Gülçiçəklilər fəsiləsindən bitki. 35-ə qədər növü məlumdur.
Dünyada yeyilən meyvələrin əsas hissəsini təşkil edir. Vətəni şimal yarımkürəsidir. Ağacların hündürlüyü 2,5-15 m-ə qədərdir. Meyvələrinin ölçüsü 10 sm və bəzən daha böyük ölçüyə qədər ola bilər. Rəngi sarı, qırmızı və yaşıldır. Ən geniş yayılmışı həyətyanı sahədə becəriləndir.
Biologiya terminlərinin izahlı lüğətiAsfodelinakimilər fəsiləsinə aid bitki cinsi.
Adətən qələmlə (sürətli), bəzənsə toxumla çoxaldılan və qırmızı-sarı rəngdə gözəl çiçəklərə malik növlərə malikdir. Ə. cinsinə aid olan tikanlı Ə., sukotrin Ə.-ı, ala-bəzək Ə., əsl Ə. növlərdən Azərbaycanda geniş istifadə edilir. Ə. şirəsi bozarmış, qurumuş, tökülən saçlar üçün olduqca faydalıdır. Həmçinin Ə. şirəsinin bal ilə qatqısından ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti4 min illik tarixi keçmişi olan çoban iti.
Qazaxıstan, Özbəkistan və Türkmənistanda yayılmışdır. İri ölçülü, olduqca qüvvətli it cinsidir. Sərbəstliyi sevir və dominantdır. Çöl şəraitində daha sağlam olur. Çoban itlərinin bütün xüsusiyyətlərinə malikdirlər. Özlərinə aid əraziləri olduqda yaxşı müdafiə edirlər. Nisbətən çətin təlim olunur. A. qulluq tələb edən it cinsidir. Zahirən bir az tənbəl olsa da, çox çevikdir.
Biologiya terminlərinin izahlı lüğətialm. “affen” – meymun
Məlum olan ən qədim alman it cinslərindən biri.
Əcdadları tam olaraq bilinmir. Fransada A. cinsi “diablotin moustachu” (fran. “bığlı kiçik şeytan”) adı ilə tanınır. Orta Avropada XVII əsrdə mətbəx və anbarlarda siçovulları tutmaq üçün istifadə edilən it cinsi olmuşdur. Ölçüsü balaca olduğu üçün xüsusilə qadınlar tərəfindən çox alınır. Hazırda nadir növ hesab olunur. Ev şəraitində yaşaması inkişafına yaxşı təsir göstərir. Aktiv, enerjili, gündəlik qısa gəzintilərə ehtiyac duyan, cəsur və inadcıl it cinsi hesab olunur.
Biologiya terminlərinin izahlı lüğətiFas səhrasının bəzi bölgələrində təkamül etdiyi ehtimal olunan it cinsi.
A. bu günümüzə qədər dəyişilməz olan it cinslərindəndir. Təlim oluna bilən, dözümlü və güclü cins hesab edilir. A. çoban iti olaraq mühafizədə daha çox istifadə olunur. Zəhərli ilanların yerini sezə bilmək qabiliyyətləri var. Tükləri qalındır; boyunlarında onları günəşin yandırıcı şüalarından və sərt soyuqlardan qoruyan sıxlaşmış tük örtüyü var. A. ovçular üçün ideal it cinsidir.
Biologiya terminlərinin izahlı lüğətiTürk çoban iti cinsi.
Əcdadları da çoban itləri olan A.-ın 3 min illik tarixi var. Türkiyədə Qərbi və Orta Anadolu bölgəsində yaşayırlar. Avropada yaşayan Pyrenean dağ iti, Tatra dağ iti və Komondor kimi iri ağ cinslərlə qohumluğu ehtimal olunur. İri, atletik və gözəl heyvandır. A. qoruma və mühafizədə geniş istifadə edilir. A. çox qulluq tələb edir və geniş əraziləri sevir. Təsərrüfat heyvanlarının qorunmasında uğurla tətbiq oluna bilər; canavar, hətta ayı və digər yırtıcılara qarşı dözümlü, cəsurdur. A.-lar gecələr çox diqqətli olur.
Biologiya terminlərinin izahlı lüğətiAlmaniya əcdadlı it cinsi.
Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdirldiyində bu iti ailə, qoruma yaxud iş iti kimi istifadə etmək mümkündür. A.Ç.İ.-də ən çox rast gəlinən xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Mədə sistemi həssas olduğu üçün qidalandırılmasında qarışıq, allergiya yaradan qidalardan uzaq tutulmalıdır. A.Ç.İ.-nin ideal boyu dişlərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır. Ağırlıq dişilərdə 22-32 , erkəklərdə 35-40 kiloqram arasındadır. Üzü kobud xətli, alın dördbucaq, burun uzun və enlidir. Burunun ücü qara, çənəsi güclü olduğundan kəskin dişləməyə sahibdir. Gözləri orta böyüklükdə qəhvə rəngidir. Bu cins öz arasında 12 yerə ayrılır. Qısa tüklü, uzun tüklü, düşük bel, düz bel və s.
Biologiya terminlərinin izahlı lüğətilat. rheidae
Dəvəquşular dəstəsindən quş fəsiləsi.
Hündürlüyü 1,7 m, çəkisi 25 kq-dək olan uçmayan quşlardır. A.D. çöllərdə və Cənubi Amerikanın meşələrində dolaşırlar. A.D. yaxşı qaçır. Onun dalınca ən yaxşı qaçan at belə çata bilmir. Adi addımı 50-60 sm-dir. A.D. qaçarkən 3,5 metr məsafəyə tullanır. Amerikada 2 növü yayılmışdır: adi A.D. (şimal nandusu) və Darvin nandusu (uzundimdik A.D.).
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “a” – inkar hissəcik, “mitos” – sap
Hüceyrələrin bölünmə növlərindən biri.
1840-cı ildə H.Zeleznov tərəfindən kəşf olunmuşdur. A. hüceyrələrin bölünmə vətəri əmələ gətirmədən düzünə bölünməsidir. A. nüvənin interfaza vəziyyətində birdən baş verir. Xromosomlar isə qız hüceyrələr arasında bərabər bölünmür. Bəzən çoxnüvəli hüceyrələr əmələ gəlir. A. bölünməyə bütün eukariot tipli hüceyrələrdə (ən çox ibtidailərdə), bitki və heyvanlarda rast gəlinir.
Biologiya terminlərinin izahlı lüğəti