ər. – kənar edilmiş, çıxarılmış, azad
Bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda bəylərdən aşağı dayanan zümrə, imtiyazlı sosial təbəqə.
Azərbaycanda M. institutu Səfəvilər, daha sonra isə xanlıqlar dövründə xüsusilə geniş yayılıb. M.-lar hər cür vergi və mükəlləfiyyətlərdən azad edilib, bəzi hallarda isə onlara torpaq sahəsi də ayrılıb. Bunun müqabilində isə M.-lar sərhəd rayonlarını basqınlardan qoruyan, eləcə də müasir anlamda polis funksiyasını yerinə yetirən qeyri-nizami qoşunlarda xidmət ediblər. M.-lar, əsasən, elatlar arasından çıxıb. Osmanlı dövlətində M. «tarxan» adlanıb.
Tarix terminləri lüğətiXVII əsrin sonu – XVIII əsrdə Avropa və Şimali Amerikada geniş yayılmış mədəni hərəkat.
Bəşər mədəniyyəti tarixində siyasi, fəlsəfi və ictimai fikrin inkişafı baxımından ən həlledici mərhələlərdən biri olan M. dövrü ideologiyasının əsasında rasionalizm və azadfikirlilik durub. XVII əsrdə İngiltərədə yaranan M. daha sonra Fransa, Almaniya və digər ölkələrə də yayılıb. Onun ideoloqları “təbii hüquq” nəzəriyyəsinə əsaslanaraq cəmiyyətdə “əqlin hökmranlığı”nın qurulması, siyasi azadlıqlar və vətəndaşların bərabərliyi uğrunda mübarizə aparıblar. M. dövrü insan zəkasına sonsuz inam, dini doqmatizmin məhvi, elmin orta əsr sxolastikası və dini cəhalət üzərində qələbəsi epoxası olub. Bu baxımdan dini dünyagörüşündən imtina və idrakın yeganə mənbəyinin insan zəkası olması fikri həmin dövrün ən səciyyəvi cəhəti sayılır. Məhz bu dövrdə canlı Avropa dilləri latın dilini təhsil və elm sahəsindən sıxışdırıb çıxarmağa başlayıb, milli dillər inkişaf edib. ABŞ-ın “Müstəqillik bəyannaməsi”nin, habelə Fransanın “İnsan və vətəndaş hüquqları bəyannaməsi”nin əsasında da M. ideyaları durur. M. hərəkatının ən görkəmli nümayəndələri İngiltərədə C.Lokk, Fransada Volter, J.J.Russo, D.Didro, R.Dekart, P.Holbax, Almaniyada Q.Lessinq, F.Şiller, İ.Höte, ABŞ-da T.Cefferson, B.Franklin və b. sayılırlar.
Tarix terminləri lüğətiXVIII əsrin II yarısında Avropanın bir sıra ölkələrində mütləqiyyət rejimlərinin maarifçilik ideyalarına əsaslanaraq yeritdikləri siyasət.
M.M. yuxarıdan islahatlar yolu ilə bir çox köhnəlmiş feodal institutlarını sıradan çıxarmağa çalışıb. Bəzi silki imtiyazların ləğvi, kilsənin dövlətə tabe etdirilməsi, təhsil, məhkəmə, aqrar sahələrdə islahatların həyata keçirilməsi, senzuranın yumşaldılması və s. bu istiqamətdə atılmış ən mühüm addımlar olub. Prussiyada II Fridrix, Avstriyada II İosif, İspaniyada III Karl, İsveçdə III Qustav, Portuqaliya və Danimarkada bir sıra nazirlər M.M.-in ən görkəmli nümayəndələri sayılırlar. Lakin vaxtı ötmüş qayda-qanunların bir hissəsini aradan qaldırmaqla kapitalizmin inkişafına şərait yaradan həmin siyasət son nəticədə iflasa uğrayıb. İslahatların yarımçıq xarakteri və despotik üsullarla həyata keçirilməsi, eləcə də feodal dairələrinin sərt təpkisi bu uğursuzluğun əsas səbəbi olub. Böyük Fransa inqilabından qorxuya düşən Avropa monarxları M.M. siyasətindən birdəfəlik əl çəkiblər.
Tarix terminləri lüğətiital. mafia, maffia – Siciliya dialektində: təkəbbür, özünüöymə
Hakimiyyət nümayəndələri (polis, məhkəmələr, bəzi siyasi dairələr və s.) ilə sıx əlaqəsi olan nüfuzlu cinayətkarlardan ibarət mütəşəkkil gizli qruplaşma.
