.D. XIX əsrin əvvəlindən başlayaq digər dövlət strukturları tərəfindən arxa plana keçirilib. Yalnız 1870-ci il şəhər islahatı nəticəsində bu qurumların silki xarakteri aradan qaldırılıb və onların fəaliyyəti yenidən canlanıb. 1878–1917-ci illərdə Bakıda da Ş.D. fəaliyyət göstərib.
Tarix terminləri lüğəti1870-ci il 16 iyun “Şəhər əsasnaməsi”; Rusiyada burjua islahatlarından biri.
Bu islahat nəticəsində Rusiya imperiyasındakı şəhərlərin çoxunda 1785-ci ildən fəaliyyət göstərən silkli şəhər dumaları əvəzinə silksiz dumalar yaradılıb. Sərəncamverici orqan şəhər duması, icra orqanı isə onun seçdiyi şəhər idarəsi olub. Yalnız daşınmaz əmlaka sahib olub şəhər vergisi ödəyənlərin qlasnı (duma üzvü) seçilmək hüququ olub. Quberniya şəhərlərində duma rəisini daxili işlər naziri, qəza şəhərlərində isə qubernator vəzifəyə təsdiq edib. Rus administrasiyası Cənubi Qafqaz əhalisinin islahata hazır olmadığını bəhanə gətirərək öncə bölgədə Ş.İ.-nın keçirilməsindən imtina edib. Yalnız 1874-cü ildə Ş.İ. böyük məhdudiyyətlərlə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq olunub. Belə ki, şəhər dumasına seçilən qeyri-xristianlar, yəni müsəlmanlar üçün xüsusi limit qoyulub. Həmin limitə görə, müsəlmanlar duma üzvlərinin yarısından çoxunu təşkil edə bilməzdi. Ş.İ. əvvəl Bakıda, sonra isə Azərbaycanın digər şəhərlərində (Gəncə, Şuşa, Şəki, Naxçıvan və Ordubadda) həyata keçirilib.
Tarix terminləri lüğətiArxeologiyada: möhkəmləndirilmiş qədim məskən və ya şəhər qalıqları.
Mədəni təbəqədə qeydə alınan və ən müxtəlif dövrlərə aid olan Ş.-lər dünyanın bütün ölkələrində aşkarlanıb. Ş.-lərin arxeoloji cəhətdən öyrənilməsi tarixi həqiqətin bərpası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Həmçinin bax:
Tarix terminləri lüğəti