Bəşəriyyətin inkişafında metalların emalı nəticəsində tuncun alınması, onun əmək alətləri və silah hazırlamaq üçün əsas materiala çevrilməsi ilə səciyyələnən mədəni-tarixi dövr.
Eneolitdən sonra gələn T.D.-nün təxmini xronoloji çərçivəsi e.ə. IV minilliyin sonu – I minilliyin başlanğıcını əhatə edir. Tunc misin digər metallarla (qurğuşun, qalay, arsen və s.) ərintisindən ibarətdir. O, möhkəmliyinə görə misi xeyli üstələyir, eyni zamanda bu metala nisbətən daha aşağı temperaturda əriyir. Tuncdan hazırlanmış əmək alətləri istehsalın inkişafına güclü təkan verib. E.ə. IV minilliyə aid ən qədim tunc alətlər müasir Türkiyə, Cənubi İran və Mesopotamiya ərazisində aşkarlanıb. Daha sonra onlar Misirdə (e.ə. IV minilliyin sonu), Hindistanda (e.ə. III minilliyin sonu), Çində (e.ə. II minilliyin ortaları) və Avropada (e.ə. II minillik) yayılıb. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda T.D. e.ə. IV minilliyin sonu – e.ə. III minilliyin əvvəlində başlanıb.
Tarix terminləri lüğətiçin. zaofan – qiyamçı, üsyançı
1966–1968-ci illərdə Çində mədəni inqilab dövründə fəaliyyət göstərmiş fəhlə dəstələrinin iştirakçıları.
Tszaofan dəstələri, əsasən, aşağı ixtisaslı və ya müvəqqəti işlərdə çalışan gənc fəhlələrdən təşkil olunub. Məktəbli və tələbələrdən ibarət xunveybin dəstələri ilə birlikdə onlar mədəni inqilabın əsas zərbə qüvvəsinə çevriliblər. T.-lar zavodlarda və digər müəssisələrdə siyasi müxalifətin gözdən salınması və zərərsizləşdirilməsi işində də fəal iştirak ediblər. 60-cı illərin sonunda belə dəstələr buraxılıblar.
Həmçinin bax:
Tarix terminləri lüğətiƏsas müddəaları ABŞ prezidenti H.Trumenin 1947-ci il martın 12-də konqresə ünvanladığı müraciətdə əks olunmuş xarici siyasət proqramı.
Konqres tərəfindən təsdiq edildikdən sonra bu doktrina qanun qüvvəsi alıb. Onun əsas məqsədi II Dünya müharibəsindən (1939–1945) sonra SSRİ-nin beynəlxalq aləmdə, ilk növbədə, Avropada yürütdüyü təcavüzkar siyasətinin qarşısını almaq və “kommunist təhlükəsi” ilə üz-üzə qalmış ölkələrə yardım göstərməkdən ibarət olub. T.D. çərçivəsində ilk yardım 1947-ci ilin iyun-iyulunda Yunanıstana və Türkiyəyə göstərilib: bu ölkələrdən hər birinə 400 milyon dollar məbləğində vəsait ayrılıb. Faktik olaraq T.D. ABŞ-ın Avropadakı müttəfiqlərinə geniş və davamlı hərbi yardımının əsasını qoyub.
Tarix terminləri lüğətiQədim yunan əfsanəsinə görə, Troyanın süqutuna səbəb olmuş nəhəng taxta at fiquru.
Troyanı almaqda çətinlik çəkən yunanlar onu hiylə yolu ilə ələ keçirmək qərarına gəliblər və içərisində seçmə döyüşçülər gizlənmiş nəhəng taxta atı şəhərin divarları qarşısına qoyaraq gediblər. Yunanların hiyləsindən xəbərsiz troyalılar atı şəhərə gətiriblər. Gecə atın içindən çıxan döyüşçülər qala qapılarını açıblar və qoşunu şəhərə buraxıblar. Beləliklə, Troya yunanlar tərəfindən işğal edilib. Həmin əhvalat Homerin “Odisseya” əsərində ətraflı təsvir olunub. Hazırda T.A. termini “hiyləgər, birinin etimadını qazanıb sonra aldadan” anlamında işlədilir.
Tarix terminləri lüğətiƏsası rusiyalı inqilabçı Lev Trotski (1878–1940) tərəfindən qoyulmuş nəzəriyyə, solçu ideoloji-siyasi cərəyan; marksizmin formalarından biri.
T.-in əsas müddəaları L.Trotskinin “Keçid proqramı” (1938) əsərində öz əksini tapıb. Stalinizmi və SSRİ-də bərqərar olmuş siyasi rejimi sərt tənqid atəşinə tutan T. dünya inqilabı baş vermədən ayrıca götürülmüş bir ölkədə sosializm quruculuğunun mümkünlüyünü inkar edib. Dünya inqilabını həyata keçirmək məqsədilə Trotski bütün ölkələrdə yeni tipli fəhlə partiyalarının və həmkarlar təşkilatlarının yaradılması təklifini irəli sürüb. Bir sıra ölkələrdə (xüsusilə Latın Amerikasında) T. müəyyən nüfuz qazansa da, həmin planı gerçəkləşdirmək mümkün olmayıb.
Tarix terminləri lüğətiTürk xalqlarının milli oyanış prosesinin təzahürü kimi XX əsrin əvvəlində formalaşmış ideya-siyasi cərəyan.
T.-ün əsasları çarizmin təqiblərindən qurtularaq Türkiyədə sığınacaq tapmış Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu tərəfindən yaradılıb. Sonradan Ziya Göyalp həmin ideyaları sistemləşdirərək mükəmməl konsepsiya halına salıb. İlk vaxtlar T. və “pantürkizm” anlayışları sinonim kimi işlədilib: “pan” önşəkilçisi yalnız həmin ideologiyanın bütün türk xalqlarına aidiyyətinin göstəricisi olub. Lakin bir müddətdən sonra bu məfhumların bir-birinə qarşı qoyulması meyilləri özünü büruzə verib, xüsusilə sovet tarixşünaslığında “pantürkizm” məfhumu son dərəcə neqativ məna kəsb edib. Mahiyyət etibarilə etnik konsepsiya olan və türkləri digər müsəlman xalqlarından aydın şəkildə fərqləndirən T. ideyaları türk xalqlarının milli mənlik şüurunun dünyəviləşməsi, dini buxovlardan azad olması prosesinə təkan verib. Bu mənada T. türk xalqlarının, ilk növbədə, onların Rusiyanın əsarəti altında olan hissəsinin ümummüsəlman mədəni arealından ayrılması prosesini xeyli sürətləndirib. T.-ün özəyini təşkil edən məşhur “türkləşmək, islamlaşmaq, avropalaşmaq” düsturu türk xalqlarının inkişafının magistral istiqamətini müəyyənləşdirib – türk etnik kökünə arxalanaraq və islam dünyasına mənsubluğu yaddan çıxarmayaraq zamanın tələbləri ilə ayaqlaşmaq, çağdaş Avropa sivilizasiyasının nailiyyətlərindən bəhrələnmək. T. azərbaycanlıların tarixi inkişafında da mühüm rol oynayıb: irançılığa və ruslaşdırmaya qarşı bir növ mədəni-ideoloji sədd yaradıb; “ictimai ideologiyanın bütün sistemini dini islamçılıq sistemindən milli türkçülük sisteminə keçirərək” (M.Ə.Rəsulzadə) milli identiklik axtarışlarını aktivləşdirib və azərbaycançılıq nəzəriyyəsinin işlənib hazırlanması üçün zəmin formalaşdırıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiAsiyada və Şərqi Avropada geniş yayılmış, genealoji (mənşəcə) və tipoloji cəhətdən qohum dillər qrupu.
T.D.-nin hansı dil ailəsinə mənsub olması məsələsi mübahisəlidir. Bəzi alimlər onların Ural-Altay, digərləri isə Altay dil ailəsinə daxil olduğunu göstərirlər. Bu dillərin müstəqil dil ailəsi təşkil etdiyini bildirən tədqiqatçılar da var. T.D.-nin tarixi inkişafı 4 mərhələyə bölünür: Altay və hun dövrləri (eramızın V əsrinədək); qədim türk dövrü (V əsr – X əsrin əvvəli); orta türk dövrü (X–XV əsrlər); yeni və ən yeni türk dövrü (XV–XXI əsrlər). Ən çox yayılmış təsnifata görə, T.D. qərb (qərbi hun) və şərq (şərqi hun) qollarına ayrılır. Qərb qolu, öz növbəsində, aşağıdakı qruplara bölünür: bulqar qrupu – bulqar (əski bulqar), xəzər, çuvaş dilləri; oğuz qrupu – oğuz (X–XI əsrlər), türkmən, qaqauz, Azərbaycan, türk və s. dillər; qıpçaq qrupu – başqırd, qazax, qaraçay-balkar, qaraqalpaq, qumuq, karaim, noqay, tatar və s. dillər; karluq qrupu – özbək, uyğur (yeni uyğur) və s. dillər. Şərq qolu isə növbəti qruplara ayrılır: uyğur qrupu – əski uyğur, Tuva, yakut, xakas, şor və s. dillər; qırğız-qıpçaq qrupu – qırğız və Altay dilləri. Bütövlükdə T.D.-nə 40-dan çox dil və ləhcə daxil edilir. T.D.-nin ən qədim yazılı abidələri (Orxon-Yenisey əlifbası ilə) VI–XI əsrlərə aid olunur. Sözün kökünü dəyişdirmədən ona şəkilçi artırmaqla yeni forma və ya söz yaratmaq mümkün olduğu üçün T.D. tipoloji baxımdan iltisaqi dillər sayılır.
Tarix terminləri lüğəti