M. sosial təşkilat forması kimi XVIII əsrin sonu – XIX əsrin əvvəlində Siciliya adasında (İtaliya) meydana gəlib, öncə Siciliyanın kənd əhalisinin orta təbəqələrinin gizli birliyi olub və öz üzvlərinin torpaq sahələrinin, ticarətinin və s.-nin mühafizəsi üçün terror metodlarından – şantaj, zorakılıq, qətllərdən geniş istifadə edib. Tədricən arxaik kənd M.-sı şəhərlərə də nüfuz edərək buradakı yeni şəraitə uyğunlaşıb. XIX əsrin sonu – XX əsrin əvvəlində M. İtaliya hüdudlarını aşaraq digər ölkələrdə, ilk növbədə, italyan mühacirləri ilə birlikdə ABŞ-da yayılıb. II Dünya müharibəsindən (1939–1945) sonra ABŞ-da cinayətkar aləmin ən güclü sindikatı olan “Koza nostra” xüsusilə diqqət çəkir. Sonrakı dövrlərdə həm İtaliya, həm də ABŞ-da M.-ya ciddi zərbələr vurulsa da, onu birdəfəlik məhv etmək mümkün olmayıb. Bu termin məcazi mənada öz maraqlarını həyata keçirmək məqsədilə birgə fəaliyyət göstərən, nüfuzlu şəxslərdən ibarət mütəşəkkil qrup anlamında da işlədilir.
Tarix terminləri lüğətilat. magia, yun. magèia – cadugərlik, möcüzə
Fövqəltəbii qüvvələr vasitəsilə insanlara, heyvanlara, təbiət hadisələrinə, eləcə də ruhlara və ilahlara təsir etməyin mümkünlüyü inancına əsaslanan dini-mistik baxışlar və ritualların məcmusu.
Sehrbazlıq, cadugərlik, ovsunçuluq, münəccimlik, falçılıq və s. M.-nın tərkib hissəsi sayılır. Bəzi ehtimallara görə, bu termin Midiya tayfası olan maqların adından yaranıb. Lakin həmin ehtimalı konkret faktlarla təsdiq etmək mümkün deyil. Orta əsrlərdə ilahi qüvvələrin (mələklərin, müqəddəslərin) köməyi ilə möcüzələr yaradan ağ M. və natəmiz qüvvələrin (şeytanın, qəzəbli ruhların) köməyinə müraciət edən qara M. fərqləndirilib. Hərbi yürüşlərin, əkinin, məhsul yığımının başlanması zamanı, yağışın yağması üçün, ovda, müharibədə və s. sahələrdə uğur qazanmaq niyyəti ilə keçirilən magik mərasimlər geniş yayılıb. M. bütün dinlərin, o cümlədən xristianlıq, islam və buddizmin bir çox mərasimlərində özünü büruzə verir. Təbiət elmləri M.-nı qəbul etmir.
Tarix terminləri lüğətilat. magister – rəis, müəllim, mürəbbi
1. Qədim Romada bir sıra vəzifələrin adı; məs.: magister equitum – diktatorun köməkçisi, magister militum – son imperiya dövründə baş komandan.
2. Orta əsrlər Avropasında katolik ruhani-cəngavər ordeninin başçısı, ali rəhbəri.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. magistratus – hakimiyyət, əyan, rəis
Rusiyada şəhər silki idarəçilik orqanı.
M. 1720-ci ildə yaradılıb. İlk dövrdə onlar məhkəmə, polis, təsərrüfat və maliyyə məsələləri ilə məşğul olub, 1727-ci ildə ratuşaya çevrilib, 1743-cü ildə yenidən, daha məhdud səlahiyyətlərlə (məhkəmə və dövlət vergilərinin bölgüsü) bərpa edilib. 1775-ci ildə M.-lar şəhər silkləri üçün quberniya və qəza məhkəmələrinə çevrilib. 1785-ci ildən şəhər özünüidarə sisteminin tərkibinə daxil olan M.-lar, əsasən, məhkəmə qurumu kimi fəaliyyət göstərib və 1860-cı illərdə Rusiyada məhkəmə islahatı gedişində tədricən ləğv edilib.
Tarix terminləri lüğətilat. magistratura < magistratus – hakimiyyət, əyan, rəis
Qədim Romada yüksək dövlət vəzifələrinin məcmusu.
