Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dünya səyahəti

Yer kürəsinin ətrafında tam dövrə vurmaqla başlandığı nöqtədə bitən səyahət.

İlk D.S. portuqaliyalı səyyah Fernan Magellanın rəhbərliyi ilə başlanıb (1519-1522-ci illər), lakin 1521-ci ildə Magellan Filippin adalarında döyüşdə öldüyü üçün səyahəti onun dostu Sebastyan El Kano tamamlayıb. Bu səyahət nəticəsində Yerin kürə şəklində olduğu və vahid Dünya okeanının mövcudluğu əyani sübuta yetirilib. İkinci D.S.-ni bundan yarım əsr sonra (1577-1580) ingilis dəniz qulduru Frensis Dreyk həyata keçirib. İngilis dəniz səyyahı Ceyms Kukun üç D.S. ekspedisiyası zamanı Avstraliya, Şimali Amerika sahilləri, Hind, Sakit, Atlantik okeanları tədqiq edilib, Havay adaları, bir çox digər adalar kəşf olunub.

Coğrafiya terminləri lüğəti

dünyəvi dinlər

Yayılma arealı geniş olan, dünyanın müxtəlif xalqlarının etiqad etdiyi dinlər.

Üç əsas dünyəvi din mövcuddur: islam, xristianlıq və buddizm. D.D.-in milli dinlərdən əsas fərqi onlara etiqad edənlərin bir ölkədə yox, planetin fərqli regionlarında yaşamasıdır. Daha geniş yayılmış islam və xristianlıq dinlərinə tapınanlar Yer üzündə əhalinin yarıdan çoxunu təşkil edirlər. İslam dini, əsasən, Afrika və Asiya qitələrində, xristianlıq isə həmçinin Avropada, Cənubi və Şimali Amerikada, Avstraliyada yayılıb. Buddistlərin sayı, əsasən, Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada çoxdur.

Coğrafiya terminləri lüğəti

düz radiasiya

lat. radiato – şüalandırıram

Atmosferdən maneəsiz keçərək bilavasitə Yer səthinə düşən günəş radiasiyası.

D.R.-nın intensivliyi şüanın düşmə bucağından (günəşin yüksəkliyindən) və atmosferin şəffaflığından asılıdır. Buludluluq dərəcəsi az olan tropik enliklərdə D.R.-nın intensivliyi daha böyük, ekvatorialmülayim enliklərdə nisbətən kiçikdir.

See also:

Coğrafiya terminləri lüğəti

düzənlik

Yer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən çox olmayan az dalğalı və azmeyilli (50-dək), yekcins geoloji quruluşa malik sahəsi.

D. quruda ən geniş yayılmış relyef formasıdır – o, materiklərin 20%-ni təşkil edir. Dəniz səviyyəsindən hündürlüyünə görə (mütləq hündürlük) D.-lər tiplərə bölünür. Ovalıqların mütləq hündürlüyü 200 m-ə qədər olur, dəniz səviyyəsindən aşağı çökəkliklər də bura daxildir (məsələn, Xəzərsahili ovalıq). Yüksəklik D.-lərinin mütləq hündürlüyü 200 m-dən 500 m-ə qədərdir (məs.: Orta rus yüksəkliyi). Yaylalar isə mütləq hündürlüyü 500 m-dən artıq ərazilərdə yerləşir (məsələn, İran yaylası). Sualtı D.-lərə şelflər, abissal D.-lər və dəniz dibinin hamar sahələri misal ola bilər. Mənşəyinə görə D.-lər akkumulyativdenudasiya D.-lərinə bölünür. Əlverişli təbii şəraitinə görə dünya əhalisinin əksər hissəsi D.-lərdə cəmləşib.

Coğrafiya terminləri lüğəti

dyun

Dənizin, gölün və böyük çayların sahilboyunda küləyin əmələ gətirdiyi, səthi seyrək bitkilərlə örtülü qum təpəsi.

D.-un küləktutan yamacı azmeyilli (12-150), küləktutmayan yamacı isə dikdir (maililik – 30-350). D.-un orta hündürlüyü 5-20 m, maksimal hündürlüyü 150-200 m-ə çatır. Səhraların eol relyef formalarından fərqli olaraq D.-ların qumu həmişə nəmlidir. Onlar hakim küləklərin əsdiyi istiqamət üzrə ildə 20 m-dək sürətlə hərəkət edə bilir. Planetin müasir relyefində D.-lara, əsasən, Ərəbistan yarımadasında, Qərbi Avstraliyada və Böyük Səhrada rast gəlmək olur.

