lat. marginalis – nəyinsə kənarında, qırağında yerləşən
Müxtəlif sosial qrupların, mədəniyyətlərin “sərhəd”ində aralıq mövqe tutan şəxslər.
M. termini Amerika sosiologiyasında yaranıb və ilkin olaraq XX əsrin 20-ci illərində yeni sosial şəraitə uyğunlaşa bilməyən mühacirlərə aid edilib. Fərdin marginal vəziyyəti onun can atdığı qrupda qəbul edilməməsi, mənşəcə mənsub olduğu qrup tərəfindən isə “dönük” kimi rədd edilməsi vəziyyəti ilə səciyyələnir. Marginallaşma heç də həmişə fərdin öz sosial simasını tamamilə itirərək lümpen (səfil, dilənçi, işsiz və s.) vəziyyətinə düşməsi anlamına gəlmir. Bu baxımdan “marginal” və “lümpen” terminlərini sinonim kimi işlətmək düzgün deyil.
Tarix terminləri lüğətiyun. Mardi, Amardi
Xəzər dənizinin cənub sahilində və Qızılüzən çayı hövzəsində yaşamış Midiya tayfası.
M. (bəzi qaynaqlarda – amardlar) arilərdən əvvəl bu ərazidə məskunlaşıblar, Midiya dilinə qohum dildə danışıblar. Ehtimallara görə, M. İran şahı II Kir (e.ə.559–530) tərəfindən Midiyanın işğalından sonra – təqribən e.ə. 540-cı illərdə fəth ediliblər. Qavqamel döyüşündə (e.ə. 331-ci il) onlar albanlar və kadusilərlə birlikdə İran hökmdarı III Daranın tərəfində Makedoniyalı İsgəndərə qarşı vuruşublar.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. marcomanni – hərfi mənası: ucqarların, kənarların sakinləri
Qədim german tayfası.
M. e.ə. I minilliyin II yarısında indiki Saksoniya və Türingiya ərazisində yaşayıblar, e.ə. II əsrin sonu – I əsrin əvvəlində Mayn çayının orta və yuxarı axarlarına doğru hərəkət ediblər. Şimali Almaniya romalılar tərəfindən tutulduqdan sonra (e.ə. 8-ci il) onlar indiki Çexiya ərazisində məskunlaşaraq Markoman-svev dövlətini yaradıblar. Eramızın I–II əsrlərində M. müntəzəm olaraq Roma imperiyasının Dunay sərhədlərinə yürüşlər ediblər. Bu isə Markoman müharibəsi (166–180) ilə nəticələnib. III əsrdə M. artıq Romanın özünə də təhlükə yaradıblar. IV əsrdən Xalqların böyük köçünə qoşulan M. V əsrdə Bavariyada məskunlaşıblar, burada bavarlarla qaynayıb-qarışıblar.
Tarix terminləri lüğətiƏsası Karl Marks (1818–1883) və Fridrix Engels (1820–1895) tərəfindən qoyulmuş fəlsəfi, iqtisadi və siyasi təlim.
Bu təlimin yaradıcıları onu ilkin olaraq “elmi sosializm” adlandırıblar. Alman klassik fəlsəfəsi (Hegel, Feyerbax və b.), ingilis siyasi-iqtisadi (Smit, Rikardo və b.) və fransız utopik sosializmi (Sen-Simon, Furye və b.) M.-in əsasları sayılır. Tarixi prosesləri təhlil edən M. baniləri kapitalist sisteminin dağılacağı və onun sosializm cəmiyyəti ilə əvəzlənəcəyi qənaətinə gəliblər. M. XIX əsrin sonu – XX əsrin əvvəlində kütləvi sosial-demokrat hərəkatının ideoloji bazasını təşkil edib. Daha sonra həmin təlim leninizmə transformasiya olunaraq doqmatik forma alıb, SSRİ və digər sosialist ölkələrində totalitar kommunist rejimlərinin ideoloji xidmətçisinə çevrilib. XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində SSRİ və digər sosialist ölkələrinin əksəriyyətində kommunist rejimlərinin süqutu M.-in iflasını şərtləndirib.
Tarix terminləri lüğətifr. marechal < alm. marah – at + scale – nökər
1. Orta əsrlərdə Fransada saray rütbəsi.
Əvvəlcə kralın atlarına qulluq edən xidmətçi, XII əsrdən – sarayda kralın cangüdənlərinə, süvari mühafizə dəstəsinə və at tövlələrinə rəhbərlik edən yüksək mənsəb sahibi, XIII–XV əsrlərdə isə kral qoşununun bir hissəsinin komandanı M. adlanıb.
2. Bir sıra ölkələrin ordularında ali hərbi rütbə.
Bu ali rütbə ilk dəfə XVI əsrdə Fransada, XIX əsrdə İspaniya, Türkiyə, İtaliya və Yaponiyada, XX əsrdə isə Böyük Britaniya, Polşa, Rumıniya, Hindistan, Çin və bir çox digər ölkələrdə tətbiq edilib.
3. Polşada bəzi mülki vəzifəli şəxslərin rütbəsi; məs.: seym M.-ı.
Tarix terminləri lüğətiing. Marshall Plan, rəsmi adı – European Recovery Program, «Avropanın bərpası proqramı»
II Dünya müharibəsindən (1939–1945) sonra ABŞ-ın Avropaya iqtisadi yardım proqramı.
Bu proqram 1947-ci ildə ABŞ-ın dövlət katibi Corc Marşall tərəfindən irəli sürülüb, müharibə nəticəsində ciddi zərər çəkmiş Avropa iqtisadiyyatının bərpası və inkişafını nəzərdə tutub. SSRİ və onun təzyiqi ilə digər sosialist düşərgəsi ölkələri M.P.-ndan könüllü imtina edib. M.P.-nın reallaşmasına 1948-ci ilin aprelində başlanıb. 1948–1951-ci illərdə ABŞ həmin plan çərçivəsində Avropa ölkələrinə 17 mlrd. dollar həcmində yardım göstərib. M.P.-nın gerçəkləşməsi Avropa iqtisadiyyatında müharibənin nəticələrini aradan qaldırmağa, köhnə sənaye sahələrini modernləşdirməyə, siyasi sabitlik və dayanıqlı inkişafın qarantı olan orta təbəqəni yenidən dirçəltməyə, əhalinin həyat səviyyəsini yüksəltməyə kömək edib, Avropa ölkələrində yerli kommunistlərin və SSRİ-nin təsiri zəifləyib. 1951-ci ildə M.P.-nın icrası rəsmən dayandırılıb və o, “Təhlükəsizliyin qarşılıqlı təminatı” qanunu ilə əvəzlənib. Bu qanunda eyni zamanda həm iqtisadi, həm də hərbi yardımın göstərilməsi nəzərdə tutulub.
Tarix terminləri lüğətiBolşevik-daşnak alyansının Azərbaycan milli hərəkatını sarsıtmaq məqsədilə 1918-ci ilin martında öncə Bakıda, sonra isə ölkənin digər bölgələrində azərbaycanlılara qarşı həyata keçirdikləri qətliam.
30 minə yaxın (o cümlədən Bakıda 12 min) insanın qətlə yetirildiyi bu qırğınlar Xəzəryanı bölgələrdə azərbaycanlı əhalinin sayını maksimum dərəcədə azaltmaq, Cənubi Qafqazda Azərbaycan adlı siyasi-inzibati vahidin yaranmasına mane olmaq üçün törədilib. Həmin planın gerçəkləşməsi üçün ideoloji baza da hazırlanıb. Bakı neft rayonunun iqtisadi baxımdan Azərbaycanın digər hissələri ilə heç bir əlaqəsi olmadığını iddia edən bolşeviklər bu şəhərin və onun ətrafındakı ərazilərin Rusiyaya birləşdirilməsinə şərait yaratmağa çalışıblar. Bakı və Yelizavetpol (Gəncə) quberniyalarının geniş ərazilərinin gələcək erməni dövlətinin tərkibinə qatılması, Şəki-Zaqatala bölgəsinin Gürcüstana verilməsi də qeyd edilən planın tərkib hissəsi olub. Lakin 1918-ci ilin M.Q. nəticəsində Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak bloku öz strateji məqsədlərinə nail ola bilməyib. M.Q. Azərbaycan milli hərəkatını məhv etməyib, əksinə, onun daha da radikallaşmasına gətirib çıxarıb. Həmin qırğınlardan öncə milli qüvvələr muxtariyyət tələb edirdilərsə, sonradan Azərbaycanın tam dövlət müstəqilliyi xəttini götürüblər.
Tarix terminləri lüğətiEramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində məskunlaşmış tayfa.
V əsrdə M. xristianlığı qəbul ediblər. V əsr erməni qaynaqlarında bu tayfanın adına “masax-hun”, VI əsr Suriya mənbələrində «bazqun» (və ya “mazqun”) şəklində rast gəlinir. Qədim yunan mənbələrində isə həmin ərazidə yaşayan tayfalar ümumilikdə massagetlər adlandırılır.