M. respublikanın formalaşdığı dövrdə (e.ə. VI əsrin sonu) yaranıb. Öncə M. vəzifələrini (xalq tribunlarından başqa) patrisilər tutub, e.ə. III əsrin əvvəlindən isə plebeylər də belə bir hüquq əldə ediblər. Əvəzi ödənilmədən (pulsuz) icra olunan bu vəzifələr qısamüddətli (adətən, 1 illik) və kollegial (diktator vəzifəsindən başqa) olub. Ordinar – seçkili və ekstraordinar – təyin olunan, eləcə də ali və aşağı M. vəzifələri təsis edilib. Diktatorlar, süvari dəstələrinin rəisləri və s. – ali ekstraordinar, konsullar, pretorlar, senzorlar – ali ordinar, xalq tribunları, kvestorlar və s. isə aşağı ordinar M. vəzifələri sayılıb. M. vəzifəsini icra edənlərin öz səlahiyyətləri çərçivəsində fərmanlar vermək, cərimələr təyin etmək hüququ olub.
Tarix terminləri lüğətiər. məhəll – yer, məkan
Keçmişdə inzibati-ərazi vahidi, vilayət.
Xanlıqlar dövründə M. Azərbaycanda əsas inzibati-ərazi vahidi olub: xanlığın ərazisi ayrı-ayrı M.-lara bölünüb. Sonralar bu termin “bölgə” sözünün sinonimi kimi də işlədilib; məs.: Qarabağ M.-ı, Gəncə M.-ı, Şirvan M.-ı və s.
Tarix terminləri lüğətisanskr. – böyük racə, hakim
Hindistanda hökmdar titulu.
Bəzi qaynaqlarda bu terminə «maharana», «maharao» formasında rast gəlinir. Orta əsrlərdə iri feodallar və müstəqil knyazlıqların hakimlərini vassal asılılığında olan adi racələrdən fərqləndirmək üçün M. adlandırıblar. Yeni və ən yeni dövrlərdə də bəzi knyazlar M. titulunu daşımaqda davam ediblər. 1956-cı ildə M.-lar siyasi hakimiyyətdən məhrum olunublar.
Tarix terminləri lüğətiXVI–XVIII əsrlərdə İranda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda işlədilən gümüş sikkə.
Bu sikkənin nominal dəyəri 100 mis dinara bərabər olub, ilk dəfə Səfəvi şahı Məhəmməd Xudabəndənin hökmranlığı (1578–1587) dövründə onun adından 1 misqal ağırlığında kəsilib və “xudabəndə”, “məhəmmədi”, “məhmədi”, “mahmudi” adlandırılıb. 1 M. – 2 şahıya, 2 M. isə 1 abbasıya bərabər olub.
Tarix terminləri lüğəti1918–1921-ci illərdə Ukraynada anarxist-kəndli hərəkatı.
Hərəkat onun rəhbəri N.İ.Maxnonun (1889–1934) adı ilə adlandırılıb. Hərəkatın əsas qüvvəsini Maxnonun komandanlıq etdiyi Ukrayna inqilabi üsyançılar ordusu təşkil edib. Anarxizm ideologiyasına əsaslanan M.-un başlıca şüarları “Hakimiyyətsiz dövlət”, ”Üçüncü inqilab” və “Sərbəst sovetlər” olub. Çar mütləqiyyətinin və iri torpaq sahiblərinin hakimiyyətinin bərpasına qarşı çıxan M. eyni zamanda bolşeviklərin həmin dövrdə yeritdikləri hərbi kommunizm siyasətini də rədd edib. Bu səbəbdən hərəkat üzvləri gah ağqvardiyaçıların, gah da bolşeviklərin tərəfində vuruşublar. Ağqvardiyaçıların, xüsusilə Vrangelin darmadağın edilməsində M.-un böyük rolu olub. Ağqvardiyaçıları məğlub etdikdən sonra bolşeviklər Maxnonun ordusunun mövcudluğuna son qoymaq qərarına gəliblər. 1921-ci ilin avqustunda maxnoçuların məğlub olması və Maxnonun Rumıniyaya mühacirət etməsi ilə M. hərəkatı yatırılıb.
Tarix terminləri lüğətifr. la Ligne Maginot
Fransanın Almaniya, Lüksemburq, qismən də Belçika ilə sərhədində fortifikasiya qurğuları və maneələr sistemi.
M.X. Fransanın hərbi naziri A.Majinonun təklifi ilə 1929–1934-cü illərdə almanların mümkün hücumundan ölkəni qorumaq məqsədilə yaradılıb. Uzunluğu 400 km, eni 6-8 km olan bu xətdə 39 uzunmüddətli müdafiə qurğusu, 75 bunker, 500 artilleriya və piyada bloku, həmçinin blindajlar və müşahidə məntəqələri yerləşdirilib. Lakin 1940-cı ilin may–iyul aylarında alman qoşunları ondan yan keçərək Fransanın şimalını tutublar və M.X.-nin arxasına çıxıblar. Fransa təslim olduqdan sonra M.X.-ndəki fransız qoşunları da müqaviməti dayandırıb.
Tarix terminləri lüğəti