XV əsrin I yarısında Çexiyada husçuluq hərəkatında demokratik sol qanadın nümayəndələri.
İlk düşərgələri Cənubi Çexiyadakı Tabor dağının yaxınlığında yerləşdiyi üçün onlar belə adlandırılıblar. T.-ın (yaxud taborçuların) özəyini kəndlilər, şəhər yoxsulları, ruhanilərin aşağı təbəqəsi, sənətkarlar və xırda zadəganların bir hissəsi təşkil edib. Ümumi bərabərlik və sosial ədalətə əsaslanan dövlətin yaradılması ideyasını müdafiə edən T. katolik kilsəsinin dəbdəbəli mərasimlərinə qarşı çıxıblar, bəzi hallarda isə hətta bütün katolik müqəddəslərini inkar ediblər. Onların husçuluq hərəkatında mötədil qanadın nümayəndələri – çaşniklərlə mübarizəsi 1434-cü ildə birincilərin məğlubiyyəti ilə nəticələnib. Buna baxmayaraq, T.-ın müqaviməti 1437-ci ilədək davam edib.
Həmçinin bax:
Tarix terminləri lüğətiDini zəmində müəyyən qadağalar sistemi.
T. adəti ilk olaraq J.Kuk tərəfindən 1771-ci ildə Tonqa (Polineziya) adasının aborigenləri arasında qeydə alınıb. Polineziyalılar allahlar və ruhlara aid olan hər şeyə T. qoyublar. Həmçinin kahinlər və qəbilə başçılarına məxsus əşyalardan istifadə də yasaqlanıb. Onlar T.-nun pozulmasının böyük fəlakətə gətirib çıxaracağına inanıblar. Belə qadağalara ibtidai inkişaf mərhələsində olan əksər xalqlarda təsadüf olunur. T.-nun qalıqları müasir dinlərdə də özünü büruzə verir. Britaniyalı etnoloq J.Frezerin (1854–1941) ehtimalına görə, T. termini Polineziya dillərindəki “ta” (“qeyd edilmiş”, “seçilmiş”) sözü ilə şiddətləndirmə zərfi olan “pu”-nun birləşməsindən yaranıb və “bütünlüklə seçilmiş, nişanlanmış” anlamını verir. Müasir dövrdə dünya dillərinin əksəriyyətində T. sözü “yasaq”, “qadağa” mənasında işlənir.
Tarix terminləri lüğətiMonarx hakimiyyətinin rəmzi olan baş geyimi.
Adətən, T. qiymətli metallardan (əsasən, qızıldan) düzəldilib, çoxlu daş-qaş, eləcə də mirvari ilə bəzədilir. Müxtəlif formalarda (tiara, diadema, papaq, çələng və s.) olur. İlk dəfə qədim dövlətlərdə (Şumer, Akkad, Misir və s.) başa qoyulan T. orta əsrlərdə Qərbi Avropada xüsusilə geniş yayılıb.
Tarix terminləri lüğətiTicarətlə məşğul olan şəxs.
İbtidai icma münasibətlərinin dağıldığı dövrdə istehsalçı ilə istehlakçı arasında vasitəçilik edən T.-lər tez bir zamanda cəmiyyətin sosial strukturunun mühüm elementinə çevriliblər. Antik dövrdən tutmuş kapitalizmin erkən mərhələsinə kimi T.-lərin fəaliyyəti cəmiyyətin iqtisadi və sosial həyatında xüsusi rol oynayıb. Yalnız kapitalizmin yüksək inkişaf mərhələsində onlar bu rolu itirərək öz mövqelərini pərakəndə ticarətdə qismən saxlaya biliblər. Azərbaycanda T.-lərin sosial qrup kimi formalaşması prosesi e.ə. II–I minilliklərdə sənətkarlığın əkinçilikdən ayrılması və şəhərlərin meydana gəlməsi ilə başlayıb. Mühüm tranzit-karvan yollarının üzərində yerləşən Azərbaycan şəhərləri beynəlxalq ticarət mərkəzləri ilə sıx əlaqə saxlayıb.
Tarix terminləri lüğətiər. taq – bükülmüş, əyilmiş
Divarlarda pəncərə və ya qapı yerlərinin yuxarı hissəsini, eləcə də iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün istifadə olunan qövsvarı atma.
Yarımdairə, çatma, nalvarı və s. formalı atmalar olur. T. qədim Şərq memarlığında meydana gəlib, sonralar isə antik Roma tikililərində ondan geniş istifadə edilib. Müsəlman Şərqinin, o cümlədən Azərbaycanın orta əsr memarlığında, əsasən, çatma T.-lardan istifadə olunub, çünki onlar zəlzələyə daha davamlıdır.
Tarix terminləri lüğətiBəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş ölçü vahidi və vergi.