Tarix terminləri lüğətifr. franc-macon – azad bənna
XVIII əsrin əvvəllərində İngiltərədə yaranmış və sonralar digər ölkələrə yayılmış dini-etik hərəkat.
“Adamların qardaşlıq, məhəbbət, bərabərlik və qarşılıqlı yardım əsaslarında birləşməsini” öz məqsədi elan edən bu hərəkatda antiklerikalizm ideyaları ilə dini mistika ünsürləri qovuşur. M.-un “Nizamnamə kitabı”nda masona “nə axmaq ateist, nə də dinsiz azadfikirli olmaq”, mülki hakimiyyəti dəstəkləmək, siyasi hərəkatlara qoşulmamaq tövsiyə edilir. Allahı kainatın böyük memarı sayan M. təliminə xristianlıq, iudaizm və digər dinlərin ünsürləri daxildir. Masonlar bir-birini “qardaş” adlandırırlar və yerli təşkilatlarda (lojalarda) birləşirlər. Milli miqyasda lojaların məcmusundan qrossmeysterin rəhbərlik etdiyi Böyük loja yaranır. M.-un adı, təşkilat forması, iyerarxiyası (şagird, usta köməkçisi, usta, böyük usta), simvolik nişanları (pərgar, çəkic, şaqul, malakeş, önlük, əlcək) orta əsr inşaatçı-bənnalarının sex təşkilatlarından mənimsənilib. Özünü feodal dövlətçiliyi və rəsmi kilsəyə qarşı qoyan M. gizli ümumdünya təşkilatı yaratmağa can atıb. Onun sosial tərkibi rəngarəng olub və indi də belədir.
Tarix terminləri lüğətiyun. Massagètai
Qədim yunan mənbələrində Xəzər və Aral dənizləri sahillərində məskunlaşmış tayfa qruplarının ümumiləşdirici adı.
M.-i müxtəlif etnik qruplarla eyniləşdirən çoxsaylı fərziyyələr var. Bəzi tədqiqatçılar M. termininin Avestadakı “masuo” sözündən yarandığını və “balıq”, “balıqyeyən” anlamına gəldiyini göstərirlər. Digərlərinin fikrincə, termin “böyük getlər” mənasını verən “mazaget” sözündən yaranıb. Onun “böyük sak (skif) ordası” demək olduğunu iddia edənlər də var. Lakin fərziyyələrdən hər hansı birinin həqiqiliyi sübuta yetirilməyib. Ümumiyyətlə, bu və ya digər antik müəllifin M. dedikdə hansı tayfanı nəzərdə tutduğu aydın deyil. Herodot onların köçəri həyat tərzi sürdüyünü, Strabon isə Günəşə sitayiş etdiyini yazır. M.-in müxtəlif dillərdə danışdıqları və eramızın ilk əsrlərindən Qafqaz Albaniyasında yaşadıqları ehtimal olunur.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. matrona < mater – ana
1. Qədim Romada azad doğulmuş, qanuni nikahda olan qadın; geniş mənada: ailə anası, hörmətli qadın.
2. Qədim Romada və onun əyalətlərində (xüsusilə Qalliya, Almaniya və Britaniyada) müəyyən ərazinin, yaxud qəbilə-tayfa icmasının hamisi olan ilahələr.
Bu mənada termin həmişə cəm halında (M.-lar) işlədilib.
Tarix terminləri lüğətialm. mauser – alman silah ixtiraçıları olan Mauzer qardaşlarının adından
İlk ən güclü avtomat tapança növlərindən biri.
M. eyniadlı şirkət tərəfindən 1896-cı ildən istehsal olunmağa başlayıb, 1908-ci ildə təkmilləşdirilib. 7,63 mm kalibrli bu avtomat tapançadan Almaniya, Böyük Britaniya, Çexoslovakiya və bir sıra digər ölkələrin ordularında istifadə olunub. XX əsrin əvvəlindən həmin silah Rusiyaya da ixrac edilib, Rusiyada vətəndaş müharibəsi dövründə (1918–1920) geniş yayılıb. M.-in 6-10 patronluq sandıqçası, habelə 20 patronluq əlavə sandıqçası olub. O, 100 m-dək məsafədə hədəfi məhv edə bilib. 6,35 və 9 mm kalibrə malik M.-lər də istehsal edilib.
Tarix terminləri lüğətilat. mauri < yun. mauros – tünd
1. Qədimdə romalıların Mavritaniyanın yerli əhalisinə verdikləri ad.
2. Orta əsrlərdə Pireney yarımadasında və Şimali Afrikanın şimal-şərq hissəsində məskunlaşmış, ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisinə avropalıların verdikləri ad.
Tarix terminləri lüğəti