Süxur kütləsinin ağırlıq qüvvəsinin təsiri altında kütlə halında yamacboyu aşağıya doğru yerdəyişməsi.
S. ən çox sukeçirməyən və sukeçirən layların növbələşməsi ilə səciyyələnən yamaclarda, çayların, göllərin, dənizlərin, süni sututarların maili sahillərində baş verir. Azərbaycanda Girdiman, Ağsu çayları dərəsində (İsmayıllı, Şabran, Xızı və s. rayonlarda) S.-lər daha çox müşahidə olunur.
Coğrafiya terminləri lüğətiAlmaniyada plato adından
Qranatlar qrupundan kubik sinqoniyalı mineral.
Qranatlara xas kristallar əmələ gətirir. Əksər hallarda dənəli sal kütlələr şəklində tapılır. Rəngi qatışıqlardan asılı olaraq açıq-çəhrayıdan qonuru-qırmızıyadək dəyişir. Ən çox qranit peqmatitlərində, metamorfik süxurlarda, skarnlarda rast gəlir.
Coğrafiya terminləri lüğətiyun. sardonyx, sardion
Mineral; qırmızımtıl, yaxud narıncı sarı rəngli xalsedon.
Açıq-qırmızı, yaxud sarı-qırmızı və süd rəngli əqiqi də serdolik-oniks adlandırırlar. S. və serdolik-oniks qiymətli daş və məmulat daşıdır. Üzük və sancaqlar üçün qaşların, muncuq və s. məmulatların, hazırlanmasında istifadə edilir.
Coğrafiya terminləri lüğətilat. silex (silicis) – çaxmaqdaşı
Təbiətdə ən çox yayılmış minerallar sinfi; silikat və ya alümosilikat turşusunun duzları.
Həmçinin bax:
yun. spodumenos – külə çevrilmiş
Piroksenlər qrupundan mineral.
Monoklinik sinqoniyada kristallaşır, prizmatik kristallar əmələ gətirir. Bozumtul-ağ, sarımtıl, yaşılımtıl olur. Bənövşəyi S. kunsit, zümrüdü-yaşıl S. hiddenit adlanır. Şüşə parıltılıdır. Qranit peqmatitlərində rast gəlir. Litium filizidir. Kunsit qiymətli daşdır.
Coğrafiya terminləri lüğətiyun. sanis, sanidos – lövhə; adı kristalların hamar formalı olması ilə əlaqədardır
Süxur əmələ gətirən mineral; kalium çölşpatının monoklinik modifikasiyası.
Strukturunda Al və Si atomları nizamsız yerləşmişdir. Süxurların mütləq yaşının təyinində istifadə edilir.
Coğrafiya terminləri lüğətiDərinlikdə yerləşən hər hansı bir geoloji səthin (istinad layı, faydalı qazıntı yatağı və s.) yatım formasını və dərinliyini stratoizogipslərlə təsvir edən xəritələr.
S.X.-i tərtib edərkən geoloji planalma, quyuların qazılması və geofiziki tədqiqatlar zamanı alınmış məlumatlardan istifadə edilir. Kiçik və iri miqyaslı olur.
Coğrafiya terminləri lüğətiNarın, xırdadənəli qara, qara-boz və tünd-yaşıl rəngli süxur.
Tərkibi, əsasən, korund, maqnetit, xlorit, pirit və s. minerallardan ibarət olur. Əsasən, mərmərdə (linza, ştok, damar şəklində), nadir hallarda qabbro, norit, qranitdə və onların yerləşdirici süxurlarla kontaktında rast gəlir.
Coğrafiya terminləri lüğətiyun. phaleros – sürüşkən, aldadıcı
Kubik sinqoniyada kristallaşaraq tetraedr və dodekaedr formalı kristallar, dənəli aqreqatlar əmələ gətirən sulfidlər sinfinə aid mineral.
Rəngsiz, qonur, sarı, qara və s. olur. Almaz parıltılıdır. S., əsasən hidrotermal və çökmə yataqlarda əmələ gəlir.
Coğrafiya terminləri lüğəti