türk. takır – hamar, çılpaq
Daşlı, qumlu və gilli səhraların çökək relyef formalarında səthi xırda çoxbucaqlı çatlarla parçalanmış, bitki örtüyündən məhrum gilli-şoran sahə.
T.-ın sahəsi bir neçə yüz m2-dən bir neçə km2-dək ərazini tuta bilər. T.-lar Orta Asiya və Qazaxıstanın səhralarında daha geniş yayılıb. ABŞ-ın səhra rayonlarında playa adlanan relyef formaları T.-lara uyğundur.
Coğrafiya terminləri lüğətiSəhra və yarımsəhralarda yastı, gilli çökəkliklərdə əmələ gələn torpaq tipi.
Belə torpaqların profilində iki qat aydın seçilir – 8-10 sm qalınlıqda bərk gilli üst qat və şoranlığı olmayan laylı qaysaq qatı. T.T. ən çox Orta Asiyanın gilli səhralarında, xüsusilə Amudərya və Sırdərya çaylarının deltalarında yayılıb. Azərbaycanda tipik T.T. yoxdur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. taxis – yerləşmə
1. Müəyyən əlamətlərinə görə eynilik təşkil edən, bütün digər qruplardan fərqlənən orqanizmlər qrupu, yaxud coğrafi obyektlərin məcmusu.
2. Müəyyən qrupun ümumi təsnifat sistemində (növlər, cinslər üzrə və s.) yerini göstərən adı.
T. terminindən fiziki-coğrafi rayonlaşdırmada, torpaqşünaslıqda və s.-də istifadə olunur.
Coğrafiya terminləri lüğətiyun. taxis – yerləşmə + yun. nomos – qanun
Müəyyən bir taksonu başqa bir taksondan fərqləndirən xüsusiyyətlər.
T.Ə.-in 5 tipi mövcuddur: morfoloji əlamətlər, maddələr mübadiləsi xüsusiyyətləri, ekoloji əlamətlər, etoloji əlamətlər (davranış xüsusiyyətləri), coğrafi əlamətlər.
Coğrafiya terminləri lüğətiyun. taxis – yerləşmə + yun. nomos – qanun
Orqanizmlərin, coğrafi obyektlərin eynilik əlamətlərinə görə təsnifatlara bölünməsi metodları, qaydaları ilə məşğul olan, taksonomik bölgü prinsiplərini hazırlayan elm sahəsi.
T. terminini elmə 1813-cü ildə isveçrəli alim Ogüsten Dekandol daxil edib.
Coğrafiya terminləri lüğətiyun. thalassa – dəniz + yun. kratos – qüvvə, güc
Yer tarixində dənizlərin sahələrinin xeyli genişləndiyi dövrlər.
T.D. Yerin quru sahələrinin böyüməsi ilə xarakterizə olunan geokratik dövrlərlə müqayisə edilir və zaman etibarilə Yer səthinin əksər hissəsində enmənin üstünlük təşkil etdiyi tektonik tsikllərin ortalarına uyğun gəlir. Dənizlərdə çökmə süxur qatları, əsasən, bu dövrlərdə formalaşıb. T.D.-ə Yerin geoloji tarixində Orta Kembri, Üst Silur, Orta və Üst Devon, Alt Karbon və Üst Təbaşir aid edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiital. profile – zahiri görünüş
1. Çayın eroziya bazisinə yetişdiyi, yatağını dərinləşdirməyə daha gücü çatmadığı, eyni zamanda onu yeni çöküntülərlə doldurmadığı sabit vəziyyəti.
Belə nəzəri vəziyyətdə çayın T.P. mənbəyə yaxın hissədə nisbətən dik, mənsəbə doğru isə az meyilli əyri forması alır.
2. Dağların, yüksəkliklərin yamaclarının nəzəri cəhətdən daha denudasiyaya uğraya bilməyəcəkləri ən çılpaq vəziyyəti.
Bu halda yamacların profili tədricən enən əyri formasında olur.
3. Dəniz, göl sahilinin daha abraziyaya uğrayaraq, yaxud yeni çöküntülərlə zənginləşərək formasını dəyişə bilmədiyi ən sabit vəziyyəti.
Belə nəzəri vəziyyətdə sahilin T.P. getdikcə daha qabarıq forma alan əyriyə bənzəyir.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
Müəyyən ölkənin, ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyasının keçmişini öyrənən elm sahəsi, tarixi-coğrafi biliklər sistemi.
T.C. – coğrafiyanın tarixini deyil, keçmiş dövrlərdə konkret ərazinin coğrafiyasını tədqiq edir.
Coğrafiya terminləri lüğətiyun. tektonikos – tikintiyə aid
Litosferin tədricən üfüqi istiqamətdə hərəkət edən tavalardan ibarət olması haqqında nəzəriyyə.
Bu nəzəriyyə Yerin seysmik və vulkanik fəallığının, Yer qabığının deformasiyasının, materiklərin yerdəyişməsinin səbəblərini izah edir. T.T. konsepsiyasına görə, hissələrə bölünmüş litosferin altında nisbətən yumşaq astenosfer qatı yerləşir və həmin hissələr – tavalar bu qatın üzərində milyon illərlə hərəkət edərək a) bir-birindən aralanır; b) bir-birinə yaxınlaşır; c) paralel sürüşür. T.T. nəzəriyyəsini XIX əsrin sonu – XX əsrin əvvəllərində alman və ingilis alimlərinin irəli sürdükləri fərziyyələr əsasında 1960-cı illərdə bir qrup amerikalı geofizik formalaşdırıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiçin. – güclü külək
Asiyanı cənubdan və şərqdən əhatə edən dənizlərdə çox güclü tropik siklon.
T., əsasən, yayda və payızda yaranır, onun mərkəzində dəniz üzərində ən aşağı atmosfer təzyiqi müşahidə edilir. T.-lar olduqca təhlükəlidir, 1971-ci ildə T. nəticəsində dəniz qəflətən 10 metrə qədər qalxmış, alçaq yerləri basmış, həddən artıq böyük dağıntılar və tələfat törətmişdi.
Coğrafiya terminləri lüğətitürk. – keçilməz meşə
Avropa, Asiya və Amerikanın şimalında çətin keçilən iynəyarpaqlı meşə zolağı.
T. meşələri, əsasən, mülayim iqlim qurşağının şimalında yerləşir, onlara daha çox Rusiya, Kanada və Şimali Avropa ölkələri ərazisində rast gəlinir. T.-da işıq az olduğu üçün alt mərtəbənin bitki örtüyü, demək olar, eyni tiplidir, müxtəlif kollardan, mamır-şibyədən ibarətdir. Şimali Amerika və Kanadanın T.-sında küknar və qismən enliyarpaqlı ağaclar bitir, Şimali Avropada küknar, Ural ərazisində şam, Sibirdə qaraşam üstünlük təşkil edir. T.-da heyvanlar aləmi tundraya nisbətən zəngin, enliyarpaqlı meşələrə nisbətən kasıbdır. Burada yalnız T.-ya xas olan canlı növlərinə rast gəlinir. Faunasının arealına görə T.-nı Asiya, Avrasiya, Avrasiya-Amerika, Amerika kimi tiplərə ayırmaq olar.
Coğrafiya terminləri lüğəti