İbtidai heyvanların infuzorlar tipinin kirpiklik infuzorlar sinfinə aid olan növ.
Bədəni qılaf və çoxlu kirpikciklərlə örtülmüşdür. Ön və arxa hissəsində ifrazat funksiyasını yerinə yetirən yığılıb-açılan ulduzşəkilli qovuqcuq yerləşir. Cinsi və qeyri-cinsi yolla çoxala bilirlər.
Biologiya terminlərinin izahlı lüğətiSap qurdlar tipinin əsil sap qurdlar sinfinə aid olan parazit qurd növü.
Ayrıcinslidir. Dişisinin uzunluğu 15-40 sm., erkəyininki isə 15-25 sm.-dir. Erkəyin arxa ucu qarın tərəfə əyilmişdir. Gündə 200 minə qədər yumurta qoyur və bağırsaqda yaşayır. İnsan orqanizmini tərk etmədən iki dəfə ardıcıl yoluxurlar.
Biologiya terminlərinin izahlı lüğətilat. “instintus” – oyanmaq
Heyvanlarda mürəkkəb şərtsiz refleks və davranışların məcmusu.
İ. heyvan orqanizmlərinin hazır davranış reaksiyaları ilə təmin edir. İ.-lər nəsildən nəslə ötürülür. İ.-lər situasiyadan, yaxud vəziyyətin dəyişilməsindən asılı olmayaraq orqanizmin eyni cür təkrar etdiyi hərəkət refleksləridir. Bal arılarının şanı qurması, quşlarda kompas qabiliyyəti, balıqlarda miqrasiyalar və s. İ.-lərə aiddir.
Biologiya terminlərinin izahlı lüğətilat. “interior” – daxili
Hissi sinirlərin sonluğunda yerləşən reseptorlar.
Reseptorlar əzələlərdə, vətərlərdə, orqanlarda, damarlarda və s. yerləşir. Orqanizmin daxilində yaranan mexaniki, kimyəvi və s. dəyişmələri qəbul edən xüsusiləşmiş törəmələrdir.
Biologiya terminlərinin izahlı lüğətilat. invasio – hücum, soxulma
İnsan, heyvan və bitkilərin heyvan mənşəli parazitlə yoluxması.
İ. aktiv və passiv olur. Parazit zədələnmiş və zədələnməmiş dəridən orqanizmə (sahibə) daxil olub, orada kök saldıqda aktiv, su, qida və s. ilə orqanizmə düşdükdə isə passiv olur.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin yırtıcılar dəstəsindən itlər fəsiləsinə aid olan heyvan cinsi.
Cinsə aid olan növlərin insanlar tərəfindən yüzlərlə cinsi yaradılmışdır. İ.-in çoban, ov, mühafizə (qoruma) və dekorativ məqsədlər üçün istifadə edilən cinsləri var.
Həmçinin bax: