yun. “anaisthesia” < “an” – inkar şəkilçisi + “aisthesis” – hiss
Dəridə, selikli qişada hissiyyatın tamamilə itməsi.
Dərinin, əzələlərin, daxili orqanların və ya hiss orqanlarının hiss sinirlərinin zədələnməsi, eləcə də sinir impulslarının ötürülməsinə mane olan müxtəlif maddələrin hiss sinirlərinə və ya sinir mərkəzlərinə təsiri nəticəsində hissiyyatın tamamilə və ya qismən itməsi. Müxtəlif formaları var: analgeziya – ağrı hissinin olmaması; termanesteziya – temperatur hissinin itməsi; agevziya – dad hissinin itməsi; anosmiya – qoxu hissinin itməsi. Cərrahi əməliyyat aparmaq üçün keyidici maddələrdən (məs.: novakain) istifadə etməklə süni surətdə A. yaradılır.
Biologiya terminlərinin izahlı lüğətiQırmızı yosun cinsi.
4-5 növü məlumdur. Əsasən şimal yarimkürəsinin soyuq dənizlərində bitir. Çoxillik yosun olan A. 10-20 sm uzunluqda, 0,5-1 mm qalınlıqda budaqlanmış tünd-bənövşəyi tallomu kolcuğa bənzəyir. Rusiyada süni becərilən A.plicata növündən yüksək keyfiyyətli aqar-aqar almaq üçün istifadə edilir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “ankylosis”, “ankulos” – qatlanmış, bükülmüş
Oynağın hərəkətsiz hala düşməsi.
Sümüklərin oynaq səthləri arasında fibroz, qığırdaq və ya sümük toxuması əmələ gəlməsi nəticəsində yaranır. Çox vaxt oynaqlarda kəskin və xroniki infeksiyalardan sonra, habelə travma nəticəsində baş verir. Cərrahi yolla müalicə olunur.
Biologiya terminlərinin izahlı lüğətiTabaşir dövründə yaşamış quşçanaqlı dinozavrlar yarımdəstəsi.
8-9 m uzunluqda bitkiyeyən, dördayaqlı sürünən iri heyvanlar olmuşdur. A. qalıqları bütün materiklərdə əsasən, Avropa, Asiya və Şimali Amerikanın yuxarı tabaşir çöküntülərində tapılmışdır.
Biologiya terminlərinin izahlı lüğətiyun. “antogonistes” – düşmən, əks
1. Anatomiya və fiziologiyada orqanizmin hər hansı oynağında əks istiqamətlərdə hərəkətə səbəb olan bir cüt, yaxud iki qrup əzələ, orqana əks təsir edən bir cüt sinir.
2. Mikrobiologiyada – digər mikrob növlərinin yaşamasına və inkişafına mane olan mikroorqanizmlər.
Biologiya terminlərinin izahlı lüğəti