Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

barit

yun. barys – ağır

Rombik sinqoniyada kristallaşaraq, adətən, iri kristallik kütlə, həmçinin dənəli və radial şüavi aqreqatlar əmələ gətirən mineral; ağır şpat.

Rəngi müxtəlif, əsasən, ağ, boz olur. Şüşə kimi parıltılıdır. Mənşəyi, əsasən, hidrotermaldır.

Coğrafiya terminləri lüğəti

barrankoslar

isp. barranco

Vulkan konusunun yamaclarında kraterdən ətəyə qədər radial açılmış dərin yarğanlar.

B. vulkan bombalarının yamacaşağı diyirlənməsindən əmələ gələn şırımların axar sularla yuyulması nəticəsində yaranır.

Coğrafiya terminləri lüğəti

batolit

yun. bathos – dərinlik + yun. lithos – daş

Yer qabığının çox dərinliyində əmələ gələn, qeyri-düzgün formalı, adətən, qranitoid tərkibli çox böyük maqmatik süxur massivi.

B. yalnız eroziya nəticəsində yer üzərinə çıxır.

Coğrafiya terminləri lüğəti

bentonit

Əsasən, montmorillonit və qismən beydellit minerallarından ibarət ağardıcı gil.

Vulkan külü, tufu və s. vulkanik süxurların dəyişməsindən əmələ gəlir. B.-dən neft emalı sənayesində, kağız və sabun sənayesində, gilli məhlul hazırlanmasında istifadə edilir.

Coğrafiya terminləri lüğəti

berezit

Kvars, albit, serisitkarbonatdan ibarət süxur.

Rəngi ağ, açıq-boz, sarımtıl olur. Qranit tərkibli süxurların hidrotermal-metasomatik yolla dəyişməsi nəticəsində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

bertrandit

fransız mineraloqu E.Bertranın şərəfinə adlandırılmışdır

Rombik sinqoniyada kristallaşaraq paz və ya yastı prizmatik lövhəciklər şəklində xırda kristallar əmələ gətirən mineral.

Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

bismutin

Sulfidlər sinfinə aid rombik sinqoniyamineral; bismut parıltısı.

Rəngi qurğuşunu-boz, qalayı-ağdır. Metal parıltılıdır. Kristalları prizmatik olur. Bismut almaq üçün əsas mineraldır.

Coğrafiya terminləri lüğəti

bismutit

Bismutun oksikarbonatlar qrupuna aid tetraqonal sinqoniyamineral.

Tozvarı və torpaqvarı kütlələr, nadir hallarda submikroskopik kristalcıqlardan ibarət lifli quruluşa malik nazik qabıqlar əmələ gətirir. Rəngi bozumtul-ağ, yaşılımtıl-sarı, qonur, boz olur.

Coğrafiya terminləri lüğəti

boqhed

Şotlandiyada yer adından

Sapropel qazıntı kömürün bir növü.

Əsasən, yosundan əmələ gəlir. Rəngi qonuru-qara, bəzən sarımtıl-yaşıl olur. B.-dən maye yanacaq, sürtgü maddələri, qiymətli qatran alınır. Kimya sənayesi üçün xammaldır.

Coğrafiya terminləri lüğəti

borasit

Susuz boratlar qrupuna aid mineral.

Rombikkubik sinqoniyada kristallaşır. Kub, tetraedr və dodekaedr formalı parıltılı kristallar əmələ gətirir. Rəngi abı və boz, çox vaxt rəngsiz olur.

Coğrafiya terminləri lüğəti

bornit

Sulfidlər sinfinə aid kubik sinqoniyamineral.

Rəngi təzə sınıqda tünd, misi-qırmızı, adətən parlaq, dəyişkən göy olur. Metal parıltılıdır. Zəngin mis filizidir.

Coğrafiya terminləri lüğəti

burnonit

fransız mineraloqu J.L.Burnonun şərəfinə adlandırılmışdır

Mürəkkəb sulfidlər qrupuna aid rombik sinqoniyamineral.

Qısa prizmatik, sütunvarı kristallar əmələ gətirir. Rəngi poladı-bozdan dəmiri-qarayadək dəyişir. Metal parıltılıdır.

Coğrafiya terminləri lüğəti

bitumlu süxur

Tərkibində bərk, yaxud yarımmaye bitum olan çökmə süxur.

Rəngi qəhvəyi-boz, tünd-boz, qonur, qara olur. Üzvi maddələrlə zəngin süxurlar da bəzən B.S.-a aid edilir. B.S.-dan (bitumlu şistdən) bitum və qaz alınır.

Coğrafiya terminləri lüğəti