alm. Geheime Staatspolizei – «gizli dövlət polisi» adının qısaldılmış forması
1933–1945-ci illərdə nasist Almaniyasında məxfi dövlət siyasi polisi.
Daxili işlər nazirliyinin tərkibində olan G. A.Hitler (1889–1945) rejimindən narazıların və onun düşmənlərinin təqibi ilə məşğul olub. Geniş səlahiyyətlərə malik bu qurum Almaniyanın daxilində və işğal olunmuş ərazilərdə cəza tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayıb. Onun məhkəmə qərarı olmadan istənilən şəxsi həbsxanaya və ya həbs düşərgəsinə göndərmək hüququ olub. 1946-cı ildə Nürnberq beynəlxalq hərbi tribunalı G.-nu cinayətkar təşkilat elan edib.
Tarix terminləri lüğətilat. Getae
Daklara qohum olan Frakiya tayfaları.
E.ə. I əsrə yaxın Dunay çayının aşağı axarlarında məskunlaşıblar. G. haqqında daha erkən dövrlərə aid məlumatlara qədim yunan tarixçisi Herodotun əsərlərində rast gəlinir. Bu tarixçi Balkanlarla Dunay çayı arasında yaşayan G.-in e.ə. 512-ci ildə I Daranın qoşunlarına ciddi müqavimət göstərdiklərini bildirir. E.ə. I əsrin ortalarında isə G. daklarla birləşərək hərbi-tayfa ittifaqı yaradıblar, lakin 106-cı ildə romalılar tərəfindən fəth edildikdən sonra tarixin səhnəsindən çıxarılıblar. Həmin dövrdən etibarən G. termini anaxronizmə çevrilib.
Tarix terminləri lüğətiçex. hejtman < alm. hauptmann < haupt – əsas, başlıca + mann – kişi
1. XV əsrdə Çexiyada ordu komandanının rütbəsi.
2. XV–XVIII əsrlərdə Reç Pospolitada daimi muzdlu qoşun başçısının titulu, vəzifə.
1581-ci ildən G. vəzifəsi ömürlük verilib.
3. XVI əsr–XVII əsrin I yarısında Ukraynada kazak dəstələrinin başçısı; 1648-ci ildən Ukraynanın hakimi və kazak qoşunlarının rəhbəri.
Əvvəlcə G.-ı kazaklar seçsələr də, 1708-ci ildən başlayaraq onlar çar hökuməti tərəfindən təyin edilib, 1764-cü ildə ləğv olunub.
4. XVII əsrdə Moldovada qoşun başçısı.
5. 1918-ci ildə müstəqil Ukraynanın dövlət başçısı.
Tarix terminləri lüğətiital. ghetto – tökmə metal
Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində yəhudilərin təcrid olunmuş şəkildə yaşamaları üçün ayrılmış şəhər məhəlləsi.
G. termini, ehtimal ki, 1516-cı ildə Venesiyada tökmə metal emalatxanasının (ghetto) yanında salınmış yəhudi məhəlləsi ilə əlaqədar meydana gəlib. Daha sonra G.-lar İtaliyanın başqa yerlərində, Almaniya, Fransa, İsveçrə və Rusiyada da yaradılıb. II Dünya müharibəsi dövründə nasistlər tərəfindən bir sıra Şərqi Avropa şəhərlərində, əslində, həbs düşərgələrinə çevrilmiş G.-larda on minlərlə yəhudi məhv edilib. Müasir dövrdə milli və irqi azlıqların yaşadıqları şəhər məhəllələri çox vaxt G. adlanır. G. “rezervasiya” sözünün sinonimi kimi də işlənir.
Tarix terminləri lüğətiaram. gezit, ərəb sözü “cizyə” buradan yaranıb
Sasanilər dövləti ərazisində, o cümlədən Azərbaycanda III əsr–VII əsrin ortalarında toplanan adambaşı vergi.
Bu vergi ildə bir dəfə 20-50 yaşlı kişilərdən (kəndli, sənətkar və tacirlərdən) hökmdarın xeyrinə pulla toplanıb. I Xosrov Ənuşirəvanın dövründə (531–579) G. vergi verənlərin varidatına və gəlirinə əsasən 4, 6, 8 və ya 12 dirhəm məbləğində müəyyənləşdirilib. İmtiyazlı təbəqələr – kahinlər, hərbçilər və mirzələr G.-dən azad ediliblər. Müharibə zamanı məğlub ölkənin verdiyi xərac da çox vaxt G. adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiholl. geuzen, fr. dueux – dilənçilər
1. 1565-ci ildə Niderland burjua inqilabı dövründə ölkənin müstəqilliyini ispan təcavüzündən “qanuni üsullarla” qorumaq məqsədilə yaradılmış Əyanlar İttifaqının üzvləri.
2. XVI əsrdə Niderland burjua inqilabı dövründə ispanlar və onların Niderlanddakı əlaltılarına qarşı mübarizə aparan xalq partizan dəstələrinin döyüşçüləri.
Bu dəstələrin quruda vuruşan üzvlərinə «meşə G.-i», dənizdə döyüşən üzvlərinə «dəniz G.-i» deyirdilər.
