mürəkkəb adların tərkibində işlənən İmam və azərb. Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında dünyaya göz açan körpənin Allahın, Tanrının, müqəddəs hesab edilənlərin hədiyyəsi, bəxşişi, bəxş etməsi anlamında kifayət qədər kişi adları mövcuddur. Məsələn, Allahverdi (bax: ad – ALLAHVERDİ), Xudaverdi (bax: ad – XUDAVERDİ), Tanrıverdi (bax: ad – TANRIVERDİ) və s. İmamverdi (bax: ad – İMAMVERDİ) kişi adı İmamın, müsəlman ümmətinin namazına başçılıq edənin bəxşişi anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİmam adı və fars. zada sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizdə İmamzadə sözü imamların, övliyaların və onların övladlarının basdırıldığı yer, ziyarətgah mənasındadır.
İmamzadə (bax: ad – İMAM; ZADƏ) kişi adı imamın oğlu, imam övladı, etiqaddan törəmiş anlamındadır. İmamzadə adı ilə əlaqədar “İmamzadə”, yaxud “Göy İmam türbəsi” adlanan (günbəzə mavi kaşıdan çəkildiyindən belə adlanır) müqəddəs ocaq Gəncə şəhərinin təqribən 7 kilometrliyində yerləşir. Qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi “İmamzadə” Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. İnşa edildiyi dövrdən türbə həddən çox anılan müqəddəs yerlərdən biri olmuşdur. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlmanın toplaşması barədə məlumatlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiman (amn) sözü ərəbcədən tərcümədə inanma, dərin inam anlamındadır.
Müasir Azərbaycan dilində İman sözü ümumişlək sözlər sırasındadır. Dilimizdə iman sözü ilə əlaqədar aforizmlər, atalar sözləri, ifadələr də çox işlənir. İman ahli; İman sahibidir, zarar galmaz; İnam olmayan yerda iman olmaz; Elima galdim, imana galdim; dina, imana galmak; imansız; dinli-imanlı və s. İman kişi adı dinə (İslamiyyətdə), Allahın birliyinə, peyğəmbərlərə inanma, həmçinin İslamı qəbul etmə və bunu dillə iqrar etmə, həmçinin insaflı anlamlarını ifadə edir. İslam dini ilə əlaqədar məşhur bir hədisdə də bildirildiyi kimi, Cəbrayıl (ə.s.) Rəsulullahdan (s.ə.s.) imanın nə olduğunu soruşmuş, o da belə cavab vermişdir: “İman: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Qiyamət gününə, qədərin xeyrinə və şərrinə inanmaqdır”. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan İman bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİman və azərb. Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dünyaya göz açan körpənin Allahın, Tanrının, müqəddəs hesab edilənlərin hədiyyəsi, bəxşişi, bəxş etməsi anlamında kifayət qədər kişi adları mövcuddur. Məsələn, Allahverdi (bax: ad – ALLAHVERDİ), Xudaverdi (bax: ad – XUDAVERDİ), Tan- rıverdi (bax: ad – TANRIVERDİ) və s. Bu qəbildən adlar sırasında olan İmanverdi (bax: ad – İMAN; VERDİ) kişi adı nəhayət məqsədinə, məramına çatmaq mənasındadır. Dünyaya göz açan oğul övlada İmanverdi adını qoyan valideynlər, əzizlər duaların, xahişlərin eşidildiyini, mərama yetdiklərini ifadə edirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiimran (əslində ümran) sözü dilimizdə məskunlaşmaq, yaşam, abadlıq, tərəqqi, rifah, mədəniyyət, həmçinin çiçəklənmə mənalarını ifadə edir.
Mənbələrdə “Kitabi-Dədə Qorqud” dastanlarındakı Amran adı ilə, qədim uyğur dilində olan “əmrak” (dostluq), monqol dilində “amarak” (dost), altay dilində “amur” (sakitlik) sözləri ilə eyni kökdən olması ilə bağlı ehtimallara da rast gəlinir.Əslində İmran kişi adı müqəddəs kitab ”Quran”dan məlum adlardandır. “Quran”da ayələrdən biri “İmran ailəsi (nəsli)” adlanır. Həm də nəql olunan hekayətdən İmranın Məryəmin atası olduğu da aydınlaşır. İmran kişi adı bu gün Cənubi Qafqazın hər üç respublikasında yaşayan xalqların məişətində mövcud kişi adları sırasındadır. İmran (Amran, Amiran, Amrani) şəxs adı məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın məşhur daşıyıcılarından biri də yazıçı, XX əsrin görkəmli dramaturq və kinossenaristi, Dövlət mükafatı laureatı, Xalq Yazıçısı İmran Qasımovdur (1918-1981). Ədibin yaradıcılığında əsas yerlərdən birini tutan əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” filmi əlli ildən artıqdır ki, xalq tərəfindən sevilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiemre dostluq, aşiq olma, vurğun, mübtəla, bir də böyük qardaş mənalarını ifadə edir.
Adı əbədiləşdirən türk dünyasının dahi sənətkarlarından olan Yunus İmrə/Əmrə (1238-1320) sufizm fəlsəfəsini sadə xalq dilində qoşmalarda, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şeirimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının sonrakı mərhələsinə də güclü təsir göstərmişdir. Anadoluda müxtəlif xalq ozanlarının, aşıqların, həmçinin dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə və b.) türkcədə “aşiq” mənasını verdiyi elmi baxımdan dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek feilləri “aşiq olmaq” mənasındadır və əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə kimi dəyişikliyə uğramışdır. Anadoluda bu gün də işlənən “imremek” və “imrenmek” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti