I Dünya müharibəsində (1914–1918) məğlub olmuş Almaniya üçün ikinci təzminat (reparasiya) planı.
Y.P. Daues planını əvəzləyib. O, amerikalı maliyyəçi O.Yunqun başçılıq etdiyi, müxtəlif ölkələrin maliyyə ekspertlərindən ibarət qrup tərəfindən hazırlanıb və 1929–1930-cu illərdə Haaqada keçirilmiş reparasiyalar üzrə konfransda təsdiqlənib. Y.P. Almaniyanın ödədiyi illik reparasiyaların məbləğini bir qədər azaldıb, alman sənayesi üzərinə qoyulan xüsusi vergini ləğv edib, xarici nəzarət orqanlarının fəaliyyətini dayandırıb. Bu planın ən mühüm nəticələrindən biri işğalçı qoşunların vaxtından əvvəl Reyn vilayətindən çıxarılması olub. Y.P. faktik olaraq 1931-ci ilin iyuluna kimi qüvvədə olub, 1932-ci ildə Lozanna konfransının qərarı ilə aradan qaldırılıb. Onun Almaniya üçün ağır şərtlərindən nasistlər ölkənin daxilində şovinist əhvali-ruhiyyəni gücləndirmək və hakimiyyətə yiyələnmək üçün istifadə ediblər.
Tarix terminləri lüğətitürk. – ev, məskən, mülk, torpaq
1. XIV əsrin II yarısınadək türk xalqlarında ayrı-ayrı tayfalara məxsus olan ərazi.
Tayfalar həmin ərazinin hüdudları daxilində köç ediblər. Keçmişdə Azərbaycanda da maldarlıqla məşğul olan müəyyən ailəyə, nəslə, yaxud icmaya mənsub yaylaq və qışlaq yerləri Y. adlanıb. Y. əlverişli təbii şəraitə malik sahədə, su mənbəyinə yaxın bir yerdə salınıb, adətən, ailə, nəsil, icma və ya tayfa başçısının adı ilə (məs.: Həsənyurd, Bəyəhmədyurd və s.) tanınıb. Bir sıra hallarda isə ona tayfanın adı verilib; məs.: Kolanı Y.-u).
2. XIV əsrin sonu – XV əsrin əvvəlində türklərdə feodalın və ya xanın iqamətgahının yerləşdiyi ərazi.
3. Görkəmli tarixçi Fəzlullah Rəşidəddin (1247–1318) və digər orta əsr müsəlman müəlliflərinə görə, qoşunun döyüş vəziyyətində yerləşdiyi ərazi.
4. Rus mənbələrində Monqol imperiyası və Qızıl Ordanın parçalandığı kiçik dövlətlər; məs.: Sibir Y.-u, Krım Y.-u və s.
Tarix terminləri lüğəti1. İbtidai icma cəmiyyətindən feodalizmə keçid dövründə germanlarda ictimai və hərbi təşkilat.
2. Qədim Rusiyada və bəzi Şərq ölkələrində qoşun bölməsi (Rusiyada sotnya adlanıb).
3. XVI–XVIII əsrlərdə Ukraynada sotnya adlanan hərbi və inzibati ərazi vahidi.
4. Rusiyada XI–XVIII əsrlərdə silki-korporativ təşkilat.
Tarix terminləri lüğətiYulian təqvimi (köhnə üslub) ilə noyabrın 26-sı; hər il kənd təsərrüfatı işlərinin qurtarması ilə əlaqədar müqəddəs Georginin şərəfinə kilsə bayramı keçirilən gün.
XIV–XVI əsrlərdə Rusiyada kəndlilərin Y.G.-ndən bir həftə əvvəl və bir həftə sonra feodalın yanından çıxıb getmək hüququ olub. 1649-cu ildə həmin hüquq birdəfəlik ləğv edilib.
Tarix terminləri lüğətilat. jurisdictio – mühakimə üsulu < jus – hüquq, səlahiyyət + dico – deyirəm
Məhkəmənin, eləcə də digər bir dövlət orqanının səlahiyyət həddi.
Geniş anlamda: hakimiyyət orqanlarının və bütövlükdə dövlətin səlahiyyətlərinə aid olan məsələlərin məcmusu dövlətin Y.-sı sayılır. Həmin səlahiyyətlər isə qanunlar və digər hüquqi aktlarla müəyyənləşdirilir. Öz Y.-sı çərçivəsində dövlətin bu və ya digər faktlara hüquqi qiymət vermək, hüquqi mübahisələri və məsələləri həll etmək səlahiyyəti olur.
Tarix terminləri lüğətiMərkəzi və Orta Asiya, eləcə də Cənubi Sibirin köçəri maldarlıqla məşğul olan türk və monqol xalqlarında alaçıq tipli səyyar ev.
Belə ev dairəvi şəkildə yerə basdırılan, yuxarı ucları günbəzvarı birləşdirilən, üzərinə keçə salınan çubuqlardan qurulur. Y.-nın tavanı monqol və buryatlarda – konusvarı, qazax, qırğız və türkmənlərdə isə yarımsferik formada olur. Onun ortasında ocaq yerləşir. Keçmişdə Y.-nın qadınlara aid hissəsində qab-qacaq, kişilərə aid hissəsində qoşqu vasitələri saxlanılıb. Y.-dan köçəri maldarlar yaylaqda müvəqqəti ev kimi istifadə ediblər. Bu terminin türk dillərində “ev”, “məskən” anlamı verən “yurd” sözündən yarandığı ehtimal olunur.
Tarix terminləri lüğətialm. Juten
E.ə. I minilliyin əvvəlində Yutlandiya yarımadasının şimalında məskunlaşmış german tayfası.
V–VI əsrlərdə Y.-ların bir qismi anqllar və sakslarla Britaniyaya köçərək burada Kent krallığının əsasını qoyublar. Sonradan Y.-ın materikdə qalan hissəsi danimarkalıların, Britaniyaya köçən hissəsi isə ingilislərin tərkibinə daxil olub.
Tarix terminləri lüğəti1. XIV–XIX əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş hərbi rütbə və inzibati vəzifə.
100 nəfərlik hərbi dəstəyə başçılıq edən Y.-nın orduda xüsusi imtiyazları olub. O, müdafiə qalasının hakiminin – minbaşının naibi (müavini) sayılıb. Xanlıqlar dövründə Y.-ların nüfuzu nisbətən zəifləyib, XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra onlar nominal olaraq seçkili, əslində isə çox vaxt irsi kənd hakimlərinə (bir növ çar polisi məmurlarına) çevriliblər. Əhali Y.-lara müstəmləkə administrasiyasının əlaltısı kimi baxıb.
2. Rusiya imperiyasının kazak qoşunlarında zabit rütbəsi.
Bu rütbə nizami qoşunlarda poruçik rütbəsinə uyğun olub.
3. XVI–XVIII əsrlərdə Ukraynada inzibati-ərazi yüzlüyünün (sotnyanın) rəisi.
Y. öncə kazaklar tərəfindən seçilib, sonralar isə getman tərəfindən təyin edilib, geniş hərbi, inzibati, məhkəmə və maliyyə səlahiyyətlərinə malik olub.
Həmçinin bax:
Tarix terminləri lüğəti