T. Elxanilər dövründə geniş yayılıb. Ölçü vahidi kimi bir T. 100 Təbriz məninə (295 kq) bərabər olub. Vergi kimi isə T. əhalidən natural şəkildə toplanıb və həcmi qeyri-müəyyən olub. Xanlıqlar dövründə T., əsasən, ölçü vahidi kimi işlənib, taxıl, düyü və s. dənli kənd təsərrüfatı məhsullarının çəkilməsində istifadə edilib. Onun həcmi bölgədən-bölgəyə fərqlənib. Məsələn, Şamaxı xanlığında bir T. 400 kq olduğu halda, digər xanlıqlarda 240–600 kq arasında dəyişib. Bəzən bir T. toxum səpilən əkin sahəsi də T. adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. taq – bükülmüş, əyilmiş
Tavanı yarımsilindrik günbəz formalı və daş örtüklü yaşayış evi.
T.E.-in iki divarından biri tağbənd hündürlüyünədək qaldırılır. Ümumi qalınlığı 1 metrə çatan divarlar arasındakı boşluq daş qırıntıları, torpaq və s. ilə doldurulur. Qapı və pəncərələr ön divarda qoyulur. İkimərtəbəli T.E.-lərin, adətən, birinci mərtəbəsi təsərrüfat, ikinci mərtəbəsi isə yaşayış otaqlarından ibarət olur. Belə evlərdə camaxatan və taxça düzəldilir. Azərbaycanda XX əsrin əvvəlinədək T.E. geniş yayılıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. tələq – boşama, boşanma
İslam dinində kişi ilə qadın arasında nikaha son qoymağın geniş yayılmış forması.
Şəriətə görə, bu qaydadan yalnız kişilərin istifadə etmək hüququ var. Bunun üçün kişinin boşanma kəlamını şahidlərin yanında ucadan deməsi kifayət edir. T. zamanı cehiz haqqı geri qaytarılır. Həmçinin kişi iddə (sınaq dövrü) müddətində öz keçmiş arvadını maddi cəhətdən təmin etməli olur. Əgər iddə başa çatanadək ərlə arvad arasında münasibətlər bərpa olunmursa, o zaman nikah qəti olaraq pozulmuş sayılır. Boşanma kəlamı ər tərəfindən üç dəfə təkrar olunubsa, qadın yalnız başqa kişiyə ərə gedib boşandıqdan sonra öz əvvəlki əri ilə nikah münasibətlərini bərpa edə bilər. Kişi doqquz dəfə boşanma kəlamını təkrar edibsə, o zaman nikahın bərpası heç bir halda mümkün deyil. T. zamanı oğlan uşaqları 7-8 yaşınadək, qızlar ərə gedənədək ananın yanında qalır, ata isə onların saxlanması üçün tələb olunan vəsaiti ödəyir. İslamda boşanmanın digər formaları da var. Məsələn, qadının xahişi ilə şəriət məhkəməsinin çıxardığı boşanma qərarı fəsx adlanır. Qadının istəyi ilə nikahın pozulmasının daha bir forması hul adlanır. Bu zaman qadın ərinin ona verdiyi bütün əmlakdan məhrum edilir və üstəlik, ərinə kompensasiya ödəməli olur.
Tarix terminləri lüğətiyun. talanton – ilkin mənası: çəki, tərəzi
Qədim dövrdə Yunanıstan, Misir, Babilistan, İran və Kiçik Asiyada geniş yayılmış ən böyük çəki və pul-hesab vahidi.
Qədim Yunanıstanda T. 60 minaya bölünüb (1 mina = 100 draxma). E.ə. 594-cü ildə Solonun islahatı ilə çəkisi 26,2 kq gümüşə bərabər olan (Makedoniyalı İsgəndər dönəmində 25,9 kq) Kiçik Attika T.-ı tətbiq edilib və geniş populyarlıq qazanıb. Eqin T.-ı 37 kq təşkil edib. Babilistan-Assuriya ölçü sistemində isə T. 30,3 kq-a bərabər olub.
Tarix terminləri lüğətilat. talio < talis – cinayətə bərabər cəza
Vurulmuş ziyana görə təqsirkara eyni zərərin yetirilməsini nəzərdə tutan qədim cəza növü.
T. icma quruluşunda yaranıb və antik dövrdə də geniş tətbiq olunub. Bu cəza növü Hammurapi qanunlarında (təqribən e.ə. 1760-cı il) və qədim yəhudi hüququnda öz əksini tapıb, daha sonra isə “12 cədvəl” adlı Roma qanununda qismən saxlanılıb. T.-un tətbiqi qan düşmənçiliyini məhdudlaşdırmaq məqsədi daşıyıb.
Tarix terminləri lüğəti