Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kersantit

Fransada yer adından

Əsasən biotit, kvarsplagioklazdan, bəzən həmçinin maqnetitapatitdən ibarət olan damar maqmatik süxur.

Mənşəcə qranitlər və onlara yaxın süxurlarla əlaqədardır.

Coğrafiya terminləri lüğəti

kalamin

lat. calamina

Rombik sinqoniyada kristallaşaraq, adətən, xırda kristallar əmələ gətirən silikatlar sinfinə aid mineral.

Ən çox radial-şüalı quruluşlu kristallik qabıq, həmçinin böyrək formalı kütlələr şəklində təsadüf edilir. Rəngi ağ, sarı və yaşılımtıl-göy olur.

Coğrafiya terminləri lüğəti

kalsikopiapit

Kristallik zərrələr, qabıqlı aqreqatlar və axın formaları şəklində rast gəlinən mineral.

Kristallik zərrələri şüşə parıltılıdır. Rəngi bozumtul-sarıdan qonuru-sarıyadək dəyişir. Törəmə mineraldır.

Coğrafiya terminləri lüğəti

kamlar

alm. kamm – yal

Antropogen materik buzlaşmalarının yayıldığı sahələrdə təpə və tirələr.

Hündürlüyü 2-3 m-dən 20-30 m-ə qədərdir. Qum və valunlu gillərdən təşkil olunmuşdur.

Coğrafiya terminləri lüğəti

kaolin

ilk dəfə tapıldığı yerin adından

Əsasən kaolinit minerallarından ibarət süxur.

Çox vaxt az dəmirli qranitlərin, nadir hallarda isə gilli çöküntülərin və ya arkoz qumdaşılarının aşınmasından (ilkin K.) və bu çöküntülərin yuyularaq, əsasən qumdaşı qatları arasında çökdürülməsindən (törəmə K.) əmələ gəlir. Kağız, rezin, keramika, kimya sənayesində, odadavamlı materiallar istehsalında, həmçinin tibdə və s.-də istifadə olunur.

Coğrafiya terminləri lüğəti

kaolinit

Monoklinik sinqoniyada kristallaşan gilli mineral.

Torpaqvarı aqreqatlar, çox xırda altıbucaqlı kristallar əmələ gətirir. Rəngi ağ, bozumtul-ağ, sarı, qonur olur.

Coğrafiya terminləri lüğəti

karbonado

isp. carbonado, carbo – kömür

Almazın amorf qrafit və s. qarışıqlıqlar nəticəsində qonuru-qara rəng alan növü.

Coğrafiya terminləri lüğəti

karnotit

fransız kimyaçısı A.Karnonun adından

Dənəli və tozvarı aqreqatlar, nadir hallarda isə monoklinik sinqoniyada kristallaşan kristallar əmələ gətirən mineral.

Rəngi açıq-sarı və ya yaşılımtıl-sarı olur. Mühüm uran filizidir. İlk dəfə ABŞ-ın Yuta və Kolorado ştatlarında tapılmışdır.

Coğrafiya terminləri lüğəti

karpinskiit

A.P.Karpinskinin şərəfinə adlandırılmışdır

Triqonal sinqoniyada kristallaşaraq radial-şüavi aqreqatlar, iynəşəkilli kristallar əmələ gətirən mineral.

Rəngi ağdır. İlk dəfə Kola yarımadasında, Lovozersk massivində tapılmışdır.

Coğrafiya terminləri lüğəti

kassiterit

yun. kassiteros – qalay

Tetraqonal sinqoniyada kristallaşaraq prizmatik və ya dipiramidal, iynəvarı kristallar, dənəli, radial-şüavi və s. aqreqatlar əmələ gətirən mineral; qalay daşı.

Rəngsiz, tünd-qonur, qonuru və ya misi-sarı və s. olur. Almaz, qatran parıltılıdır. Mühüm qalay filizidir.

Coğrafiya terminləri lüğəti

kerargirit

yun. keras (keratos) – buynuz + yun. argyros – gümüş

Xloridlər sinfinə aid kubik sinqoniyamineral.

Kristalları nadirdir. Adətən boz rəngli mumabənzər kütlə əmələ gətirir. İlkin gümüş mineralları olan filiz yataqlarının oksidləşmə zonalarında əmələ gəlir. Gümüş filizidir.

Coğrafiya terminləri lüğəti

kianit

yun. kyanos – tünd-göy, göy

Triklinik sinqoniyada kristallaşaraq sütunşəkilli və lövhəvi kristallar, dənəli və şüalı aqreqatlar əmələ gətirən mineral.

Müxtəlif çalarlı mavi və həmçinin boz, yaşıl, sarı, bəzən rəngsiz, ağ, qara olur.

Coğrafiya terminləri lüğəti

kimberlit

Cənubi Afrikada yer adından

Partlayış borularını dolduran brekçiyavarı ultraəsasi maqmatik süxur.

Əsasən olivindən, piroksenlərdən, pirop-almandin sıralı qranatdan, pikroilmenitdən, nadir hallarda zirkon, apatit və s. minerallardan ibarətdir. K. almazların köklü mənbəyidir.

Coğrafiya terminləri lüğəti

klivaj

ing. cleavage – parçalanma

Xətti qırışıqların (Yer qabığı laylarının şiddətli tektonik hərəkətləri nəticəsində yaranır) yayıldığı sahələrdə süxurların nazik lövhələrə parçalanması.

K.-ın əmələ gəlməsində mineralların yenidən kristallaşmasının rolu var.

Coğrafiya terminləri lüğəti