Coğrafiya terminləri lüğəti

druz

alm. druse – fırça

Hər hansı səth üzərində eyni vaxtda boy atmış kristallar qrupu.

Mineral məhlulların süxurlardakı boşluqlara dolması nəticəsində əmələ gəlir. D.-larda hər kristalın bir ucu səthə bitişmiş, boşluğa yönəlmiş digər ucu isə sərbəstdir. Kvars, kalsit, ametist, flüorit və s. minerallar üçün xarakterikdir.

Coğrafiya terminləri lüğəti

dağ bülluru

Kvarsın təmiz, şəffaf və rəngsiz növü.

Triqonal sinqoniyada kristallaşır. Şüşə parıltılıdır. Peqmatitlərdə və hidrotermal damarlarda monokristalları və druz şəklində toplanmış kristalları rast gəlir.

Coğrafiya terminləri lüğəti

diopsid

yun. di... + yun. opsis – növ

Silikatlar sinfinə aid süxur əmələ gətirən mineral.

Monoklinik piroksenlərə aiddir. Rəngi boz, bozumtul-yaşıl, tünd-yaşıl olur. Maqmatikmetamorfik süxurlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti

diorit

yun. diorizo – ayırıram

Orta turşuluqlu (SiO2 – 55-65%) intruziv maqmatik süxur.

Mineraloji tərkibi, əsasən, andezindən (60-70%) və amfiboldan (35-30%) ibarətdir. Rəngi boz, yaşılı-bozdur.

Coğrafiya terminləri lüğəti

dasit

lat. Dacia – Dakiya

Maqmatik süxur; qranodioritlərin və kvarsdioritlərin effuziv analoqu.

Xırdadənəli, nadir halda vitrofir quruluşlu əsas kütlədən və plagioklaz, kvars, nadir halda hornblend, biotitpiroksenin fenokristallarından ibarətdir. Vulkan püskürmələrinin məhsuludur.

Coğrafiya terminləri lüğəti

daşduz

1. Halit-halloidlər sinfinə aid mineral.

Kubik sinqoniyada kristallaşır. Təbiətdə, adətən kristallik dənəli aqreqatlar əmələ gətirir. Saf D. rəngsiz və şəffafdır. Başqa qarışıqlar (gil, üzvi maddə və s.) nəticəsində müxtəlif (qonur, boz, qırmızı, çəhrayı və s.) çalarlı olur.

2. Yalnız və ya başlıca olaraq halitdən ibarət çökmə süxur.

Gilli və nadir halda narın qumlu materialla qarışmış olur. Əsas D. kütlələri suda həll olmuş digər duzlar kimi ekzogen proseslər nəticəsində laqun və göllərdə əmələ gəlir. Çökmə süxurlar arasında qalın layştok şəklində olur.

Coğrafiya terminləri lüğəti

dolomit

fransız geoloqu D.Dolomyönün şərəfinə adlandırılmışdır

1. Karbonatlar qrupuna aid süxur əmələ gətirən mineral.

Triqonal sinqoniyada kristallaşır. Rombik kristallar, iri, xırda və gizli kristallik aqreqatlar əmələ gətirir. Saf D. rəngsiz və ya şəffaf ağ olur. Sarımtıl, bozumtul-ağ, yaşılımtıl, qırmızımtıl-qonur və s. rəngli D.-lər də məlumdur. Şüşə parıltılıdır.

2. Dolomit mineralı (90% və daha çox) və kalsitdən ibarət çökmə süxur.

Süxurda 50-90% D. mineralı olduqda əhəngli D., bundan az olduqda isə dolomitləşmiş əhəngdaşı adlanır. D.-lərin çoxu ekzogen mənşəlidir. Onlar dəniz, laqun və dənizlərlə əlaqəsi olmayan şorlaşmış göllərdə suyun yüksək duzluluğu şəraitində əhəngli lilin diagenetik dəyişməsindən əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

deskvamasiya

lat. desquamare – qabığını çıxarmaq

Süxurların aşınma növlərindən biri; Yer səthi süxurlarının gecə və gündüz ərzində temperaturun kəskin dəyişməsi ilə əlaqədar qabıqvarı soyulması.

D., adətən fiziki aşınmanın daha intensiv olduğu səhra və yüksək dağlıq sahələrdə müşahidə edilir.

Coğrafiya terminləri lüğəti