lat. malvaceae
İkiləpəlilər sinfinin fəsilələrindən biri.
Əsasən ot bitkiləri olsalar da, nümayəndələri arasında kol və ağac bitkiləri də vardır. Dünyada 1600-dən çox növü özündə birləşdirən 90 cinsi yayılmışdır. Azərbaycan florasına isə 9 cinsin tərkibində 20-ə qədər növü daxildir. Təsərrüfat əhəmiyyətli cincləri – pambıq, kətan, əməköməci, gülxətmi və s. Bəzi sistematiklər pambıq cinsini (bombacaceae) müstəqil fəsilə kimi təqdim edirlər.
Biologiya terminlərinin izahlı lüğətiİnsan kəlləsinin bir hissəsi.
Normal halda sağlam insanda 2 yaşına qədər Ə.-də sümükləşmə gedir. İnsanda bir çox hərəki proseslərin beyin mərkəzini qoruyan əsas hissədir. Ə. sümükləri başın kəllə şöbəsində olan 6 əsas sümüklərdən biri olub sayı cütdür (2 ədəd); sümüklərin tikişli birləşməsinə malikdir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiKökün sorucu zonasından çıxan tükşəkilli tellər.
Ə.T.-in funksiyası torpaqdakı suda həll olmuş mineral maddələri udub kökün digər hissəsinə – ötürücü zonaya göndərməkdir. Ə.T. ömrü 15-20 gün olur, hüceyrələri şəffaf olub, tünd qılaflıdır. Ə.T.-i əmələ gətirən hüceyrələrin qılafları əridiklərinə görə onlar uzanmış bir hüceyrə hesab olunur və adi gözlə görünür.
Biologiya terminlərinin izahlı lüğətilat. ficus
İkiləpəlilər sinfinin tut fəsiləsindən subtropik bitki cinsi.
Hündürlüyü 8 m-ə çatan birevli və ya ikievli kol və yaxud ağaclardır. Dünyanın subtropik bölgələrində 600-ə qədər növü yayılmışdır. Ə.-in müxtəlif növlərindən qida, bəzək və kauçuk almaq məqsədilə istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. cercopithecidae
Meymunlar (primatlar) dəstəsinin ensizburun meymunlar yarımdəstəsinin 4 fəsiləsindən biri.
Bədəninin uzunluğu növündən asılı olara 35-80 sm, çəkisi 1-30 kq-dək olur. Afrika və Cənubi Asiyada geniş yayılmışdır. Əsasən ağacda yaşasalar da dağlarda yaşayan cinsləri də vardır. Məsələn, əntərlər, Asiya (yapon) makakası, Afrika pavianı və mandrillər.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. cercopithecus
Əntərkimilər yarımfəsiləsindən ibtidai ensizburun meymun cinsi.
Bədəninin uzunluğu növündən asılı olaraq 35-60 sm, çəkisi 1-9 kq olur. Afrikada və Cənubi Asiyada 23 növü yayılmışdır. Əsasən meşələrdə 5-15 başlıq dəstə ilə yaşayırlar. Məsələn, mavisifət əntər, diana, mona və s.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. cynara
Çoxillik ot bitkisi cinsi.
Dünyada 11 növü yayılmışdır. Ədviyyat kimi əkilir. Hündürlüyü 2 m-ə qədər, yarpaqları iri, lələkvari, daraq formasında; rəngi yaşıl, yaxud bozumtul-yaşıldır. Çiçəkləri mavi, meyvəsi qaradır. Şəkər xəstələri üçün faydalıdır. Ödqovucu və sidikqovucu təsirə malikdir. Qərbi Avropa, Afrika və Şimali Amerika ölkələrində mədəni halda becərilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. dipodidae
Məməlilər sinfinin gəmiricilər dəstəsinin fəsilələrindən biri.
Növündən asılı olaraq bədəninin uzunluğu 5,5-25 sm-ə qədər çatır. Adətən özündən də uzun olan quyruğunun ucu qotazlıdır. 14 cinsi 30-a qədər növü özündə birləşdirir. Azərbaycan faunasına 2 növü daxildir: kiçik ərəbdovşanı və kiçik Asiya (Vilyams) ərəbdovşanı.
Biologiya terminlərinin izahlı lüğəti