Reklam
Reklam

Tarix terminləri lüğəti

boz ay

Azərbaycan xalq təqvimində qışın sonuncu ayı.

B.A. kiçik çillədən sonra başlayır, fevralın 21-dən yaz girənədək (martın 21–22-dək) davam edir. Həmin müddət ərzində tutqun, günəşsiz günlərin sayı çox olduğu üçün bu ay belə adlanır. B.A.-a ala çillə, alaçalpo da deyilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

çao

İlk dəfə XIII əsrdə Çində dövriyyəyə buraxılmış aşağı dəyərli kağız pul, əsginas.

Uzunsov, dördkünc formada kəsilən Ç. qızıl və gümüş sikkələrin əldən-ələ keçməsinin, dəyərdən düşməsinin qarşısını alıb və onların dövlət xəzinəsində toplanmasına şərait yaradıb. İqtisadi böhran keçirən Elxanilər dövlətinin xəzinə borclarını ödəmək, xərclərini təmin etmək məqsədilə 1294-cü ildə Keyxatu xan (1291–1295) da Ç. kəsilməsi barədə fərman verib. Məcburi surətdə tədavülə buraxılan, lakin əhalinin etibarını qazana bilməyən kağız pul artıq 2 aydan sonra dövriyyədən çıxarılıb.

Tarix terminləri lüğəti

çar

lat. caesar – sezar sözündən

Slavyanlarda monarxların titullarından biri.

Ç. titulunu slavyanlarda ilk dəfə X əsrin əvvəlində bolqar knyazı I Simeon qəbul edib. 1547–1721-ci illərdə, IV İvan Qroznının hakimiyyəti dövründən başlayaraq Ç. Rusiyada da dövlət başçısının rəsmi titulu olub. 1721-ci ildə o, I Pyotr tərəfindən imperator titulu ilə əvəzlənib, lakin 1917-ci ilin fevralında mütləqiyyətin devrilməsinədək qeyri-rəsmi şəkildə işlənib. Bolqarıstanda isə monarxlar XIX əsrin sonundan 1946-cı ildə ölkə respublika elan edilənədək Ç. titulu daşıyıblar.

Tarix terminləri lüğəti