lat. radiatio – parıltı
Günəşin elektromaqnit şüalanması.
G.R. dalğalar şəklində böyük sürətlə kainata yayılır. Yer, Günəşin kosmik fəzaya şüalandırdığı radiasiyanın iki milyardda bir hissəsini alır. G.R. Yerin atmosferindən keçərkən havadakı müxtəlif qazlar tərəfindən qismən udulur, əks olunur və səpələnir. Nəticədə o, intensivliyini və spektral tərkibini dəyişir. Yerə gəlib çatan G.R. dalğa uzunluğuna görə 7-10% ultrabənövşəyi, 40-45% görünən şüa, 45-50% infraqırmızı şüa spektrindən ibarət olur. Onun intensivliyi 1 sm2 səthə vahid vaxt (1 dəqiqə) ərzində düşən radiasiyanın istilik təsiri ilə ölçülərək kalorilərlə (kal/sm²/dəq) ifadə edilir. G.R. Yer səthinə düz və səpələnən radiasiya formasında təsir göstərir. Radiasiyanın intensivliyi coğrafi enliklərdən asılı olaraq dəyişir, ən yüksək həddə tropik enliklərdə çatır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiGünəş və onun ətrafında dövr edən böyük planetlər, həmçinin bu planetlərin peykləri, kiçik planetlər, xırda hissəciklər (meteoritlər, kosmik toz) kimi fəza cisimlərindən ibarət ulduz sistemi.
Bu sistemin fəza cisimləri arasında qravitasiya əlaqələri mövcuddur. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qəbul etdiyi təsnifat üzrə onlar üç kateqoriyaya bölünür: planetlər, cırtdan planetlər və G.S.-nin kiçik səma cisimləri. G.S.-nə 8 böyük planet, onlarca peyk, yüz minlərlə asteroid, kometa, meteor və s. daxildir. Böyük planetlərin bir qisminin öz atmosferi var. G.S.-nin təxminən 4,57 mlrd. il yaşı olduğu güman edilir. O, saniyədə 220 km sürətlə qalaktikanın mərkəzi ətrafında hərəkətdədir.
Coğrafiya terminləri lüğətiGünəşin ətrafında dövr edən planet, cırtdan planet və onların peyki olmayan bütün səma obyektləri.
G.S.K.C. termininə bu tərifi 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı verib. Belə cisimlərə asteroidlər, kometalar, digər səma obyektləri daxildir.
Coğrafiya terminləri lüğətiGünəşin qismən, yaxud tamamilə Ayın kölgəsində qaldığı və Yerdən baxan müşahidəçi üçün görünməz olduğu astronomik hadisə.
G.T. yalnız Ayın təzə doğduğu vaxtlarda mümkündür. Ayın diametri Günəşin diametrindən təxminən 400 dəfə kiçikdir, eyni zamanda o, Yerə Günəşdən təxminən 400 dəfə yaxındır. Buna görə də Ay hərəkət edərkən tam ortada qalanda Günəş Yerdən qısa müddətə görünməz olur.
Coğrafiya terminləri lüğətiyun. gypsos – təbaşir, əhəng
Monoklinik sinqoniyada kristallaşaraq lövhəvarı, sütunvarı (tək-tək və ya qoşalaşmış şəkildə), lifli kristallar, əsasən, sıx dənəli və lifli kütlələr əmələ gətirən mineral.
Təmiz G. şəffaf və rəngsizdir. Qarışıqlar nəticəsində boz, sarı, qırmızı, qonur və s. rəngdə olur. Şüşə parıltılıdır.
Coğrafiya terminləri lüğətiİ.V.Götenin şərəfinə adlandırılmışdır
Rombik sinqoniyada kristallaşaraq iynəvarı və sütunvarı kristallar, axın formalı aqreqatlar, həmçinin tozvarı, torpaqvarı kütlələr əmələ gətirən mineral.
Rəngi qara, tünd-qonur, həmçinin qırmızımtıl və sarımtıl-qonur olur. Əsasən, hidrotermal yataqlarda rast gəlir.
Coğrafiya terminləri lüğəti1. Göl-bataqlıq tipli su hövzələrində kalsium-karbonatın çökməsi nəticəsində əmələ gələn kövrək, tozvarı kütlə.
Gilli növləri şirinsu, göl, çəmən mergeli adlanır. Əhəng yandırılmasında və sement istehsalında işlədilir.
2. Azərbaycanda və Orta Asiyada gips, gil və qumdan ibarət kövrək süxur; torpaqlı gips.
Xüsusi quyularda (kürələrdə) yandırıldıqdan sonra suvaq və hörgü materialı kimi istifadə edilir.
Coğrafiya terminləri lüğətiQranatla zəngin metamorfik süxur.
İlk dəfə 1903-cü ildə Azərbaycanda Gədəbəy mis-kolçedan yatağında öyrənilmişdir. Tərkibinin 46%-ini əsasi plagioklaz, 25%-ini monoklin piroksen (augit) və 29%-ini qranat təşkil edir. G.-in “dərinlik”, “damar” və “effuziv” növləri var.
Coğrafiya terminləri lüğətiTərkibi əsasən gil minerallarından ibarət çökmə süxur.
Plastiklik xassəsinə malikdir. G. aşınma yerində gilli məhsulların toplanması və aşınma məhsullarının aparılaraq dənizlərdə və həmçinin kontinental şəraitdə çökdürülməsi nəticəsində əmələ gəlir. G. və gilli şistlər Yer qabığındakı çökmə süxurların yarıdan çoxunu təşkil edir. G. faydalı qazıntıdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti