lat. fabrica – emalatxana
Sənətkarlıq emalatxanaları ilə müqayisədə çoxsaylı işçi qüvvəsinə malik olan, maşın və mexanizmlərin tətbiqinə əsaslanan sənaye müəssisəsi.
F.-lər, əsasən, fərdi sifarişlərlə deyil, şablon üzrə məhsul istehsalı ilə məşğul olur. Onlar XVIII əsrin sonu – XIX əsrin I yarısında sənaye çevrilişi prosesində meydana gəlib. İqtisadi anlamda F.-lə zavod arasında heç bir fərq mövcud deyil. Lakin adətən, yüngül, yeyinti və hasilat sənayesi müəssisələri F. adlanır; məs.: tikiş, ayaqqabı, qənnadı, makaron F.-i. Azərbaycanda ilk F. 1829-cu ildə Şəkidə açılıb. Tarixən manufaktura F.-dən əvvəl yaranıb. Manufakturadan F.-ə keçid su və buxarla işləyən maşınların tətbiqi nəticəsində baş verib.
Tarix terminləri lüğətiər. falak, filak – yandırmaq, parçalamaq
Keçmişdə bütün müsəlman Şərqində, o cümlədən Azərbaycanda istifadə olunan ənənəvi cəza aləti.
F. barədə ilk məlumatlara X əsrin ərəb mənbələrində rast gəlinir. Günahkarın ayaqları qayışla F.-ya – uzunluğu 1-3 m olan taxta parçasına bağlanır və iki nəfər taxtanın uclarından tutaraq onu yuxarı qaldırır. Üçüncü şəxs isə nazik çubuqla günahkarın yalın ayaqlarının altına zərbələr endirir. F. cəza aləti kimi XX əsrin əvvəllərinədək tətbiq olunub. Azərbaycanın dini məktəblərində (mollaxanalarda) intizamsız və dərslərdən geri qalan şagirdləri F.-ya salaraq cəzalandırmaq praktikası geniş yayılıb.
Tarix terminləri lüğətiyun. phalanx, phalangos – hərfi mənası: ağac gövdəsi, rulon
Qədim Yunanıstan, Makedoniya və Romada ağır silahlı piyadaların (hoplitlərin) sıx səflər şəklində xətti döyüş düzümü forması.
F., adətən, 8-16, nadir hallarda 25 cərgədən ibarət olub. Bilavasitə döyüşdə yalnız ilk cərgələr iştirak edib, arxa cərgələr isə onlara fiziki və mənəvi təzyiq göstərərək geri çəkilməyə qoymayıb. Güclü zərbə qüvvəsinə malik olan F.-nın manevr imkanları zəif olub. Bu səbəbdən də ondan, əsasən, düşmənin müdafiə xəttini yarmaq üçün istifadə edilib. F.-lar çox vaxt eyni xalq, tayfa, nəsil və ya ailənin nümayəndələrindən təşkil olunub.
Tarix terminləri lüğətilat. fanaticus – küt, kütləşmiş < fanum – müqəddəs yer, ziyarətgah
1. Hər hansı din, inanc, ideya və ya görüşə ifrat bağlılıq.
F., bir qayda olaraq, fərqli fikirlərə son dərəcə dözümsüz, hətta qəddar münasibətlə müşayiət olunur. F. tərəfdarı öz baxışlarını mütləq həqiqət kimi qiymətləndirərək onları nəyin bahasına olursa-olsun başqalarına da qəbul etdirməyə çalışır və bu zaman əksər hallarda zorakı üsullara əl atırlar, tənqidi yanaşmalara yol vermirlər. F.-in müxtəlif formaları var; məs.: dini F., siyasi F. və s.
2. Məcazi mənada: hər hansı bir şeyə, ideyaya, işə ehtiraslı və qızğın sədaqət.
Tarix terminləri lüğətiital. facismo < fascio – dəstə, birlik
İfrat sağ təmayüllü siyasi hərəkat, ideologiya və onlara uyğun totalitar tipli idarəetmə forması.
Militarizm, ksenofobiya, şovinizm, habelə demokratiya və liberalizmin bütün təzahürlərinin son dərəcə sərt zorakı üsullarla məhv edilməsi, ictimai-siyasi həyatda açıq terrorun tətbiqi, etatizm, ucuz populizm və az qala müqəddəsləşdirilmiş mistik rəhbərin hakimiyyəti F.-in səciyyəvi xüsusiyyətləridir. Məhdud mənada “F.” termini XX əsrin 20–40-cı illərində İtaliya və Almaniyada, müvafiq olaraq B.Mussolini və A.Hitlerin başçılığı altında mövcud olmuş totalitar siyasi rejimlər haqqında işlənir. F. ideologiyasına əsaslanan ilk siyasi təşkilatlar məhz İtaliyada 1919-cu ildə yaranıb. F.-in bir çox cizgiləri ifrat sağ və sol təmayüllü milli hərəkatlarda da özünü büruzə verir. Totalitar ideologiya və idarəetmə metodlarına əsaslanan bəzi siyasi rejimlər – stalinizm, maoizm və s. də F.-ə yaxın hesab olunur.
Tarix terminləri lüğətilat. fatalis – taleyin öncədən müəyyən etdiyi < fatum – tale, qismət
Təbiət və insan həyatında bütün baş verənlərin əzəli qismət ilə müəyyənləşdiyinə və qaçılmaz olduğuna əsaslanaraq hər cür təsadüfiliyi və sərbəstliyi inkar edən baxışlar sistemi.