Tarix terminləri lüğətifars. gəbr < aram. gabrā – insan
VII əsrin ortalarında ərəblərin İranı işğal etməsindən sonra islamı qəbul etməmiş zərdüştilik ardıcılları.
G. bu adamlara sonralar elmi ədəbiyyatda verilmiş addır, onlar isə özlərinə “beh dinan” (“yaxşı dinə inananlar”) deyiblər. Parslarla birlikdə G. qədim zərdüştiliyi mühafizə edib saxlamış iki icmadan biri hesab olunurlar. Bəzi tədqiqatçıların fikrincə, G. termini ərəbcə “kafir” sözündən yaranıb.
Tarix terminləri lüğətifars. gəc – əhəng, təbaşir + fars. təraş – yonma
Gəc üzərində bədii oyma, habelə gəcdən tökmə üsulu ilə bədii-memarlıq elementlərinin hazırlanması üzrə dekorativ sənət növü.
İlk nümunələri I əsrə aid olan G. məhsullarından, əsasən, binaların daxili hissəsinin, bəzi hallarda isə xaricinin bəzədilməsində istifadə edilib. Xüsusi olaraq nəzərə çarpdırmaq üçün onları bəzən müxtəlif boyalarla rəngləyiblər. XII–XIV əsrlərdə Azərbaycan Şərqdə G.-ın əsas mərkəzlərindən biri olub. Mömünə xatın türbəsi, Əlincəçay xanəgahı, Mərənd və Urmiya cümə məscidlərinin mehrablarının bəzəkləri G. sənətinin ən yaxşı nümunələri hesab edilir. XV–XVII əsrlərdə kaşıkarlığın inkişafı ilə əlaqədar memarlıqda G.-in əhəmiyyəti azalıb.
Tarix terminləri lüğəti1916-cı ildə Buxara xanlığında millətçi hərəkatın üzvləri.
Baxışları cədidizmə yaxın olan G.B. əmirin hakimiyyətini devirib demokratik respublika yaratmaq istəyiblər. Bolşeviklərin Türküstanı işğalından sonra G.B.-ın əksəriyyəti basmaçılar hərəkatına qoşularaq sovet rejiminə qarşı mübarizə aparıb.
Tarix terminləri lüğətitürk. Jön Türkler < jön – istiqamət, yön, tərəf
XIX əsrin II yarısında Osmanlı dövlətində formalaşmış, ölkədə liberal islahatların həyata keçirilməsi və konstitusiyanın bərpası uğrunda mübarizə aparan siyasi hərəkat.
1899-cu ildə “İttihad və Tərəqqi” partiyasının əsasını qoymuş G.T. 1908-ci ildə inqilab edərək son nəticədə sultan Əbdül Həmidi deviriblər və faktik olaraq hakimiyyətə gəliblər. Onlar ölkədə bir sıra köklü islahatlar həyata keçiriblər, lakin Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətindən sonra hakimiyyətdən getməli olublar. Atatürk G.T.-ə qarşı sərt mövqedə dayansa da, onların məqsədləri xeyli dərəcədə üst-üstə düşüb. Bu səbəbdən G.T. hərəkatının bir çox üzvləri Atatürkün yaratdığı Xalq Cümhuriyyət Partiyasına dəstək veriblər. Geniş mənada: Osmanlı dövlətində mütərəqqi dəyişiklik tərəfdarlarının hamısı G.T. adlandırılır.
Tarix terminləri lüğətialm. gilde – korporasiya, birlik
1. Geniş mənada: orta əsrlərdən başlayaraq Avropada müxtəlif dini, siyasi dərnəklər, habelə qarşılıqlı yardım və müdafiə sahəsində, peşə, yaxud sənət üzrə insanların birlikləri.
Bir sıra ölkələrdə ayrı-ayrı sahələrdə belə G.-lar indi də fəaliyyət göstərir; məs.: Amerika Rejissorlar G.-sı, Rusiya Kinoaktyorları G.-sı.
2. Dar mənada: tacirlər birliyi.
XI əsrin sonu – XII əsrin əvvəlində İngiltərə, Fransa, Almaniya və Flandriyada tacir G.-larının yaranması şəhərlərarası və beynəlxalq ticarətin tələblərindən irəli gəlib. G.-da birləşmiş tacirlər daşınma zamanı malların təhlükəsizliyini, gömrük imtiyazlarının əldə olunmasını, malların əlverişli qiymətlərlə satılmasını, müəyyən hüquqi problemlərin optimal üsullarla həllini təmin edə biliblər. Kapitalizmin inkişafı ilə əlaqədar tacir G.-ları sıradan çıxıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiXIII–XIV əsrlərdə gildiyaların yaratdıqları ibtidai məktəblər.
Tədrisin, əsasən, latın dilində aparıldığı kilsə məktəbləri ilə müqayisədə belə təhsil ocaqlarında ana dili və hesab fənninin öyrədilməsinə daha çox fikir verilib. G.M.-ndə təhsil pullu olub və burada imtiyazlı ailələrin uşaqları oxuyub. XV–XVI əsrlərdə gildiyaların tənəzzülü ilə əlaqədar G.M. şəhər idarələrinin tabeliyinə keçib.
Tarix terminləri lüğəti