alm. maar < nemaer – fərqli, yalqız
Vulkanlarda qaz partlayışı nəticəsində əmələ gələn geniş ağızlı və yastıdibli konussuz krater.
Belə partlayış zamanı, adətən, maqma Yerin səthinə çıxmır, yaxud M.-ın dibində çox az miqdarda lava olur. M.-ların en kəsiyində uzunluğu bəzən 3 kilometrdən artıq, dərinliyi 400 m-ə qədər olur. Rütubətli iqlim şəraitində M.-lar tədricən su ilə dolduqda göl yaranır. Almaniyada Eyfel massivindəki Laher gölü buna misal ola bilər.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYer qabığının üst qatlarında əmələ gəlmiş, səthə bir və ya bir neçə çıxışı olan yeraltı boşluq.
M.-lar, əsasən, suyun asanlıqla əritdiyi süxurlarda (əhəngdaşı, dolomit, duz, gips) və ya suffoziya, abraziya prosesləri nəticəsində törəyir. Dünyanın ən iri M.-ları karst mənşəli olub geniş zallardan, keçidlərdən, yan qollardan və s.-dən ibarət mürəkkəb sistemlər yaradır. Bəzi M.-lar çox soyuq olduğundan onların içərisində buz kristallarından ibarət müxtəlif fiqurlar əmələ gəlir. M.-ları speleologiya elmi öyrənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətifr. maquis – sıx meşəlik
Aralıq dənizi sahillərində codyarpaqlı və tikanlı həmişəyaşıl kol-kosdan, alçaqboylu ağaclardan, hündür otlardan ibarət bitkilərlə örtülmüş sahə.
Belə sahələrə, əsasən, qırılmış təbii meşələrin yerində rast gəlinir, bəzən onlar keçilməz cəngəllik yaradır. M.-in analoqunu Avstraliyanın cənub sahillərində – skreb, Afrikanın cənubunda (CAR-da) finboş, Cənubi Amerikada espinal, matorral (Çilidə) adlandırırlar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. magma – həlməşik, qatı maddə
Mantiyada və ya Yer qabığında əmələ gələn, tərkibi, əsasən, silikat maddələrdən, həmçinin digər kimyəvi elementlərdən ibarət olan qaynar kütlə.
Nadir hallarda, məsələn, Şərqi Afrikada qeyri-silikat tərkibli M.-ya da rast gəlinir. M. dağ süxurlarının yüksək temperaturlarda tam, yaxud qismən əriməsi nəticəsində yaranır, Yerin nisbətən üst qatlarına qalxaraq donanda yeni intruziv süxurlar formalaşdırır, Yer səthinə çıxdıqda isə lava şəklində axır, yaxud püskürür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti