lat. Pruzzi
Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu.
Maddi mədəniyyət və dil baxımından P. letto-litvalılara yaxın olublar. P. haqqında məlumatlara tarixi qaynaqlarda IX əsrdən başlayaraq rast gəlinir. IX–XIII əsrlərdə onlar qonşu ölkələrlə fəal ticarət əlaqələri saxlayıblar. 1283-cü ildə P.-ın torpaqları Tevton ordeni tərəfindən zəbt olunub. Bundan sonra bu tayfalar qrupunun almanlaşması prosesi başlayıb. P.-ın dili XVII əsrdə ölü dilə çevrilib. Müasir Prussiyanın adı P.-dan götürülüb. “Pruss” termininin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçılar həmin terminin qotların dilində “at” mənasını verən “prus” sözündən yarandığını göstərirlər. Onların fikrincə, P. at ətindən və südündən geniş istifadə etdikləri üçün belə adlandırılıblar.
Tarix terminləri lüğətilat. provincia – vilayət, əyalət
1. Qədim Romanın İtaliyadan kənarda zəbt etdiyi ərazi, vilayət, ölkə.
P. Roma canişini tərəfindən idarə olunub.
2. Bir sıra müasir dövlətlərdə (İtaliya, İspaniya və s.) inzibati-ərazi vahidi.
3. Məcazi mənada: ucqar və ya geridə qalmış vilayət.
Tarix terminləri lüğətilat. protestans – razı olmayan, etiraz edən
Pravoslavlıq və katolisizmlə birlikdə xristianlığın üç əsas cərəyanından biri.
Bu cərəyan XVI əsrdə Reformasiya hərəkatı nəticəsində katolisizmdən ayrılaraq formalaşıb. P.-ın əsasları XVI əsrdə M.Lüter, J.Kalvin, U.Svinqli və digər teoloqlar tərəfindən işlənib hazırlanıb. P.-ı katolisizmdən fərqləndirən əsas cəhət insanın Allahla birbaşa “əlaqə”sinin mümkünlüyü barədə təlim hesab olunur. P. kilsənin dindarla Allah arasında vasitəçilik hüququnu rədd edir, hər bir şəxsin öz daxili inamı vasitəsilə Allahla “əlaqə” yarada biləcəyini söyləyir. Bundan başqa, o, xristianlıq kultunu xeyli sadələşdirir, bahalı kilsə ayinlərini, müqəddəslərə, ikonalara və s.-yə pərəstişi qəbul etmir. P. özü də ayrı-ayrı qollara ayrılır. Bu dini cərəyan daxilində bir neçə müstəqil kilsə və sekta fəaliyyət göstərir. Onlar kult və təşkilati baxımdan bir-birindən fərqlənir, lakin mənşə və ehkamların ümumiliyini qoruyub saxlayır. P.-ın hələ XVI əsrdə yaranmış ilk formaları lüteranlıq, kalvinizm, anqlikanlıq, anabaptizm, svinqlianlıq və mennoçuluq olub. XVII əsrdə isə baptizm və kvakerlik meydana gəlib. P. Avropada ilk burjua inqilablarının ideoloji əsasını təşkil edib. Ardıcıllarının sayına görə xristian cərəyanları arasında katolisizmdən sonra ikinci yeri tutan P. Skandinaviya ölkələri, Almaniya, İsveçrə, Böyük Britaniya, Niderland, Kanada, Avstraliya, Yeni Zelandiya və s. ölkələrdə geniş yayılıb.
See also:
Tarix terminləri lüğətilat. protector – müdafiəçi, himayədar
1. Dövlətin asılılıq forması.
Müstəmləkədən fərqli olaraq P. sayılan ölkə daxili siyasətdə müəyyən müstəqilliyini saxlayır, lakin onun xarici siyasətdə təmsilçilik hüququ olmur, ərazisinin müdafiəsi və bu kimi məsələlərin həlli metropoliyanın ixtiyarına verilir. XIX əsrin sonu – XX əsrin I yarısında dünyada xeyli sayda P. ölkə olub, lakin II Dünya müharibəsindən (1939–1945) sonra onların hamısı müstəqillik əldə edib.
2. 1653–1659-cu illərdə İngiltərədə hərbi diktatura rejimi.
Bu rejimdə bütün hakimiyyət lord-protektor O.Kromvelin əlində cəmlənib. Kromvelin ölümündən sonra onun böyük oğlu Riçard lord-protektor titulundan imtina edib. Bununla da İngiltərədə P.-lığa son qoyulub.
Tarix terminləri lüğətifr. protectionnisme < lat. protectio – müdafiə, himayə
Daxili bazarı müdafiə etmək məqsədilə idxalın məhdudlaşdırılmasına yönəlmiş dövlət siyasəti.
Dövlət xaricdən gətirilən mallara müxtəlif üsullarla birbaşa və dolayı məhdudiyyətlər tətbiq etməklə (məs.: idxal mallarına yüksək gömrük rüsumu qoymaqla) buna nail olur.
Tarix terminləri lüğətiBolşevik rejiminə qarşı mübarizə məqsədilə Qafqaz mühacirlərinin yaratdıqları “Prometey” təşkilatının üzvləri.
P.-in əsas məqsədi Qafqaz respublikalarının dövlət müstəqilliyinin bərpasından ibarət olub. 1926–1939-cu illərdə fəaliyyət göstərmiş bu qurumda Azərbaycan mühacirləri də fəal rol oynayıblar. M.Ə.Rəsulzadə P.-in liderlərindən biri idi. Polşanın dəstəyi ilə təsis edilən və onun tərəfindən maliyyələşdirilən “Prometey” XX əsrin 20–30-cu illərində bolşevizmə qarşı mübarizədə mühacirətin aparıcı təşkilatı olub.
Tarix terminləri lüğətiMarksizmə görə, fəhlə sinfinin sosialist inqilabı nəticəsində bərqərar olan hakimiyyəti.
Marksizmin baniləri sosialist inqilabından sonra fəhlə sinfinin cəmiyyətdə və dövlətdə hakim mövqe tutmalı olduğunu nəzərə alaraq bu hakimiyyəti belə adlandırıblar. P.D.-nın əsas məqsədi kimi sosializm cəmiyyətinin qurulması və kommunizmə keçidin hazırlanması bəyan edilib. Lakin SSRİ və digər sosialist ölkələrinin təcrübəsi göstərir ki, P.D. reallıqda kommunist partiyasının rəhbər təbəqəsinin cəmiyyət üzərində sərt və amansız diktaturasına çevrilir.
See also:
Tarix terminləri lüğəti