F. bir sıra dinlər üçün xarakterikdir; məs.: islamda “qədər” məfhumu dünyada gedən proseslərin, o cümlədən insan həyatındakı hadisələrin istisnasız olaraq hamısının Allah tərəfindən öncədən müəyyənləşdirildiyinə inamı özündə əks etdirir.
Tarix terminləri lüğətilat. foederatio – ittifaq, birlik
1. Hüquqi cəhətdən müəyyən siyasi müstəqilliyi olan bir neçə dövlətin vahid ittifaq dövlətində birləşməsi; dövlət quruluşu forması.
Tam suverenliyinə malik olmasa da, daxili siyasətin gerçəkləşməsində kifayət qədər səlahiyyətlərə sahib subyektlərin mövcudluğu F.-nın əsas özəlliyi hesab edilir. F.-nın ərazisi onun tərkibinə daxil olan subyektlərin ərazilərinin məcmusundan yaranır. Belə dövlətdə ali qanunverici, icraedici və məhkəmə hakimiyyəti federal orqanlara məxsus olur, subyektlər arasında səlahiyyət bölgüsü isə federal konstitusiya ilə müəyyən edilir. ABŞ, Almaniya, Hindistan, Avstraliya, Braziliya kimi dövlətlər F.-lara misal ola bilər.
2. Müxtəlif partiya, ictimai təşkilat, klub və s. təsisatların beynəlxalq, yaxud milli səviyyəli birliyi; məs.: Beynəlxalq Demokrat Qadınlar F.-sı, futbol F.-sı.
Tarix terminləri lüğətialm. feldmarshall < feld – döyüş meydanı + marshall – marşal
Bir sıra dövlətlərin ordularında ali hərbi rütbə.
Baş sərkərdənin hərbi rütbəsi kimi F. ilk dəfə XIV əsrdə Tevton ordeninin yaratdığı dövlətdə tətbiq olunub, ardınca digər alman dövlətlərində (Saksoniya, Bavariya, Braunşveyq və s.), Avstriya imperiyasında, İsveç, Niderland, Böyük Britaniyada, digər ölkələrdə istifadə edilməyə başlanıb. Lakin sonradan bu rütbə əksər ölkələrdə ləğv olunub və hazırda iri dövlətlərdən yalnız Böyük Britaniya ordusunda qalır. Bununla belə, 1996-cı ildə Britaniyada da qərara alınıb ki, dinc dövrdə F. rütbəsi heç bir hərbçiyə verilməsin.
Tarix terminləri lüğətiyun. thema
VII–XII əsrlərdə Bizans imperiyasında hərbi-inzibati dairə.
F. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçılar onun xəzərlərin “tümən/tümen” (orta əsrlərdə türk və monqol qoşununda 10 min atlını özündə birləşdirən əsas taktiki vahid) sözündən yarandığını bildirir. Lakin əksəriyyətin fikrincə, termin yunan sözü “thesis”-dən (məntəqə) əmələ gəlib. VII əsrin ortalarında, Bizans ərazilərinin bir hissəsinin ərəblərin əlinə keçməsindən dərhal sonra yaranmış F.-nın başında məhkəmə, xəzinə işlərinə baxan, hərbi hakimiyyəti həyata keçirən strateq durub. IX–X əsrlərdə çiçəklənmə dövrünü yaşayan F.-lar XIII əsrdə əhəmiyyətini itirərək sıradan çıxıb.
Tarix terminləri lüğətifr. feminisme < lat. femina – qadın
Qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkat.
Geniş mənada F. həyatın istisnasız olaraq bütün sahələrində qadınlarla kişilərin bərabərliyinin təmin edilməsi uğrunda mübarizə, dar mənada isə qadınların diskriminasiyasının aradan qaldırılması məqsədi daşıyan hərəkat anlamında işlənir. XVIII əsrdə yaranmış bu hərəkat XX əsrin 60-cı illərindən etibarən xüsusilə inkişaf edib.
Tarix terminləri lüğətilat. feodum < qədim. germ. fihu, fehu – torpaq sahəsi, əmlak, mal-qara, pul + öd – sahib olma
Orta əsrlərdə Qərbi Avropada süzerenin öz vassalına irsi mülkiyyətə verdiyi torpaq sahəsi (nadir hallarda – pul və ya natural formada gəlir, yaxud gəlir əldə etmək hüququ).
F. vassala konkret şərt müqabilində verilirdi: əvəzində o, süzerenin xeyrinə hərbi, inzibati və ya saray xidmətlərini yerinə yetirməli, müəyyən ödənişlər həyata keçirməliydi. F. orta əsrlərdə Qərbi Avropada hakim sosial təbəqə üçün ən səciyyəvi mülkiyyət forması olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiƏsasən, iki sinifdən – feodal və kəndli – ibarət, başlıca olaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan cəmiyyətdə tipik idarəçilik forması, monarxiyanın bir növü.
F.M. müxtəlif inkişaf mərhələləri keçib: erkən F.M.; feodal pərakəndəliyi dövrü monarxiyası; silki nümayəndəli monarxiya (bu zaman monarxın hakimiyyəti nümayəndəli orqanlarla məhdudlaşır) və mütləq monarxiya.
Həmçinin bax:
Tarix terminləri lüğətiOrta əsrlərdə Qərbi Avropada feodal sinfi daxilində tabelilik münasibətləri sistemi.
Bu sistem nərdivanı xatırlatdığı üçün belə adlanır. Onun ən yüksək pilləsində süzeren, bir qayda olaraq, kral durur. Kraldan sonra hersoq və qraflar, üçüncü yerdə baronlar gəlirlər. F.N.-nın ən aşağı pilləsində isə cəngavərlər yerləşirlər.
Həmçinin bax:
Tarix terminləri lüğəti